Starqazer balıqları
Starqazer balıqları tropik və ya subtropik bölgələrin dayaz və dərin sularında yaşayır. Üzgəcləri, qəlsəmələri, göz quruluşları, dodaqları, qısası bütün bədən orqanları yaşadıqları mühitə uyğun yaradılmışdır. Məsələn, starqazerlərin başlarının üzərindəki böyük gözlərinin ətrafında 50 voltluq elektrik yaradan orqanları var. Bu gücdə bir volt starqazerə toxunan balıqları geriyə doğru atacaq qədər güclüdür.
Bundan başqa, starqazerin döş üzgəclərinin üstündə zəhər tikanları da var. Zəhər tikanı balığın ikinci müdafiə etmə mexanizmidir və insan üçün də ölümcül ola bilər. Starqazerin bədəninin rəngi donuq qəhvəyidir, üzərində isə ağımtıl ləkələr və ya xətlər var. Hər iki rəngdə də balıq palçıq və ya qumda gözə dəymir. Starqazerlər döş üzgəclərini kürək kimi istifadə edərək və sağa-sola doğru qıvranaraq bədənlərini qumun və ya palçığın içərisinə basdırırlar. Yalnız gözlərini və burun dəliklərini çölə çıxarırlar. Quma basdırıldıqdan sonra çox az hərəkət edərək düşmənlərinin diqqətlərini çəkməməyə çalışırlar.
Starqazerin ağzının içi qurda bənzər ətli bir quruluşdadır. Bunu çölə çıxarıb sağa-sola yellədikdə maraqlı balıqların diqqətini çəkir və bu şəkildə onları ovlayır. Göründüyü kimi, bu canlıda çox detallı bir dizayn var. Hər xüsusiyyəti yaşadığı yerə uyğun olacaq şəkildə yaradılmış olan bu canlı Allah'ın yaratma sənətinin təcəllilərindən biridir.
(International Wildlife Encyc., Volume 21, s. 2382)