Ağcaqanad sürfələrindəki möhtəşəm dizayn

Allah varSu ağcaqanadı sürfələrinin böyük bir qismi qida baxımından çox zəngin olan sularda yaşayırlar. Bu sürfələrin ən böyük problemi ondan ibarətdir ki, onlar sürətli axın zamanı suyun üzündə qala bilmirlər. Sürfələrə suyun üzündə qalmağa iki şey kömək edir: qayalara dırmanmağa yardım edən ayaqlarının hər birində pəncəyəbənzər çıxıntının olması və yastı, düz bədən quruluşuna malik olmaları.

Allah`ın bu sürfələr üçün yaratdığı xüsusi bədən quruluşu onlara suyun üzündə asılı vəziyyətdə qalmağa imkan verir. Suyun altındakı yuvalarda böyüyən ağcaqanad sürfələri müəyyən vaxtdan sonra birlik halında suyun üzünə çıxırlar. İnkişaf dövrünü tamamlayan sürfələr qısa müddətdən sonra bərk dərilərini dəlib onun içindən çıxır və qanadlı ağcaqanadlara çevrilirlər.

Ranger Rick, June 1992, s. 16-17