İşıq saçan canlılar

Ən geniş yayılan işıq saçan canlılar işıldaquşlardır. Alimlər illərlə davam edən tədqiqatlarında işıldaquşlar kimi məhsuldar işıq istehsal etməyə çalışırlar. İşıqdan maksimum səmərə əldə edən və demək olar ki, heç bir enerji itirməyən işıldaquşlar bu xüsusiyyətlərinə görə daim tədqiqat mövzusu olurlar.

isiqƏslində, bir canlının işıq istehsal etməsi və eyni zamanda da bu işığın istiliyindən təsirlənməməsi çox təəccüblüdür. Məlumdur ki, müasir dövrün texnologiyası ilə istehsal edilən işıqda mütləq istilik ortaya çıxır və bu istilik də xaricə istilik enerjisi olaraq verilir. Yəni bu vəziyyətdə işıq istehsal edən canlılar da zərər görməlidir. Halbuki, işıq istehsal edən canlılarda qüsursuz bir dizayn var. İstehsal etdikləri istilikdən heç təsirlənmirlər. Çünki bu canlılar işıq istehsal edəndə çox miqdarda istilik ortaya çıxmır. Bədən sistemləri buna uyğun yaradılmışdır.

Dəniz canlıları, həşəratlar və bir çox canlılar öz işıqlarını özləri istehsal edirlər. Hər bir canlının işıq istehsal etmə forması, istifadə sahəsi, müddəti və işığın növü bir-birindən fərqlənir.

Təbii ki, bu sistemi yaradan canlıların özləri deyil. Təsadüfən işıq istehsal edən orqanların ortaya çıxması da mümkün deyil. İşıq saçan bütün canlılar Allah'ın üstün yaratma sənətinin təcəllisidir. Allah sonsuz elm, ağıl və qüdrətinin dəlillərini yaratdığı canlılar vasitəsilə bizə tanıdır.

İşıq yaradan Comb Jelly

Comb Jelly meduzalar və dəniz anemonları kimi həssas canlılardan biridir. Onlar mikroskopik bitkilər və kiçik dəniz heyvanları ilə qidalanırlar. Bəziləri ovlarını balıq qarmağı kimi suda hərəkət edən yapışqan lamisə orqanları ilə tuturlar. Bir növün isə çox geniş şəkildə açılan və digər Comb Jelly-lər də daxil olmaqla, bir çox canlını uda bilən ağızları var. Comb Jelly-nin bədənində sıra ilə düzülmüş incə tüklər var. Bu tüklərindən suda irəliyə doğru hərəkət etmək üçün istifadə edirlər. Bundan başqa, demək olar ki, hamısının kürəyində tikiş yerinə bənzəyən, işıq istehsal edən xüsusi hüceyrələr var. Növlərin hər birinin öz maraqlı xüsusiyyətləri var. Məsələn, qırmızı Comb Jelly-yə toxunanda parıldayır. Eyni zamanda suya parıldayan, işıqlı dənələr də buraxa bilir. Bu, düşmənlər üçün istifadə edilən bir üsuldur.

(Anidə Ganeri, Creatures That Glow en The Dark, s. 28)

İşıq saçan mürəkkəb balıqları

Dənizin dibində yaşayan kiçik mürəkkəb balıqlarının gözlərinin və buynuzlarının üzərində işıq saçan orqanlar var. Bu orqanlar bir tərəfdən mürəkkəb balıqlarının planktonları özlərinə çəkmələri üçün proyektor funksiyası yerinə yetirir, digər tərəfdən də planktonları tutmaq üçün qapan rolunu oynayır.

(Our Amazing World Of Nature, Its Marvels & Mysteries Reader's Digest, s. 153)

İşıqlı mürəkkəb balığı

Mürəkkəb balığı mavi-ağ işıq istehsal edir. Bədəni və buynuzları ləl-cəvahirata bənzəyən orqanlarla örtülmüşdür. Mürəkkəb balığı özünü kamuflaj etmək üçün işığın rəngini, sıxlığını və onu əhatə edən şeyə görə bucağını dəyişdirə bilir. Dişi mürəkkəb balıqlarının cütləşmədən əvvəl erkəyi cəzb etmək üçün, ya da özünü qorumaq üçün işıq istehsal etdiyi düşünülür. Yuxarıdan gələn işığa görə özlərini düşməndən qorumaq üçün görünməz edirlər.

Mürəkkəb balıqlarının dərisində rəngli nöqtələr var. Bu nöqtələrin bəziləri çox böyük, bəziləri isə kiçikdir. Rənglərini bu nöqtələr sayəsində dəyişdirə bilirlər. Mürəkkəb balıqlarının səkkiz ədəd qolunun yanında qavrama funksiyasını daşıyan və qollarından daha uzun orqanları var.

Bəzi mürəkkəb balığının növləri isə düşmənlərini çaşdırmaq üçün suya parlaq rəngli bir selik buludu buraxırlar. Bu zaman qaçmaq üçün vaxt qazanırlar. Bəzi növlər isə saatda 40 km.-ə çatan sürətlə mürəkkəb ata bilirlər.

Mürəkkəb balıqları güclü və sürətli üzən balıqlardır. Hərəkət sistemləri də çox heyrətlidir. Bədənlərindən içəri-çölə su vuraraq hərəkət edirlər. Bura qədər sadalanan bütün xüsusiyyətlər mürəkkəb balıqlarındakı dizayndan yalnız bir neçəsidir. Bu dizayn bütün kainatı yaradan Allah'a aiddir.

(Anda Ganeri, Creatures That Glow en The Dark, s. 18)