Qorunmaq üçün işıq yaradan canlılar
Dəniz ulduzları, dəniz şabalıdları, tüklü ulduzlar kimi canlılar "tikanlı heyvanlar" adlandırılır. Bu heyvanların bir çoxunun dərisi müdafiə etmə məqsədiylə istifadə etdikləri iti tikanlarla örtülüdür. Dəniz sahillərində, mərcan qayalıqlarında və çay yataqlarında yaşayırlar.
Bu canlılar düşmənlərindən qorunmaq üçün öz işıqlarını yaradırlar. Parlaq qollara, ya da onurğalara malik olan bu canlılar özlərinə hücum edildikdə suda işıq buludları meydana gətirə bilirlər.
Qorunmaq üçün işıq yaradan canlılara başqa bir nümunə olaraq da bir dəniz ulduzu növünü verə bilərik. Bu dəniz ulduzu dənizin təxminən 1000 m dərinliyində yaşayır. Qollarının ucundan parlaq yaşıl-mavi işıqlar saçır. İşıqlı xəbərdarlığı düşmənlərinə pis bir dadı olduğunu bildirmək üçündür. Yenə başqa bir dəniz ulduzu növü isə özünə hücum edildikdə parlamağa başlayır və düşməni uzaqlaşdırmaq üçün qollarından birini düşmənə doğru uzadır. Bu dəniz ulduzunun istifadə etdiyi əhəmiyyətli bir müdafiə etmə taktikasıdır. Qopan qolun ağ işıq saçmağa davam etməsi düşmənin diqqətini kola yönəldir. Dəniz ulduzu da həmin an qaçır.
(Anide Ganeri, Creatures That Glow en The Dark, s. 16)