Sperma balinaları

Allah varSperma balinalarının dişiləri və erkəkləri normal zamanlarda bir-birlərindən ayrı yaşayır. Seçdikləri sular da bir-birlərindən tamamilə fərqlidir. Dişilər həyatlarının böyük hissəsini isti iqlimli tropik və subtropik sularda keçirirlər, erkəklər isə nəhəng mürəkkəb balıqlarını ovlamaq üçün Şimal qütbünün və Atlantik okeanın dərinliklərinə dalırlar. Dişilərdən üç qat ağır olan erkək balinalar yalnız cütləşmək üçün tropik bölgələrə gəlirlər. Erkək sperma balinaları 20 m. uzunluğunda olan nəhəng canlılardır. Heyvanlar içində ən böyük beyinə sahibdirlər və beyinləri basketbol topuna bənzəyir.

International Wildlife, May/June 1995, s. 8

Sperma balinalarının alınlarında spermaset adlanan bir orqan var. Əzələlər və yağdan ibarət bərk və lifli örtük olan bu orqanın vəzifəsi dərin dalğıclarda canlının asan hərəkət etməsini və təzyiq nizamlamasını təmin etməkdir. Sperma balinalarının su püskürtmə dəlikləri də başqa heç bir balinada olmayan yerdədir. Balinaların alınlarının ön sol ucunda olan bu dəlikdən çıxan su hər zaman balinanın solundan 450-lik bucaq ilə fışqırır.

Dr. Tony Hare, Animal Fact File, s. 164