Gümüşü balta balıqları
Balta balığının belə adlandırılmasına səbəb iti baltanı xatırladan gümüşü rəngli zərif quyruğa sahib olmasıdır. Balta balıqları parlaq gümüşü rəngli kiçik canlılardır. Suyun az işıqlanan, təxminən 500 m. dərinliyində yaşayırlar. Gecələr ovlamaq üçün bəzən suyun 300 metrliyinə qədər çıxırlar. Okean və dənizlərin dərinliklərində yaşayan digər canlılar kimi, balta balıqları da qarınlarının alt nahiyəsində işıq saçan orqanlara sahibdirlər. Bu orqanlardakı kimyəvi maddələr reaksiyaya girərək gün işığına bənzər solğun mavi işıq saçır. Bədəninin alt hissəsindən çıxan bu zəif işıq aşağıdan gələn düşmənlərinə aldadıcı təsir bağışlayaraq, qoruma funksiyasını yerinə yetirir. Balta balığının bədəninin altında 100-ə qədər solğun mavi işıq saçan orqanı vardır.
(Anita Ganeri, Creatures That Glow in The Dark, s. 22)