Sualtı dünyanın təmizlikçiləri
İri balıqların üzərində gəzən, hətta bəzən onların ağızlarının içinə girən kiçik cəsur balıqlar suyun altında maraqlı mənzərələr yaradırlar. Okean və dənizlərdə tez-tez digər iri balıqların təmizlənmə ehtiyacını ödəyən kiçik balıq kütlələrinə rast gəlirik. Mərcan qayalıqlarındakı ördək balıqlarından və krevetlərdən ibarət olan balıq dəstələri daima təmizlik işləri ilə məşğul olurlar. Kiçik ördək balığı və digər sualtı təmizlikçilər xanı balığı, tutuquşu balığı və başqa iri balıqların ağızlarına belə daxil olaraq, buradakı qida qalıqlarını, ölü dəri parçalarını təmizləyir və balıqda göbələk xəstəliyinin yaranmasının qarşısını alırlar. Əksər balıq növü bu "təmizlik məntəqələrinə" bir neçə gündən bir baş çəkir. Təmizlikçi balıqlar 6 saat ərzində 300-ə yaxın balığı təmizləyə bilirlər.
David Attenborough, The Trials of Life, s. 174