Okeandakı anti-frizli balıqlar

Allah varSoyuq dənizlərdə yaşayan balıqların dəriləri və ya qəlsəmələri buzla təmas etsə bədənlərindəki maye dərhal donmağa başlayar və balıqlar ölə bilər. Bunun səbəbi, bədən mayelərində yaranan buz kristallarının sürətlə artmasıdır. Buna baxmayaraq, soyuq bölgələrdə yaşayan bir çox balıq növü var. Bu bölgələrdəki bəzi növlər dəniz suyunun temperaturunun -1.80 olduğu dərin sulara çəkilərək donmaqdan xilas olurlar. Ancaq Anlantik okeanında bu temperaturdan da çox aşağı temperaturlarda yaşayan balıqlar var. Bunu Allah'ın onlar üçün yaratdığı xüsusi bədən sistemləri sayəsində bacarırlar.

Bu balıqların qanının içində avtomobil radiatorundakı anti-friz (donmağa mane olan) maddəsi kimi işləyən kimyəvi maddələr var. Bu kimyəvi maddələr Atlantik okeanının ən aşağı temperaturlarında belə balıqların bədənlərini donmaqdan qurtarır.

Michael Scott, The Young Oxford Book of Ecology, s. 47