Mərcan qayalıqlarındakı həyat

Mərcan qayalıqları müxtəlif balıq növlərinin birlikdə yaşadığı sualtı sığınacaqlardan biridir. Bütün balıqların özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, gündüz ovlanan mələk balığı və dəniz iti balığı hava qaralmamış mərcan qayalıqlarındakı yarıqlara çəkilirlər. Cərrah balığı, tutuquşu balığı, keçi balığı və lapina kimi gündüz ovlanan balıqlar isə cütləşmək üçün toranlıq vaxtını gözləyirlər. Cütləşmə zamanı 2000-dən çox cərrah balığı bir yerə toplaşır. Bu balıqlar adətən yumurtalarını qayalıqların künclərinə qoyurlar.

Allah varMərcan qayalıqlarında yaşayan balıqların həyat tərzləri bir-birindən fərqlənir. Məsələn, bu qayalıqların sakinlərindən olan tutuquşu balığı yuvasına çəkildikdən sonra dərin yuxuya getdiyi halda, kirpi balığı istirahət edərkən çox oyanıq olur. Möhtəşəm parlaq rənglərə sahib olan keçi balığı və digər balıqlar gecə olduqda bədəninin solğun rənglərindən istifadə edərək sanki başqa dəriyə bürünürlər. Süngər, mərcan kimi bəzi canlılar və yumurtlayan bəzi balıqlar da mərcan qayalıqlarında məskunlaşan canlılardandır. Bundan başqa, mərcan qayalarındakı mikroskopik bitki və heyvanlarla qidalanan kiçik xərçəng və krevetlər də olur. Mərcan qayalıqlarında yaşayan köpək balığı və ilanbalıqları güclü iybilmə qabiliyyətindən istifadə edərək qaranlıqda asanlıqla ova çıxa bilirlər. Allah suyun altında yaratdığı bu rəngarəng və möhtəşəm dünya ilə bizə bənzərsiz yaratma sənətini və sonsuz elmini göstərir.
(Dolphin Log, May 1994 s. 4- 5)