Dəniz altında min bir sifətli osminoq

Allah varDəniz altı canlılarının hamısı bir-birindən maraqlı xüsusiyyətlərə malikdir. Məsələn, elm adamları tərəfindən yaxın zamanlarda kəşf edilən, lakin hələ adı olmayan bir osminoq növü mükəmməl bir gizlənmə nümunəsi nümayiş edir. Bu osminoq növü dənizlərin qumlu diblərində yaşayır və bir-birindən çox fərqli heyvanları rahatlıqla təqlid edir. Bu canlı şəkillərdə göstərilənlərə əlavə olaraq, eyni zamanda bir Hermit xərçəngini, bir Nudiranchı, bir dəniz atını və Mantis krevetini də eyni şəkildə təqlid edir. Belə ki, bu canlı təqlid etdiyi canlıların bütün hərəkətlərini də eynilə təqlid edir.

Təqlid qabiliyyəti müşahidə, diaqnoz və nəticə çıxarma kimi ağıl tələb edən xüsusiyyətlər nəticəsində ortaya çıxan bir qabiliyyətdir. Bu vəziyyətdə ağla osminoqun təqlid qabiliyyətinin necə ortaya çıxdığı sualı gələcək. Təqlidçi osminoqun ətrafındakı canlıları müşahidə edərək diaqnozlar qoyduğunu, təqlid etdiyi növdəki canlılara aid davranış şəkillərini ağlında tutaraq təkrarladığını iddia etmək məntiqdən uzaq bir davranış olacaq.

Allah bu canlılara etmələri lazım olanları öyrədəndir. Allah'ın ilhamıyla hərəkət edən bu canlılar da yer üzündəki digər canlılar kimi Allah'a boyun əyiblər.

Roger Steene, Coral Seas, s. 24-25

Məhz osminoqun özünü bənzətdiyi canlılar...

1-osminoqun özü, 2- Aslan balığı kimi, 3- Tikanlı uyuşturangillərdən bir balıq kimi, 4-İlan balığı kimi, 5-Qum anemonu kimi, 6- Dil balığı kimi, 7- Çənə balığı kimi, 8- Bala mürəkkəb balığı kimi, 9- Tanınmayan bir canlı kimi, 10-Dəniz anası kimi, 11-Dəniz ilanı kimi, 12- Brittle Ulduz kimi, 13- Tüklü ulduz kimi