Metamorfoz bir yaradılış dəlilidir

Allah var Metamorfozanı "təkamül dəlili" olaraq göstərməyə çalışanlar əslində təkamül nəzəriyyəsi və biologiya haqqında heç bir şey bilmirlər. Metamorfoza genetik məlumatda kodlaşdırılmış olan bir "planlı dəyişmə"dir və "təsadüfi dəyişmə" mənasında olan təkamüllə heç bir bənzərliyi yoxdur. Əslində "dəyişməyən kompleks" bir mərhələ olan metamorfoza təkamülü çürüdən bir yaradılış dəlilidir.

Bəzi canlılar həyatlarının fərqli dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Həmin dəyişiklik mərhələsi biologiyada metamorfoz adlanır. Bu mərhələ biologiya və təkamülün iddiaları haqqında kifayət qədər məlumatı olmayanlar tərəfindən bəzən təkamül nəzəriyyəsinə dəlil göstərilir. Metamorfozu təkamülə dəlil kimi göstərən mənbələr mövzu haqqında məlumatsız insanları yanıltmağa istiqamətlənmiş səthi təbliğat kitabları və bəzi cahil şəxslərdir. Təkamül nəzəriyyəsinin qarşılaşdığı ziddiyyətləri bilən nüfuzlu təkamülçü elm adamları isə belə gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki bunun nə qədər axmaq iddia olduğunu bilirlər...

Kəpənək, ağcaqanad və arı kimi canlılar metamorfoz keçirən canlılardan bəziləridir. Həyatı suda başlayan, daha sonra quruda davam edən qurbağalar da metamorfoza bir nümunədir. Bu dəyişikliyin təkamüllə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlılardakı dəyişikliyi təsadüfən baş verən mutasiyalarla izah etməyə çalışır.

Halbuki, metamorfoz təkamülün bu əsas iddiası ilə heç bir bənzərlik təşkil etməyən, təsadüf və mutasiya ilə əlaqəsi olmayan, əvvəldən planlanmış prosesdir. Metamorfozu reallaşdıran amil təsadüf deyil, canlıda doğulduğu andan etibarən mövcud olan genetik informasiyadır. Məsələn, suda yaşayan qurbağanın genetik quruluşunda daha sonra quruda davam edəcək həyatı ilə bağlı məlumat mövcuddur. Ağcaqanadın da pup və yetkin hallarındakı quruluşu və funksiyaları ilə bağlı informasiya hələ sürfə mərhələsində ikən genetik quruluşunda var. Bu vəziyyət metamorfoz keçirən bütün canlılara aiddir.

Son illərdə metamorfozla bağlı aparılan elmi tədqiqatlar metamorfozun müxtəlif genlər tərəfindən tənzimlənən kompleks proses olduğunu göstərmişdir. Məsələn, qurbağanın metamorfozunda təkcə quyruqla bağlı proseslər bir çox genlə tənzimlənir. Bu, o deməkdir ki, metamorfoz prosesi ancaq bir neçə orqanın bir-birinə uyğun inkişafı ilə mümkündür. Bu xüsusiyyəti ilə metamorfoz reduksiya edilməz komplekslik xüsusiyyəti daşıyan, yaradılışa dəlil olan bioloji mərhələdir.

Allah var Reduksiya edilməz komplekslik təkamül nəzəriyyəsinin əsassızlığını göstərən elmi fəaliyyətləri ilə tanınan biokimyaçı prof. dr. Maykl Bihi (Michael Behe) tərəfindən elmi ədəbiyyata gətirilən termindir. Reduksiya edilməz kompleks bioloji orqan və sistemlər onları təşkil edən hissələrin hər birinin iştirakı və uyğunlaşması ilə funksiyalarını yerinə yetirirlər və ən kiçik tərkib hissəsinin olmaması həmin sistem və ya orqanın funksiyasını itirməsi ilə nəticələnir.

Bu cür kompleks sistemlər təkamülün iddia etdiyi kimi, təsadüflər nəticəsində baş verən kiçik mərhələli dəyişikliklərlə meydana gələ bilməz. Bu, metamorfoza da aiddir. Metamorfoz mərhələsi fərqli genlərin idarə etdiyi hormonların çox həssas ölçüdə fəaliyyəti ilə reallaşır. Ən kiçik xəta belə canlının həyatına son qoyar. Bu qədər kompleks mərhələnin təsadüfən, mərhələli şəkildə meydana gəldiyini iddia etmək doğru deyil. Əgər kiçik bir xəta canlının həyatına son qoyursa, təkamül nəzəriyyəsinin irəli sürdüyü təbii seçmə yolu ilə sınama-yanılma mexanizmindən necə bəhs etmək olar? Heç bir canlı milyon illərlə çatışmayan hissələrinin təsadüfi dəyişikliklərlə əmələ gəlməsini gözləyə bilməz. (Harun Yəhya, "Ehtişam hər yerdədir")

Bu faktları nəzərə aldıqda metamorfoz keçirən canlıların təkamülə dəlil olmadığı aydın olur. Əksinə, metamorfoz keçirən canlılar, bu möcüzəvi mərhələ və mərhələyə nəzarət edən sistemlərin kompleksliyi Allah'ın qüsursuz yaratmasının dəlilidir.

"Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir". (Bəqərə surəsi, 29)