Ağciyərli balıq
Digər balıqlardan fərqli olaraq, ağciyərli balıq hava ilə tənəffüs edir. Buna görə də, hər 20 dəqiqədən bir suyun üzünə çıxaraq nəfəs alır. Əks halda, suda həll olmuş oksigendən istifadə edə bilmədiyi üçün balıq məhv olar. Quraqlıq mövsümündə Afrikanın gölləri quruduqda, ağciyərli balıq yaşamaq üçün tamamilə fərqli bir üsula əl atır. Balıq üzərini palçıqla örtərək yağışın yağmasını gözləyir. Bu, bəzən illərlə davam edir. Yağışlar yağmağa başladıqda isə ağciyərli balıq sudakı normal həyat tərzinə geri qayıdır. Qeyri-adi xüsusiyyətləri ilə fərqlənən ağciyərli balıq Allah`ın sonsuz yaratma sənətinə yalnız bir nümunəsidir.
(Our Amazing World Of Nature, Its Marvels & Mysteries Reader's Digest, s. 13-15)