Dənizdəki Noctulica Milliarisin sirri: Ostracodlar
Karib dənizində yaşayan və işıq yaradan bir çox dəniz canlılarından biri də yüzlərlə, hətta daha çox növü olan Ostracodlardır. Ostracodlar bir suysam toxumundan daha böyük olmayan qabıqlı canlılardır, lakin bir çox canlının edə bilmədiyi şeyləri edir və bədənlərində işıq yaradırlar. Ostracodlar işıq saçan zərrələri üst dodaqlarının içində olan bəzi vəzilərdən buraxırlar. Yalnız erkək Ostracodlar işıq yaradır. Hər gecə günəş batdıqdan təxminən 1 saat sonra yüzlərlə erkək Ostracod dişiləri özlərinə çəkə bilmək üçün işıq saçmağa başlayır. Erkək Ostracodlar ətrafda üzərkən arxalarında parıldayan nöqtələrdən ibarət olan bir iz buraxır. Noctulica Milliaris adlandırılan bu izə görə Ostracodların olduğu sularda minlərlə kiçik, parlaq işıq yanırmış kimi olur.
(Dolphin Log, May 94, s. 6)