Fillərdəki yaradılış möcüzələri

Allah var Afrika qitəsində bir-birindən fərqli bir çox canlı bir yerdə yaşayır. Bu böyük qitədə görməkdə çətinlik çəkməyəcəyimiz ən böyük quru canlısı isə fillərdir. Böyük bədənləri demək olar ki, bir otaq böyüklüyündədir. Fillər, adətən, sürü halında gəzirlər. Bir sürüdə təxminən 30 fil olur. Sürü erkək fil tərəfindən idarə olunur. Hər sürüdə üzvlər arasında böyük həmrəylik mövcuddur və bütün üzvlər sürünü idarə edən filə bağlıdırlar. Buna görə də sürü içində həmişə nümunəvi intizam və ierarxiya yaşandığını söyləmək fillərin ictimai həyatını açıqlamaq üçün düzgün yanaşma olardı.

Fillər gündə təxminən 225 kq ot yeyir və bu rəqəm 30 fildən ibarət olan sürü üçün gündə təxminən 7.000 kq ot sərfi deməkdir. Yeməklə yanaşı, qızğın günəşin altında yaşayan bu qədər iri bədənli canlı üçün ən böyük təhlükə susuzluqdur. Buna görə fillər hər gün su qaynağı tapmaq məcburiyyətindədirlər. Su və yemək tapmaq üçün lazım olsa heç fasilə vermədən 50 km yol gedə bilir və 3 gün heç su içməyə bilirlər. Fillər yaşadıqları isti və çətin mühitə uyğun olaraq yaradılmışlar. Bu canlıların xüsusiyyətləri yaxından araşdırıldıqda sahib olduqları yaradılış möcüzələri çox açıq şəkildə görünür. Bunu tam olaraq anlaya bilmək üçün filin qüsursuz bədən dizaynına birlikdə nəzər salaq.

Xortum

Xortum filin ən böyük köməkçisidir. Fil bir-birindən fərqli bir çox prosesi xortumu sayəsində reallaşdırır.

1700-cü illərdə alimlər fil xortumunun tək bir əzələ parçasından meydana gəldiyini zənn edirdilər. Ancaq müasir araşdırmalar elm adamlarını heyrətə saldı. İnsan bədənindəki əzələlərin sayı 639-dan çox olmadığı halda, fil xortumunda on minlərlə əzələ olduğu aşkar olundu.

Üst-üstə əlavə olunmuş halqalar görünüşündəki bu əzələlər fillərə sərhədsiz hərəkət qabiliyyəti təmin edir. Xortum iki əsas əzələ qrupundan ibarətdir. Çarpazvari əzələlər xortumun qıvrılaraq hər istiqamətə dönə bilməsini təmin edir. Bu əzələ qrupları ağır hərəkətlərin edilməsinə imkan verir və manivella kimi çalışır. Bəzi əzələ qrupları isə ən həssas hərəkətləri mükəmməl şəkildə idarə edir. Bu bölgə insan barmaqları qədər həssasdır.

Allah varXortum yalnız burun deyil, filin hər şeyidir. Hər hansı bir səbəbə görə xortum zərər görsə, bu qısa müddətdə filin ölümünə səbəb olar.

Təkamül nəzəriyyəsini müdafiə edənlər canlıların sahib olduqları xüsusiyyətlərin təsadüflər nəticəsində mərhələ-mərhələ meydana gəldiyini iddia edirlər. Halbuki, fil xortumu kimi kompleks quruluş ancaq on minlərlə əzələnin eyni anda mövcud olması ilə vəzifəsini yerinə yetirə bilər. Məsələn, bu əzələ qruplarından hər hansı biri mövcud olmasa fil xortumunu hərəkət etdirə bilməz və qısa müddətdə ölər.

Halbuki, fillər milyonlarla ildir ki, xortumlarını rahat istifadə edirlər. Canlı bədənlərindəki bu kimi dizaynlar bizə bütün canlıları yaradanın Allah olduğunu bir daha sübut edir.

Ayaqlar

Dünyamızın ən böyük quru canlısı olan fillər təxminən 5 ton ağırlığındadır. Bu ağırlığına baxmayaraq, rahatca yeriyə bilməsi, şübhəsiz, xüsusi dizayn tələb edir. Əgər bir az daha iri olsalar ayaqları onları daşıya bilməzdi. Ancaq fillər mühəndislik möcüzəsi olan ayaqlara sahibdirlər.

Ağır olmalarına baxmayaraq, yerə heyrətamiz şəkildə yumşaq basırlar. Barmaq sümüklərinin altında döşək vəzifəsi yerinə yetirən elastik yağ təbəqəsi var. Bu fillər üçün yaradılmış xüsusi asma sistemidir. Döşək kimi barmaq sümüklərinin altına yerləşdirilən bu təbəqə filin yerə göstərdiyi təzyiqin təsirini paylayarkən ayağını asanlıqla qaldırmasını da təmin edir.

Bunun sayəsində, çox ağır olmalarına baxmayaraq, fillər uzun məsafələri rahat yeriyirlər. Fizika qanunlarına görə, iti dikdaban ayaqqabı geyən qadının yerə tətbiq etdiyi təzyiq filin tək ayağı ilə yerə tətbiq etdiyi təzyiqdən daha çoxdur.

Canlıların təkamül keçirərək bugünki mükəmməl vəziyyətlərinə gəldiklərini iddia edən təkamül nəzəriyyəsinə görə, bu nəhəng canlılar yalnız ayaqlarındakı elastik yağ təbəqəsinin yoxluğu vəziyyətində belə dünyaya gəldikləri ilk gündə yeriyə bilməyəcək, başqa sözlə aclıq və susuzluqdan öləcəkdilər.

Ancaq belə bir şey olmamışdır. Çünki elm göstərir ki, fillər ilk ortaya çıxdıqlarında, yəni yaradıldıqlarında necə olublarsa, bu gün də elədirlər və mükəmməl quruluşları ilə bizlərə hər şeyi yaradan, elm sahibi uca Rəbbimizin yaratma sənətini göstərirlər.

Səssiz ünsiyyət

Alimlər uzun müddət fillərin ünsiyyət sistemlərini araşdırdılar. Aparılan tədqiqatlar fillərin insanların eşidə bilmədiyi səs tonları olan infrasəslərlə ünsiyyət qurduqlarını göstərdi. Fillərin infrasəslər vasitəsilə 4 km-lik uzaqlıqdan rahatlıqla danışa bilmək üçün xüsusi dil istifadə etdikləri aşkar olundu. Elm adamları hələki 30 fil çağırışını təsbit edə biliblər.

İnfrasəs, yanardağ partlamaları kimi təbiət hadisələrində geniş kütlələrin hərəkət etməsi ilə meydana gəlir. Bu daha çox hiss edilən növdə bir səsdir. İnfrasəs çox güclü, ancaq aşağı tezlikli bir səsdir. İnsan bu səsləri ancaq xüsusi qeyd cihazları ilə eşidə bilər.

Allah var Əvvəllər ən böyük dəniz canlısı olan balinaların bu səsi çıxara bilən tək canlı olduqları zənn edilirdi. Ancaq fillərin də eyni üsulla ünsiyyət qurduqları sonradan ortaya çıxmışdır. (Harun Yəhya, Təbiətdəki Mühəndislik)

Elm adamlarına görə, fillər infrasəslər vasitəsilə uzun məsafəli çağırışı uyğun hava şəraitində 10 km-lik məsafələrə belə eşitdirə bilir. Bu heyrətləndirici vəziyyət qarşımıza çox böyük sahəyə yayılan nəhəng ünsiyyət şəbəkəsini çıxarır.

İnfrasəsin əsl gücü isə yol alma formasıdır. Dalğa uzunluğu qısa olan yüksək pərdəli səslər qısa müddətdə gücünü itirir. Amma infrasəsin dalğaları çox uzundur və gücünü itirmədən uzun müddət yol ala bilir.

Bunun sayəsində fillər bir neçə km-ə yayılan sürüləri belə rahatlıqla koordinasiya edə bilirlər.

Fillər təhlükə vəziyyətində xüsusi bir ünsiyyət üsulu da istifadə edirlər. Məsələn, bir kərgədanla qarşılaşdıqda... Təhlükəni ayaqlarını sərt bir şəkildə yerə vuraraq meydana gətirdikləri titrəşmələrlə digər qruplara bildirirlər. Bu sayədə təhlükə gəlmədən əvvəl lazımlı tədbirlər alınmış olur.

Yuxarıda saymış olduğumuz bütün xüsusiyyətlər filləri üstün ağıl sahibinin yaratmış olduğunun dəlillərindəndir. Bütün canlılarda olduğu kimi, Allah bu canlıları da yaşayacaqları mühitə uyğun olaraq yaratmış və üstün xüsusiyyətləri ilə təchiz etmişdir.