Zəhər eksperti araralar
Hər canlının düşmənlərindən qorunmaq üçün istifadə etdiyi müəyyən bir üsulu var. Bitkilərin düşmənləri isə həşəratlar və quşlardır. Bəzi bitkilər təcavüzkarlardan qorunmaq üçün xüsusi tədbirlər görərək zəhərli toxumlar hazırlayırlar. Toxumlarındakı bu kimyəvi maddə, "strikinin" adlanan çox güclü zəhərdir. Bu xüsusi kimyəvi maddə istehsalı sayəsində həqiqətən də məqsədlərinə çatırlar. Zəhərin dadını alan, ya da vəziyyəti başa düşən canlı vaxt itirmədən bu bölgədən uzaqlaşır. Ancaq bəzən vəziyyət dəyişir. Bitkilər özlərindən daha ağıllı ovçularla qarşı-qarşıya qalırlar.
Amerikanın tropik torpaqlarında yaşayan tutuquşu növü olan araralar bu ağıllı ovçulardan biridir. Araraların qidalarını zəhərli toxumlar təşkil edir. Bəs necə olur ki, bu canlılar zəhərli toxumlar ilə qidalanırlar? Bu mərhələdə həqiqətən də möcüzəvi dizayn nümunəsi ilə qarşı-qarşıya qalırıq. Bu quşlar qida dəyəri yüksək, ancaq zəhərli olan bu toxumları yedikdən dərhal sonra müəyyən bir bölgədəki qayalıqlara doğru uçurlar. Oraya çatdıqda isə burada olan bəzi gilli qaya parçalarını gəmirib udurlar. Quşların ortada heç bir səbəb olmadan gil udmaları şübhəsiz ki, olduqca heyrətamiz davranışdır. Ancaq aparılan araşdırmalar nəticəsində bu qəribə davranışın əsl səbəbi aydın olmuşdur. (Harun Yəhya, Təbiətdəki dizayn)
Gilli qaya parçalarının tərkibində "kaolin" maddəsi var. Kaolin maddəsinin xüsusiyyəti isə toxumların içindəki zəhəri əmə bilməsidir. Araralar bunun sayəsində toxumları həzm edə bilir və zəhəri zərərsizləşdirirlər.
Bir tutuquşunun gilin içində olan maddələrdən özbaşına xəbərdar olması, əlbəttə ki, mümkün deyil. Şübhəsiz ki, arara bu maddənin zəhərin təsirini aradan qaldırdığını öyrənib və ya bunu əvvəldən sınayaraq görməyib. Bu vəziyyətdə qarşımıza çıxan mənzərə çox düşündürücüdür. Görəsən araralar gildəki "kaolin" maddəsinin toksinləri öldürdüyünü haradan bilirlər? Bu məlumatı təsadüfən öyrənmiş və tətbiq etmiş ola bilərlərmi? Tutuquşuların tibbi məlumatlara sahib olduqlarını fərz edə bilərikmi? Əlbəttə bütün bunlar qeyri-mümkündür. Bunu canlılara öyrədən, onlara bunu ilham edən bir Ağıl var. Bu üstün ağılın sahibi Allah'dır. Bu canlılar Allah'ın onlara bildirdiyi şəkildə hərəkət edir, o şəkildə qidalanır və Allah'ın dilədiyi şəkildə yaşayırlar.
Hər canlının Allah'ın nəzarətində olduğu bir ayədə bu şəkildə xəbər verilmişdir.
"Mən, Rəbbim və Rəbbiniz olan Allah'a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir." (Hud surəsi, 56)