Qış güvələrindəki istilik sistemi

Allah var Güvələr, adətən, yazda dünyaya gəlirlər, yay boyu həyatlarını davam etdirdikdən sonra qış yaxınlaşdıqda, ölmədən əvvəl yumurtalarını qoyurlar. Güvədən qalan yumurtalar, tırtıllar və puplar yaza qədər heç bir həyati fəaliyyət göstərmirlər. Bu həyat şəkli qış güvələrində isə tamamilə fərqlidir. Orta Asiya, Sibir, Şimali Avropa kimi geniş ərazidə yaşayan qış güvələri digər güvələrdən fərqli olaraq, həyati fəaliyyətlərini qışda göstərirlər. Onlar yay boyu hərəkətsiz qalır və qış aylarında yetkinləşirlər. Yazda da doğulacaq yeni nəsil üçün yumurtalarını qoyurlar.

Qış güvələrinin uça bilmələri üçün döş hissəsindəki temperaturun ən azı 30°C olması şərtdir. Halbuki, yaşadıqları yerdə temperatur ümumiyyətlə 0°C səviyyəsində, hətta bundan da aşağıdır. Bəs qış güvələri, necə olur ki, belə soyuq mühitlərdə həyatlarını davam etdirə bilirlər? Hərəkətsiz qaldıqda soyuqdan donmamaları, güclü soyuğa baxmayaraq, uça bilmələri necə mümkün olur? Bu sualların cavabı qış güvələrinin yaşamalarına imkan yaradan xüsusi temperatur sistemi ilə yaradılmış olmalarıdır. Bu sistem bir-birini tamamlayan xüsusiyyətlərdən ibarət olan çox həssas planlamanın məhsuludur. Bəzi nüanslar:

Titrəyən qanadlarla isinmə

Qış güvələri uçuşdan əvvəl qanadlarına bağlı olan ana əzələlərini ard-arda sıxırlar. Beləcə qanadlarını titrədirlər. Qanadların sürətlə bu şəkildə titrədilməsi böcəyin döş hissəsindəki temperaturun artmasını təmin edir. Məhz bu artım sayəsində döş hissəsinin temperaturu 0°C-dən 30°C-ə, hətta daha yüksək səviyyələrə qədər çıxa bilir. Ancaq güvənin qanadlarını titrədə bilməsi də xüsusi sinir sisteminə sahib olmağı tələb edir. Belə ki, güvənin sinir sistemini olduqca aşağı temperaturlarda necə işlədə bildiyi alimlər üçün hələ də sirrdir.

Allah var Qış güvələri ümumiyyətlə havanın temperaturu 0°C-dən bir az keçincə titrəməyə başlayırlar. Hətta bəzən titrəməyi -2°C kimi aşağı temperaturda başladırlar. Yarım saatlıq titrəmə nəticəsində də uçuş üçün lazım olan temperatur əldə edilmiş olur.

Elm adamları qış güvəsinin istirahət etmə, titrəmə və uçuş mərhələsindəki maddələr mübadiləsinin sürətini ölçmüşlər və əldə etdikləri məlumatları digər güvə növləri ilə müqayisə etmişlər.

Hesabların bütün güvə növlərində təxminən eyni olması nəticəsində temperaturun maddələr mübadiləsinin sürəti ilə əlaqəli olmadığı aydın olmuşdur. Bu nəticələr qış güvələrinin xüsusi temperatur sistemini istifadə etdiklərini ortaya çıxarmışdır.

Qış güvəsi temperaturu necə ayırır?

Bildiyimiz kimi, isti olan mühitdən soyuq mühitə doğru temperatur dəyişir. Bu səbəbdən, qış güvəsinin bədən temperaturunu yüksəltməsi uçuş üçün tək şərt deyil. Çünki qış güvəsi bir tərəfdən bədənini isidərkən, bir tərəfdən də xarici mühitin soyuq olmasına görə temperatur itirəcək və böcəyin bədən temperaturu ilə havanın temperaturu arasındakı fərq artdıqca, bu temperatur itkisi də sürətlənəcək. Başqa sözlə, qış güvəsinin bədənindəki temperaturu qoruya biləcəyi bir üsula da sahib olması zəruridir. Məhz güvənin bu ehtiyacı soyumağa qarşı ən təsirli metod olan izolyasiya ilə mümkün olmuşdur: Güvələr temperatur itkilərini azaldan örtük ilə örtülmüşdür. Elm adamları apardıqları araşdırmalar nəticəsində, qabıqlanmış örtüyə malik olmayan güvənin örtülü olanlardan 2 qat daha sürətli soyuduğunu təsbit etmişlər.

Bəs güvələr bu fizika qanununu haradan bilirlər? Temperatur dəyişməsinə qarşı tədbir görməyi və izolyasiyanın belə bir soyumağa həll olacağını necə düşünmüşlər? Heç şübhəsiz ki, kiçik bir güvənin bunu düşünməsi və öz imkanları ilə belə bir quruluş qazanmış olması mümkün deyil. Güvə dondurucu soyuqlarda belə uçmasını təmin edən bu xüsusi dizaynla yaradılmışdır. Buna görə də araşdırılan hər detalda heyrət oyandıran qüsursuzluqla qarşılaşılır.

Digər bir problem: rütubət

Qış güvələrini gözləyən başqa bir problem isə rütubət olan mühitlərdə ancaq -2°C-ə qədər yaşaya bilmələridir. Bu onların standart donma dərəcəsidir. Ancaq yaşadıqları ərazidə temperatur tez-tez -20°C-dən aşağı belə düşə bilir. Bəs belə dondurucu soyuqlarda bu kiçik böcək necə həyatını davam etdirə bilir?

Bu sualın cavabı da güvənin olduğu mühitdəki rütubət və temperatur ilə əlaqədardır. Bir qış güvəsində donma müddəti bədəninə girən buz kristalı ilə başlayır. Əgər güvə buz kristallarının olmadığı quru mühitdə olsa, donma temperaturu olduqca aşağı düşür. Məhz qış güvələri də buzdan və ani temperatur düşmələrindən təsirlənməyəcəkləri belə mühitləri seçirlər. Lakin qütblərdə özlərini qoruyan belə bir mühiti haradan tapacaqlar?

Bu sualın cavabı da olduqca heyrətvericidir: Yarpaqlar soyuğa qarşı mükəmməl qorumanı təmin edirlər. Çöldə hava temperaturu -30°C olduqda belə, yeri örtən yarpaq təbəqəsinin altındakı temperatur -2°C-dən aşağı düşmür. Qış güvələri də temperatur -2°C'-dən aşağı düşdükdə, hava yenidən yaşamalarına imkan yaradacaq temperatura çatana qədər yorğan funksiyası yerinə yetirən yarpaqların altında gizlənirlər.

Şübhəsiz ki, güvələrin, yarpaqların yaxşı bir izolyator olacağını özbaşlarına bilmələrinə imkan yoxdur. Güvələr də digər canlılar kimi Allah'ın ilhamı ilə hərəkət edir və Allah'ın onlar üçün hazırladığı sistemlər sayəsində, olduqları çətin mühitlərdə belə həyatlarını davam etdirməyi bacarırlar. İnsanın öhdəsinə düşən Allah'ın bənzərsiz yaratmasının dəlilləri üzərində düşünməkdir. Allah bir ayədə belə buyurmuşdur:

"Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır." (Bəqərə surəsi, 164)

Bəzi böcəklərin bədənləri sərt qış şəraitində belə fəaliyyət göstərə biləcək xüsusiyyətlərdə yaradılmışdır. Məsələn, noctuidae güvə ailəsinin cuculiinae alt qrupuna aid edilən 50-ə qədər növ qış şəraitində yaşaya bilən növlərdir. Buna görə də cuculiinae güvələri "qış güvələri" adlandırılırlar.