Kirpi balığının möhtəşəm müdafiə sistemi
Düşmənlə qarşılaşdığı zaman kirpi balığı bədənini sürətlə şişirdərək şəkildə gördüyümüz formaya düşür.Bu zaman kirpi balığının bütün bədənini əhatə edən iti tikanlarıda meydana çıxır. Bu iki xüsusiyyət kirpi balığının mükəmməl müdafiə sistemini təşkil edir.
Dairəvi formada olan kirpi balığı çox ləng hərəkət edən balıq növüdür. Balığın bədən səthi demək olar ki, tamamilə tikanlarla örtülüdür. Olduqca maraqlı müdafiə sisteminə sahib olan bu balıqlar düşməndən asanlıqla xilas olurlar. Düşmənlə qarşılaşdıqları zaman qarınlarını cəld su ilə dolduraraq şar kimi şişirlər. Bu vəziyyətdə kirpi balığı normal ölçüsündən iki dəfə böyük olur və nəticədə düşmənə yem olmaqdan xilas olur.
Kirpi balıqlarının bəzi növləri çox zəhərlidir. Tetrodoksin adlandırılan bu zəhəri kirpi balıqlarının bağırsaqlarında yaşayan bakteriyalar ifraz edir. Zəhər balığın bütün bədənini əhatə edir, xüsusilə qaraciyər və bağırsaq kimi daxili orqanlarında daha geniş yer tutur. Zəhərin bir qismi isə əzələlərdə toplanır. Bu da kirpi balığı və sürfələri ilə qidalanan canlılar üçün çox böyük təhlükə törədir. .
Dolphin Log, September 1996, s. 12-13)