Zirehli heyvanlar
Canlıları tədqiq edərkən onlardan bəzilərinin kompas kimi hərəkət etdiklərini müşahidə edirik. Suda yaşayan zirehli heyvanlara bu canlılara misal göstərmək olar. Bu heyvanların ən maraqlı xüsusiyyəti sabit vəziyyətdə olarkən heç vaxt yanılmadan kompas kimi şimal istiqamətində dayanmalarıdır. Eyni zamanda yosunla qidalanmaq üçün gecələr yuvasından uzaqlaşan bu canlılar, hava işıqlanmamış qayalıqlardakı yuvalarını asanlıqla tapırlar. Tədqiqatçılar bu canlıların istiqamətlərini müəyyən etmək üçün dillərindən istifadə etdiklərini düşünürlər.
(Jill Bailey, Anticipating The Seasons, Nature Watch Series, s. 45)