Rənglərin dili
Canlılar malik olduqları işıq və qəbul etmə sistemlərinə görə işləyən bir "rəng dili"nə malikdirlər. Yəni hər canlı növü üçün rənglərin ifadə etdiyi mənalar fərqlidir. Hər canlının həyatını davam etdirə bilməsi üçün yaşadığı mühitdəki rənglərin dilini bilməsi məcburidir. Çünki həyati fəaliyyətlər ancaq bu dilin qəbul edilməsi ilə istiqamətləndirilir.
Canlılar rəng dilini necə istifadə edirlər?
Canlıların böyük bir hissəsi qida tapa bilmək üçün rənglərin köməyinə ehtiyac duyur. Digər tərəfdən dəri, pulcuq və ya kürkdə olan rənglər, xüsusilə, istiliyi yaymaq və ya saxlamaq kimi xüsusiyyətləri ilə canlılar aləminin davamı üçün çox əhəmiyyətli rol oynayırlar. Həmçinin canlılar düşmənlərindən qorunarkən də rənglərini istifadə edirlər. Yaşadıqları mühitlə uyğunlaşma təşkil edən rəngləri sayəsində kamuflyaj olur, düşmənlərindən gizlənə bilir və ya üzərlərində daşıdıqları rənglər və naxışlar düşmənləri üçün yayındırıcı bir görünüş meydana gətirə bilir. Bu rəng həmçinin canlıların yoldaşlarını və ya balalarını tanımalarında da rol oynayır. Təbiətdəki bu nümunələrdə də göründüyü kimi, canlılar həyatlarını davam etdirə bilmək üçün rənglərin mənalarını doğru bilməlidirlər. Bu məlumatı doğru olaraq ala bilmələri üçün də bunu qəbul edə biləcəkləri uyğun sistemlərə malik olmalıdırlar. (Harun Yəhya, Allah'ın Rəng Sənəti)
Əgər bu sistemlər olmasa, xarici mühiti qəbul edə bilməz və həyatlarını davam etdirmələri üçün lazımi fəaliyyət göstərə bilməzdilər. Qidalarını tanıya bilməz, düşmənlərini ayırd edə bilməzdilər. Başqa sözlə, xarici dünyadan qopar və ölərdilər.
Canlılardakı bu qüsursuz və olduqca mürəkkəb sistemin təsadüfi bir şəkildə yarandığı əsla iddia edilə bilməz. Çünki hər sistemin, hər uyğunlaşmanın, hər dizaynın, hər proqramın, hər planın, hər tarazlığın mütləq bir Yaradıcısı var. Bu uyğunlaşmanı ən mükəmməl şəkildə canlıların bədəninə və yaşadıqları mühitə yerləşdirən bir iradə və güc var. Bu gücün sahibi üstün bir ağılla həm mühiti, həm canlının özünü, həm də istifadə etdiyi sistemləri əhatə etmişdir. Bu gücün sahibi aləmlərin Rəbbi olan Allah'dır.
Canlıları araşdırdıqda rənglərin dilini ustalıqla istifadə etdiklərini görürük. Canlıların həyatlarında əhəmiyyətli yer tutan rənglərin dilindən nümunələr:
Kamuflaj sənəti
Heyvanlardakı müdafiə etmə taktikalarının ən əhəmiyyətlilərindən biri, şübhəsiz ki, kamuflyajdır. Kamuflyaj edən canlılar yaşadıqları mühitə çox uyğun şəkildə yaradılan bədən quruluşları ilə sanki xüsusi bir qoruma altına alınmışlar. Bu canlıların bədənləri olduqları mühitlə o qədər uyğundur ki, şəkillərinə baxıldıqda bəzilərinin bir bitkiyə, yoxsa bir heyvana aid olduğunu anlamaq, ya da eyni mühitdə olan heyvanla bitkini bir-birindən ayırd edə bilmək, demək olar ki, qeyri-mümkündür.
Heç bir canlı belə bir prosesi öz-özünə, ya da təsadüfən reallaşdıra bilməz. Əlbəttə ki, canlılara kamuflyaj qabiliyyətini verən, rəng dəyişmələrini reallaşdıracaq kimya laboratoriyalarını bədənlərinə yerləşdirən üstün ağıl və məlumat sahibi olan Allah'dır. Ayələrdə belə buyurulur:
"Göylərdə və yerdə olanların hamısı Allah'ın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir.." (Hədid surəsi, 1-2)
Temperatur nizamı
Heyvanlar bədənlərini örtən tüklərə rəng verən fermentlər sayəsində soyuqdan və istidən qorunurlar. Soyuq bölgələrdə yaşayan heyvanlarda bədənin ən həssas hissələri olan ayaqların ucunda, qulaqlarda və burundakı tüklər tünd rənglidir. Tünd rəngli tüklər insanların qışda tünd rəng geyimlər geyinərək günəş şüalarından daha çox faydalanmağa çalışmaları kimi heyvanların da istilik enerjisini daha çox alıb daha asan isinmələrini təmin edir. Rəng dəyişməsi quru heyvanlarında sıx rast gəlinən bir vəziyyətdir. Məsələn, yayda şimal tülkülərinin tükləri tündləşir, çünki bədən temperaturları yüksək olur. Qışda isə havalar soyuduğu üçün bədən temperaturu düşür və fermentlərin rahat fəaliyyət göstərə biləcəyi bir mühit təmin edilir. Bu səbəbdən, qışda şimal tülkülərinin tükləri ağarır.
Şimal paralellərində yaşayan dovşanlar, tülkülər, gəlincik və dələlər də yayda qəhvəyi rəngə, qışda isə ağ rəngə bürünürlər. Bəzi quşlar da qış aylarında dümağ olsa da, bahar gəldikdə torpağın və bitki örtüyünün rənginə uyğun yeni bir görünüşə bürünürlər.
Uyğunlaşma
Heyvanların hamısı rənglərini kamuflyaj üçün istifadə etmirlər. Məsələn, qırqovul və tovuz quşunun erkəkləri yoldaşlarına təsir edə bilmək üçün rəngli tüklərini istifadə edirlər.
Mesaj verən rənglər
Canlılar rəngləri çox fərqli sahələrdə istifadə edirlər. Bir-birlərinə müxtəlif mövzularda mesajlar vermələri də bunlardan biridir. Bəzi heyvanlar bədənlərinin müxtəlif bölgələrindəki fərqli rənglərdə olan tükləri həyəcan siqnalı kimi istifadə edirlər.
Həmçinin heyvanlar yoldaşlarını, ya da balalarını rənglərindən tanıyırlar. Məsələn, ana quş balasının qida ehtiyacını dimdiyinin rəngindən anlayır. Bala da anasını bu şəkildə tanıyır və qidanın gəldiyini anlayır.
Quşlardakı rənglər
Quşların rəngarəng tüklərinin ən mühüm xüsusiyyətlərindən biri cansız olmalarıdır. İnkişafını tamamlamış bir tükün tamamilə cansız olması qopan tükün rəngini eynilə mühafizə etməsinə də səbəb olur.
Quşlardakı zəngin rəng müxtəlifliyi tüklərin içərisində olan və tük ilk meydana gəlməyə başladığı andan saxlanan piqmentlərin varlığına və ya quruluş xüsusiyyətinə görə işıq hərəkətlərinə bağlı olaraq meydana gəlir.
Tüklərdəki fərqli quruluş sayəsində eynilə şüşə prizmanın işığı rənglərə ayırması kimi bir görünüş təqdim edə bilirlər. Bu şəkildə işığın qırılması ilə ortaya çıxan rənglər piqmentlərlə rəngləndirilmiş olanlardan daha canlı və davamlıdırlar. Bu tüklərin rəngləri mavidən yaşıla, narıncıdan qırmızıya doğru dəyişir. Ümumiyyətlə, quşlardakı yaşıl, mavi və metalik rənglər işığın əks olunma və qırılması nəticəsində meydana gəlir. Ancaq bəzi rənglər piqmentlərdən də qaynaqlana bilir.
Quşlardakı rənglər olduqları mühitə uyğunlaşma, erkək və dişi fərdlərin bir-birlərini tanıması və çoxalma mövsümündə erkək quşların dişilərə qulluq etməsi zamanında çox əhəmiyyətlidir. Tüklərə rəng verən piqmentlər tükün dözümlülüyünü artırır, günəş şüalarından istiliyi qəbul edir və zərərli ultrabənövşəyi şüalarının bədənə girməyinə mane olur.
Dəniz altındakı rənglər
Sualtındakı həyat qurudakına nisbətən çox fərqlidir. Suda yaşayan canlıların bütün xüsusiyyətləri suyun içində ən rahat yaşaya biləcəkləri şəkildə yaradılmışdır. İnsan suda bir balığın gördüyü kimi görə bilməz, çünki insan gözü suyun altında dəqiq görməyi təmin edəcək xüsusiyyətlərə sahib deyil. Məsələn, balıqlardakı kimi bir linza sistemi yoxdur, ya da insan gözü balıq gözü kimi dairəvi və sərt deyil, buna görə suda balıqlar qədər dəqiq görmə təmin edə bilməz, sudakı qırılmanı hesablaya bilmədiyi üçün də balıqlar qədər dəqiq bir uzaqlıq nizamı edə bilməz.
Bitkilərdəki rənglərin dizaynı
Bitkiləri düşünək. Meyvələri, tərəvəzləri, çiçəkləri və ağacları… Hər biri fərqli rəngə, qoxuya və dada malik olan bitkilər Allah'ın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda hər an gördüyünüz, bəzən də yalnız kitablardan tanıdığınız bitkilərin hər biri özünə xas rəngə və naxışa malikdir. Hamısının çoxalma formaları, tərkiblərindəki nektar nisbəti və qoxuları bir-birindən fərqlidir. Qırmızı, ağ, sarı, narıncı, bənövşəyi, kənarları ağlı, iki rəngli gülləri düşünək. Şübhəsiz, bunları görən bir insanın onları yaradan Allah'ın sonsuz qüdrətini qavraya bilməməyi böyük bir korluq olar.
Eyni torpaqda yetişməyinə, eyni su ilə sulanmağına baxmayaraq, bitkilərdə bu qədər müxtəlif rənglərin necə əmələ gəldiyini heç düşündünüzmü?
Allah "Rə'd" surəsində eyni su ilə sulanmasına baxmayaraq, torpaqdan fərqli məhsulların çıxmağına belə diqqət çəkir:
"Yer üzündə bir-birinə yaxın torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır." (Rə'd surəsi, 4)
Yer üzündəki bütün bitkilərin rəngləri və xarici görünüşləri insanın zövqünü oxşayacaq şəkildə yaradılmışdır. Meyvələrdə və tərəvəzlərdə bənzərsiz bir rəng müxtəlifliyi vardır. Bununla yanaşı, çiçəkləri və ağacları düşündüyümüz zaman da eyni estetik görünüş və rəng müxtəlifliyi ilə qarşılaşırıq.
Yer üzündəki hansı bitkini və ya heyvanı araşdırsaq, qarşılaşdığımız nəticə qüsursuz bir yaradılış olacaq. Yaratmada ortağı olmayan Allah dadı, qoxusu, rəngi, naxışı fərqli olan bitkiləri bütün canlılar üçün yaratmışdır. Bizim vəzifəmiz Allah'ın yaratdığı dəlillər üzərində düşünüb, Rəbbimizə şükür etməkdir.