Qurbağalardakı çoxalma möcüzəsi

Allah varQurbağalar fərqli mühitlərdə yaşaya biləcək xüsusiyyətlərlə yaradılıblar. Demək olar ki, Antarktidadan başqa bütün qitələrdə yaşaya bilirlər: çöllərdə, meşələrdə və hətta 5.000 metrdən çox hündürlüyü olan Himalay və And dağlarında belə yaşayan qurbağa növləri var. Ən çox olduqları yerlər isə tropik bölgələrdir. 2 kvadrat kilometrlik yağış meşəsində təxminən 40 fərqli növdə qurbağaya rast gəlinir.

Qurbağaların bəzi növlərində erkəklər, bəzi növlərində dişilər, bəzi növlərində isə hər ikisi birdən balalara gözətçilik edir. Kosta Rikanın "kiçik ox zəhəri qurbağaları"nın erkəkləri yumurtaların yanında onlar çatlayana qədər 10-12 gün gözətçilik edir. Doğulan çömçəquyruqlar heyrətamiz cəhd göstərib dişinin kürəyinə dırmaşır və ananın kürəyinə yapışırlar. Balaların yapışma işi tamamlandıqdan sonra dişi qurbağa meşədəki Bromelia növündəki ağaclardan birinə dırmaşır. Bu ağacın havaya baxan boşluqlarında qədəh şəklində çiçəklər mövcuddur. Çiçəklərin içi isə su ilə doludur. Ana qurbağa bu çiçəklərə çatdığı zaman balalarını çiçəyin içinə buraxır. Balalar artıq burada təhlükəsiz böyüyəcək. (Harun Yəhya, Düşünən İnsanlar Üçün)

Ancaq bu su yığınında balaların qidalanmasını təmin edən hər hansı bir yemək yoxdur. Bu səbəbdən, ana qurbağa balaların yetkin hala gələ bilməsi üçün lazım olan 6 həftə boyu tez-tez su hövzəsinə döllənməmiş bir yumurta qoyur. Çömçəquyruqlar zülal və karbohidrat cəhətdən çox zəngin olan bu yumurtanı yeyərək qidalanır. Qladiator qurbağaları isə yumurtalarının olduğu sahəni qoruyan başqa bir qurbağa növüdür. Bu növün erkəkləri baş barmaqlarının dibində olan və iynəyə bənzəyən çıxıntılarla yaradılmışdır. Başqa bir erkək qurbağa yumurtalara yaxınlaşsa, bu çıxıntılarla onun dərisini parçalayırlar.

Allah varKiçik Afrika quru qurbağası (Nectophyrine afra) olaraq tanınan başqa bir növdə isə erkək qurbağalar göl və ağır axan suların kənarlarına palçıqdan yuvalar qurur. Bu hovuzcuqlar su ilə doludur. Qurbağa bu su hövzəsinin səthində incə təbəqə meydana gətirərək yumurtaların bundan asılı qalmasını təmin edir. Bunun sayəsində yumurtalar su səthində qalaraq oksigen qəbul edir.

Kiçik bir sarsıntı, məsələn, bir qurbağanın sıçraması, ya da bir iynəcənin sancması belə səthi cıraraq yumurtaların dibə çökməsinə səbəb olacaq. Bu vəziyyətdə də yumurtalar oksigensizlikdən öləcək. Buna görə erkək qurbağalar yumurtaların başında səbirlə keşik çəkir. Bu keşik əsnasında da ayaqlarını suya vuraraq yumurtalara daha çox oksigen gəlməsini təmin edir.

"Şüşə qurbağaları" adlanan başqa bir qurbağa növü isə qarnındakı pərdə şəffaf olduğu üçün balalarının başında keşik tutmur. Allah onlara başqa bir üsul ilham etmişdir: Yumurtalarını tropik göl və çayların üstündəki qaya və bitkilərin üzərinə qoyurlar. Yumurtalar açıldıqda isə çömçəquyruqlar suya düşür. Fərqli qurbağa növlərinin balalarını qorumaq üçün göstərdikləri bütün bu şüurlu və fədakar davranışlar darvinizmin təməl fərziyyələrini çürüdür. Bütün canlıların yalnız özlərini düşündüklərini və təbiətdə eqoist həyat mübarizəsi olduğunu qarşıya qoyan darvinizm bir qurbağanın balalarını qorumaq üçün göstərdiyi cəhd qarşısında belə çıxılmaz vəziyyətdədir. Bundan əlavə, bu canlıların göstərdikləri ağıllı davranışlar da darvinizmin iddia etdiyi kimi təsadüflərlə açıqlana bilmir və bu canlıları Allah'ın yaratdığını göstərir. Belə ki, Allah bir Quran ayəsində canlılarda insanlar üçün açıq dəlillər olduğunu belə bildirmişdir:

"Sizin yaradılışınızda və törədib-yaydığı canlılarda qəti inanan bir qövm üçün ayələr var." (Casiyə surəsi, 4)

Mədədə törəyən qurbağalar

Avstraliyada yaşayan rheobatrachus silus növünə aid olan qurbağaların istifadə etdiyi çoxalma üsulu Allah'ın canlıları necə bir üstün dizaynlarla yaratdığının başqa bir nümunəsidir. ''Dişi rheobatrachus''lar dölləndikdən sonra öz yumurtalarını udurlar. Amma bu yumurtalarla qidalanmaq üçün deyil, onları qorumaq üçün... Yumurtalardan çıxan çömçəquyruqlar mədədə qaldıqları 6 həftə boyu davamlı inkişaf edirlər. Bəs çömçəquyruqlar, necə olur ki, uzun zaman həzm edilmədən mədədə qala bilirlər?

Allah var Allah bunun üçün qüsursuz sistem yaratmışdır. Əvvəlcə ana qurbağalar bu 6 həftəlik çoxalma mövsümündə yeməyi, içməyi kəsirlər. Bunun sayəsində mədələri yalnız balalar üçün hazırlanmış olur. Ancaq başqa bir təhlükə mədənin nizamlı olaraq ifraz etdiyi xlorid turşusu və pepsindir. Bu sekresiyalar adi halda balaları çox qısa müddətdə parçalayıb öldürməlidir. Ancaq buna qarşı xüsusi tədbir görülmüşdür. Ana qarnındakı mayelər yumurta kapsullarından daha sonra da çömçəquyruqlardan ifraz olunan "prostaqlandin E2" adlı sekresiya ilə təsirsiz hala gətirilir. Beləcə balalar turşu hovuzu içində üzmələrinə baxmayaraq, təhlükəsiz şəkildə böyüyürlər.

Bəs bu çömçəquyruqlar analarının mədəsində nə ilə qidalanırlar? Bu problemə qarşı da xüsusi bir çarə yaradılmışdır. Bu növə aid yumurtalar digər qurbağa növlərinin yumurtalarına görə olduqca böyükdür. Bunun səbəbi isə yumurtaların içinə balanı qidalandırmaq üçün zülalla zəngin yumurta sarısından ibarət təbəqənin yerləşdirilməsidir. Bu yumurta sarısı balaları 6 həftə boyu qidalandırmaq üçün kifayətdir. Doğum anı da qüsursuzca hazırlanmışdır. Balalar mədədən çıxıb xarici dünyaya addım atarkən, ananın yemək borusu eynilə doğum sırasındakı kimi genişlənir. Balalar yumartadan çıxdıqdan sonra isə ana yemək yeməyə başlayır və mədə əvvəlki halına qayıdır.

Rheobatrachus silus növünə aid qurbağaların bu fövqəladə çoxalma üsulu təkamül nəzəriyyəsini etibarsız edir. Çünki bu çoxalma sistemi tamamilə "dəyişməyən komplekslik" xüsusiyyətinə malikdir. Sistemin müvəffəqiyyətli ola bilməsi və qurbağanın çoxala bilməsi üçün bütün mərhələlərin əksiksiz olması şərtdir. Ana yumurtaları udacaq və 6 həftə boyu da başqa heç bir şey yeməyəcək bir instinktə malik olmalıdır. Yumurtalar da mədə turşularını təsirsiz hala gətirən mayeni ifraz etməlidirlər. Digər tərəfdən, yumurtalara balaların 6 həftə boyu qidalanmasını təmin edəcək böyük bir yumurta sarısı təbəqəsi əlavə olunması, ya da doğum anında ananın yemək borusunun genişlənməsi də şərtdir. Bunların hamısı eyni anda baş verməsə, çoxalma baş verməyəcək və qurbağanın nəsli tükənəcək.