Dəniz canlılarının fədakarlıqları
Bu hissədə verilən nümunələr dəniz canlılarının balalarına göstərdikləri fədakarlıqlarla bağlı olacaq.
Bir canlının balasını qorumaq üçün özünü təhlükəyə atması, ya da ona baxmaq üçün günlərlə ac qalması, hərəkətsiz qalaraq onun qızınmasını təmin etməsi fədakar davranışlardandır. Fədakarlıq isə bir şüurun və ağılın mövcud olması deməkdir. Bu da fədakarlıq edən canlının düşünməsinin, balasının ehtiyaclarını anlamasının, bu ehtiyaclara görə qərar verməsinin və bu qərarları həyata keçirməsinin qəbul edilməsi deməkdir.
Bir balığın, xərçəngin, ya da hər hansı bir canlının yuxarıda sadalananları öz iradəsi ilə etməsi mümkündürmü? Əlbəttə ki, xeyr. Bu vəziyyətdə qarşımıza bəzi suallar çıxır:
Bu canlılar necə hərəkət edəcəklərini haradan öyrənmişlər? Niyə çox vaxt ölümü belə nəzərə alaraq, bir daha heç görməyəcəkləri balalarını müdafiə edirlər? Bu canlılar öz istəklərini gözardı edərək, fədakarlıq etdikləri canlının ehtiyaclarını ön plana çıxaran iradəyə necə sahib olmuşlar? Bunların və buna bənzər sualların cavabı isə odur ki, bu canlılar sadalananları öz iradə və şüurları ilə etmirlər.
Bu canlılar yaradıcıları olan Allah'ın əmrilə hərəkət edirlər. Allah nə edəcəklərini onlara ilham edir.
Balalarını qarınlarında daşıyan xərçənglər
Harlequin xərçəngləri yumurtalarını qarın nahiyəsinin alt qismində saxlayırlar. Xərçənglər bu dövrdə qısqaclarını açır və çox təcavüzkar olurlar. Aşağıdakı şəkildə xərçəngin qarın nahiyəsində qoruduğu sarı yumurtalar görünür. Eyni şəkildə Trapez xərçənglərinin dişiləri də yumurtalarını qarınlarındakı qoruyucu bir qapağın altında saxlayırlar. Bərk mərcanlarda yaşayan bu canlılara balalarını qoruya biləcəkləri bədən quruluşunu və balalarını qoruma instinktini verən Allah'dır.
Roger Steene, Coral Seas, s. 19-21
Balalarını ağızlarında daşıyan balıqlar
Banggai Kardinal balığı həm yumurtalarını, həm də yumurtadan çıxan balalarını ağzında daşıyır. Yumurtaları və balaları ağzından çıxana qədər gözləyən Banggai balığı fədakarlıq edir. Böyüyən balalar bir neçə həftəyə bu yuvanı tərk edirlər. Balaların bundan sonrakı sığınacaq yerləri dəniz şabalıdlarının olduğu yerlər olacaq.
Roger Steene, Coral Seas, s. 23