Dörd üzgəci üzərində hərəkət edən balıq
Qırmızıdodaq yarasa balığı dünyada dörd üzgəci üzərində hərəkət edən yeganə balıqdır. Xüsusi yaradılmış üzgəclərə, qeyri-adi burun quruluşuna və böyük qırmızı dodaqlara sahib olan bu balıq görənlərin böyük marağına səbəb olur. Yarasa balıqlarının qumun üzərində insan kimi gəzməsini təmin edən orqanları döş üzgəcləridir. Bu üzgəclər yarasa balıqlarına ayaq üstə dayanmağa və gəzməyə imkan verir. Fənər balıqlarında olduğu kimi, yarasa balıqlarında da burunlarının altında ovlarını aldatmaq üçün qarmaq kimi istifadə etdikləri kiçik dəri hissəcikləri var. Ətlə qidalanan yarasa balıqları bu qarmağabənzər çıxıtılarından xərçəng, soxulcan, molyuska kimi canlıları ovlamaqda istifadə edirlər.
Dolphin Log, September 1994, s. 12-13