Böcəklərdəki üstün dizayn
Təbiətdəki üstün dizayn alimlərə gələcəyin dəzgahlarını hazırlamaqda geniş üfüqlər açır. Berkeley Universiteti, ABŞ-nın Kaliforniya Univerisiteti və Stenford Universitetindən olan elm adamlarından təşkil olunmuş tədqiqat qrupu dövrümüzdəki kobud, hərəkət qabiliyyəti məhdud robotlara elastiklik qazandırmaq üçün biomimetika (biotəqlid) sahəsində fəaliyyətlərini gücləndirirlər.
Müasir dövrdə texnalogiyanın inkişaf etməsinə baxmayaraq, istehsal edilən robotlar elastik, cəld və müvazinətli hərəkət qabiliyyətinə sahib deyillər. Robot istehsalında istifadə edilən materiallar bərk, homogen (bir maddədən hazırlanmış) və izotropik (müxtəlif istiqamətlərdə xüsusiyyətlərini dəyişə bilməyən) xüsusiyyət göstərirlər. Buna görə robot istehsalında istifadə edilən materiallar asan qırılır və kobud olurlar.
Hərəkət qabiliyyətlərini və bədənlərindəki materialın xüsusiyyətini əsas götürərək təbiətdəki canlılarla robotları müqayisə etsək, ən sadə canlının belə ən inkişaf etmiş robotdan müqayisə olunmayacaq dərəcədə üstün olduğunu görərik. Bu üstünlük canlıların bədənlərini təşkil edən məmulatın viskoelastik (yapışqan və elastik) olmasından qaynaqlanır. Beləcə canlıya geniş hərəkət müxtəlifliyi təmin edirlər. İnsandan bir nümunə vermək lazım gələrsə: Hüceyrələrimizin divarları maye tərkibli və elastik olmasaydı, qol və ayaqlarımızı bükməyimiz mümkün olmazdı. Bu vəziyyətdə qolumuz qırılar və dağılardı.
Canlılardakı dizaynı müasir robotlardan qat-qat üstün edən digər mühüm xüsusiyyət isə əvvəldə də qeyd etdiyimiz kimi, canlıların bədəninin müxtəlif hissələrində həmin məmulatın fərqli xüsusiyyət daşımasıdır. Məsələn, əlimizin üst hissəsindəki toxuma ilə ovcumuzdakı toxuma bizim həyatımız üçün xüsusi olaraq yerləşdirilmişdir. Ovuc içi sərt deyil, üstdəki dəri kimi yumşaq olsaydı, əşyaları tutmaq çox çətin olardı.
Robotlar isə çox primitiv dizayna malikdir. Hər robot hərəkət vaxtı müxtəlif istiqamətli fiziki qüvvələrlə qarşılaşır. Yerin sürtünmə qüvvəsi, sərtliyi kimi amillər robotun tarazlığı, başqa sözlə, hərəkət qabiliyyətinə təsir edir. Ancaq robotların ayaqlarında istifadə edilən material bütün ayaqda eynidir. Buna görə ən kiçik qüvvə belə bütün bədənə təsir edir. Alimlər bu kobudluğu və tarazlıq pozuqluğunu ortadan qaldıra bilmək və belə çətin şəraitlərdə asanlıqla irəliləyə bilən möhkəm robotlar yarada bilmək üçün kiçik bir həşəratın mükəmməl dizayn olunmuş ayaqlarını təqlid edirlər.
Artıq demək olar ki, ənənəvi robot yaratma texnikaları yavaş-yavaş tərk edilir. Canlılardakı toxuma müxtəlifliyindən ilham alınaraq inkişaf etdirilən bu robot istehsalı texnikası SDM (shape deposition manufacturing) olaraq adlandırılır. Bu texnikanın tətbiq olunmasında Dərəcələndirilmiş Funksional Materialların (FGM: Functionally Gradable Materials) istifadəsinə üstünlük verilir. Bu materialların hazırlanmasında isə təbiətdəki həşəratlar və ya buğumayaqlılar kimi canlıların bədənlərində istifadə edilən materiallar təqlid edilir. (Harun Yəhya, Təbiətdəki Dizayn)
Bildiyimiz kimi, həşəratın ayağında üstün dizayn var. Bəs bu üstün dizayn haradan qaynaqlanır? Bu dizaynı meydana gətirən toxumalar, əlbəttə ki, hər hansı bir fabrikdə mühəndislər tərəfindən istehsal edilən dəzgahlar deyil: hamısı həşəratı formalaşdıran hüceyrələr tərəfindən istehsal olunur. Bu hüceyrələr hərəkət halındakı qüvvələri yox edəcək xüsusiyyətləri haradan bilirlər? Həşəratın ayağının fərqli bölgələrindəki hüceyrələr müxtəlif toxumalar sintez edirlər. Bu dizaynın qaynağı olan plan bütün hüceyrələrin nüvəsindəki DNT-də kodlaşdırılmışdır. Bəs hüceyrələr DNT-dəki fövqəladə məlumat arasından lazımlı toxumanı meydana gətirmək üçün lazım olan məlumatı necə təyin edir, seçir və oxuyurlar? Həşəratın bədənini nəhəng fabrikə bənzətsək, bu hüceyrələr də fabrikin müxtəlif hissələrində qurulmuş emalatxanalarda bir dəzgahın hissələrinin müəyyən plan üzrə istehsal olunmasına bənzəyər. Bu istehsalatda açıq-aydın bir nizam var. Bəs DNT-də kodlaşdırılmış bu planın məlumatı haradan gəlir? DNT ya da hüceyrənin digər orqanoidləri şüuru olmayan atomlardan meydana gəlmələrinə baxmayaraq, belə üstün bir dizaynın həm planlayıcısı, həm də tətbiq edicisi ola bilərlərmi? Əlbəttə ki, xeyr.
Belə üstün bir dizaynın üstün bir Ağılla yaradıldığı açıq-aşkardır. Bu Ağlın sahibi hər şeyin Yaradıcısı, Üstün və Qüvvətli olan Allah'dır. Bir böcəkdəki nümunə belə Allah'ın yaratma sənətinin təcəllisi və insanlara Allah'dan ibrət mövzusu və xatırlatmadır. Allah bu həqiqəti hər şeyin açıqlayıcısı olan Quranda belə bildirir:
"Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır." (Bəqərə surəsi, 164)
Böcəkdən müasir qatar stansiyasına...
1987-ci ildə fransız siyasətçilər sürətli qatar TGV və Lyon-Stolas stansiyasının inşası üçün memar Santiago Calatravanı çağırdılar. Məqsədləri stansiya üçün necə bir dizayn düşündüklərini izah etmək idi. Bu qatar stansiyası görkəmli, heyrətamiz və qabaqcıl xüsusiyyətlər daşıyan bir simvol olmalı idi. Calatrava istəkləri dinləyərkən önündəki kağıza bir böcək rəsmi çəkdi. İlham mənbəyi həşərat olan bu stansiyanın həşəratın əlvan yaşıl və mavi rəngləri ilə rənglənməsi də nəzərdən qaçmayıb.