24. Hörümçək xərçənginin həyat tərzi
Mərcan qayalıqlarında yaşayan hörümçək xərçəngləri ovlanmaq üçün gecəni gözləyirlər. Hava qaralan kimi bu xərçənglər gizləndikləri yerdən çıxaraq yem axtarmağa başlayırlar. Yem tapmaq onlar üçün çətin olmur, çünki su axını qayalıqlara çoxlu qida qalığı gətirir. Xərçənglər suyun üzündəki qida qalıqlarını ayaqlarındakı tikanlar vasitəsilə əldə edirlər. Hava işıqlanan kimi bu canlılar suyun dərinliklərinə doğru hərəkət etməyə başlayırlar. Hörümçək xərçəngləri ac balıqlardan, xüsusilə də ən böyük düşmənləri olan mürəkkəb balığından qorunmaq üçün suyun dərinliyindəki qayalıqların yarıqlarında gizlənirlər. Eyni zamanda, Əsmə adlı dəniz bitkisinin zəhərli buynuzlarının altında guzlənirlər. Qaranlıqda qidalanan hörümçək xərçənginin üzərinə işıq salsaq, onun dərhal yemindən uzaqlaşaraq 30 saniyə içində suyun dərinliklərinə doğru hərəkət etdiyini görərik.
(Jill Bailey, Anticipating The Seasons, Nature Watch Series, s. 18)