Süngərlərin heyrətamiz xüsusiyyətləri
Elm adamları Meksikada yaşayan süngərlərin həzm sistemləri, sinir sistemləri, beyinləri və əzələləri olmadan necə nəfəs aldıqları, yemək yedikləri və özlərini necə qoruduqları kimi suallara cavab axtarırlar. Asbetpoluma hupogena adlanan və ölçüsü baş barmağın dırnağından bir az böyük olan süngərin ağ oval bədənindən çıxan zoğları var. Bu zoğlardan da kiçik tüklər çıxır. Tüklər dəniz qabıqlılarını tutan qarmaq rolunu oynayır. Ov tutulan kimi süngərin hüceyrələri hərəkətə keçir və dəniz qabıqlıları 24 saat ərzində tamamilə süngər hüceyrələri ilə örtülür. Süngərin hüceyrələri ət parçalarını əmərək öz sitoplazmalarına keçirirlər. Yeməyi həzm etmək üçün isə süngərlər hərəkət etməlidirlər. Heç bir orqanı olmamasına baxmayaraq, çox fərqli bir üsuldan istifadə edərək əti həzm edən bu canlı Allah'ın müxtəlif yaratma nümunələrindən yalnız biridir.
International Wildlife, July-August 1999, s. 27