Palçıq balığının maraqlı dünyası

Allah varPalçıq balığı Manqrov bataqlıqlarının qalın palçıq təbəqəsi üzərində yaşayır. Palçığın üzərində balığın yalnız başı və periskop kimi hərəkət edən gözləri görünür. Palçıq balığını digər balıqlardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyəti uzaqdakı hər hansı bir obyekti, məsələn, bir həşəratı sezə bilməsidir. Ovunu müşahidə etdiyi zaman tez-tez suyun üzünə çıxır və sahilə qədər onu izləyir. Digər balıqlardan fərqli olaraq, palçıq balıqları geniş qəlsəmə yarıqlarında hava və su qarışığını daşıdıqları üçün palçığın içində rahat yaşaya bilirlər. Qəlsəmələrində dalğıc balonu həcmində oksigen daşımağa qadir olan balıq quruda müəyyən müddət nəfəs ala bilir. Bərk palçıq üzərində hərəkət etmək üçün qısa və qalın döş üzgəclərindən istifadə edir. Sulu palçıqda isə sıçrayır, quyruqlarını ani reflekslə büküb-açaraq hərəkət edir. Allah`ın adlarından biri də Bədidir, yəni bənzərsiz yaradandır. Palçıq balıqları da digər balıqlardan tamamilə fərqlənən xüsusiyyətləri ilə Allah`ın Bədi isminin təcəllisidir.

Borneo, The World's Wild Places, Time Life Books, s. 132