Tropik sulardakı nəhəng dəniz daraqları
Tridacna Hindistan okeanının və Sakit okeanın tropik sularında yaşayan iri dəniz darağı növüdür. Möhtəşəm mavi-yaşıl çalarlara sahib olan bu canlı şəffaf okean sularındakı mərcan qayalıqlarında yaşayır.
Tridacnanın ən heyrətamiz xüsusiyyəti birgə yaşadığı canlı sayəsində öz bədənindən qida əldə etməsidir. Zooksantella adlanan kiçik yosun növü yalnız digər canlıların vücudlarında yaşaya bilir. Dəniz darağının bədənində milyonlarla zooksantella yosunu yaşayır. Vücudlarda yaşayan bu yosunlar həm sığınacaq tapır, həm də düşmənlərdən qorunurlar. Dəniz daraqları, eyni zamanda, zooksantellanı ehtiyac duyduğu maddələrlə (karbondioksid, azot, fosfor və s.) təmin edir. Zooksantellanın yaratdığı bir çox maddələr də dəniz daraqları üçün qida mənbəyidir.
Əlbəttə ki, bu iki canlı arasındakı heyranedici əməkdaşlıq və uyğunluğun təsadüfən meydana gəldiyini iddia etmək ağıllı insanın işi deyildir. Bir canlının təsadüf nəticəsində qidasını təmin edən başqa bir canlının bədənində yerləşməsi, onun ehtiyaclarından, və ya qida mənbəyi olmasından təsadüfən xəbərdar olması mümkün deyil. Müştərək həyat tərzi keçirən belə canlı nümunələri Allah'ın sonsuz yaratma sənətinin dəlillərindəndir. Bu canlıları bir-birinə uyğun şəkildə yaradan Allah'dır. Sonsuz güc sahibi olan Allah hər şeyə qadirdir.
(Dolphin Log, July 1998 s. 12)