İdarə Sistemli Yüksək Məhsuldar Mühərrik Əzələlər
Əzələlərimiz öz içindəki mükəmməl mexanizmləri və bədənimizdəki digər sistemlərlə olan uyğunluğu ilə Allah'ın yaratmasındakı üstünlüyü açıqca ortaya qoyur.
İnsan bədənindəki əzələlər idarə edilə bilən əzələlər (iradi) və idarə edilə bilməyən əzələlər (qeyri-iradi) olaraq iki yerə ayrılır.
Əzələlərdəki idarə sistemi
İdarə edilə bilən əzələləri hərəkət etdirə bilmək üçün düşünməli və qərar verməlisiniz. Məsələn, qolunuzu bükmək istədikdə, beyninizdən gələn əmrə əsasən əzələlər bir qədər sıxılır və hərəkət reallaşır.
Qeyri-iradi işləyən əzələlərin idarəsi isə bizim istəyimizə bağlı deyil. Qeyri-iradi əzələlərin vəzifələri çox həyati olduğu üçün bu əzələlərin sıxılma və boşalmalarına xüsusi bir sistem (avtonom sinir sistemi) tərəfindən nəzarət edilir. Buna görə ürəyiniz, mədəniz və bağırsaqlarınız vəzifələrini sizin iradəniz xaricində reallaşdırırlar. Bu insan həyatı üçün alınmış olduqca həyati bir tədbirdir.
Bu andan etibarən həmin əzələlərin idarəsi sizə tapşırılsaydı, görəsən nə olardı? Bədəninizdəki qeyri-iradi əzələlərdən birinin, məsələn, ürək əzələnizin nəzarətinin sizdə olduğunu fərz edək. Bu vəziyyətdə bütün vaxtınızı - başqa heç bir iş etmədən - ürək əzələnizin sıxılması və boşalması işinə ayırmalı olacaqdınız. Çünki ürək əzələsi, işində bir an belə axsama olmamalı bir əzələdir.
Bu, yuxuya getdiyiniz anlar üçün də etibarlı olan bir vəziyyətdir. Ürəyiniz yatdığınız vaxtlarda da işləyir, ancaq sürəti yavaşlayır. Bu səbəbdən, ürək əzələnizin iş sürətini də dəyişən vəziyyətlərə görə nizamlamağınız lazım olacaq. Görünən odur ki, yuxuya getdiyiniz anda - artıq ürəyinizin işinə nəzarət edə bilməyəcəyiniz üçün - həyatınızı itirməyiniz qaçınılmaz bir son olacaq. Yalnız tək bir nümunə belə əzələlərin işləmə mexanizminin nə qədər hikmətli və qüsursuz olduğunun başa düşülməsi üçün kifayətdir
İnsan bədənindəki bəzi əzələlər də bəzən insanın öz idarəsində, bəzən də idarəsi xaricində işləyir. Məsələn, göz qapağınızı həm iradi, həm də iradəniz xaricində refleks olaraq açıb bağlaya bilərsiniz. Bundan başqa, diafraqma əzələsi də istənilən zaman idarə edilə bilən bir əzələdir. Ancaq gündəlik həyatda avtomatik olaraq işləyir və nəfəs alıb verməyinizi təmin edir.
Bədəndəki digər əzələlərin də özünəməxsus işləmə qaydaları var. İnsan bunların çoxunun hansı şərtlər daxilində necə işlədiklərindən, sürətlərindən, ya da nə vaxt işləyib, nə vaxt istirahət etmələri lazım olduğundan, necə enerji yığacaqlarından xəbərdar belə deyil. Bədəndə yaradılmış olan mükəmməl idarə sistemi sayəsində bunları düşünmək məcburiyyətində də qalmır.
Yüksək məhsuldar mühərriklər
Daha əvvəl əzələ liflərini mühərrik olaraq xarakterizə etmişdik. Həqiqətən də əzələ lifləri 25% səmərə ilə işləyən mexanizmlərdir ki, bu təxminən müasir avtomobil mühərriklərinin səmərəsinə bərabərdir.
Bəs əzələ lifləri necə işləyir? Bu sualın cavabını yenə mühərrik bənzətməsi ilə verək.
Əgər bir mühərrik varsa, əvvəlcə bu mühərriki işlədəcək yanacağa ehtiyac var. Əzələlərin yanacağı isə qan dövranı ilə daşınan şəkərdir (qlukoza). Əzələlərin içində bu yüksək okdanlı benzinin (qlukoza) bir qismi depolanır. Avtomobillərin mühərrikində hərəkəti təmin etmək üçün porşenlərin içinə yanacaq püskürdülür. Xaricdən təmin edilən bir qığılcım buxarlaşmış benzini yandırır, porşen hərəkət edir və bir partlamalar ardıcıllığına qarşılıq olaraq hərəkət davamlılıq qazanır. Əlbəttə ki, bunların hamısı sənaye dizaynının nəticəsində mühərriklərə qazandırılmış olan xüsusiyyətlərdir.
Ancaq bir əzələ hüceyrəsinin sənaye dizaynı bundan daha üstündür. Bu kiçik mühərrik həm qığılcım (odlama), həm də porşen funksiyalarını yerinə yetirir. Hüceyrə şəkər molekulunun içindəki enerjini ortaya çıxarır və ortaya çıxardığı bu enerjini yenə öz sıxılmasında istifadə edir. Yəni həm kimyəvi bir molekuldan enerjinin ortaya çıxması, həm də bu enerjinin fiziki gücə çevrilməsi əzələ hüceyrəsində reallaşdırılır.
Əzələ hüceyrəsində ortaya çıxan enerji əzələni meydana gətirən zülallara təsir edir. Zülallar bir-birlərini çəkirlər və hüceyrə sıxılaraq qısalır. Minlərlə hüceyrənin birlikdə bu hərəkəti etməsi nəticəsində bütün bir əzələ toxuması sıxılmış və qısalmış olur. Tendonlarla (əzələ tirləri) sümüklərə bağlı olan əzələlər bu qısalma sayəsində sümüyü çəkirlər.
Sıxılma olduqca böyük bir güc yaradır. Məsələn, açıq olan bir qolun dirsəkdən bükülməsi üçün ön qol əzələlərinin 2 santimetr sıxılması kifayətdir. Bu sıxılma ön qol sümüyünü çəkəcək və bütün qolun bükülməsinə gətirib çıxaracaq.
Hərəkət etmək üçün istifadə etdiyimiz əzələlərin funksiyası bu sıralama içində reallaşır. Ən sadə hərəkətlərdən biri olan gözümüzü açıb bağlamaq üçün belə çox sayda əzələmizin çalışması lazımdır.
Əzələlərdəki mühərrikləri işlədən kontakt açarlarının çevrilməsi
Siz qolunuzu sıxmaq istədiyiniz anda beyninizdən bir elektrik siqnalı yola çıxır. Bu kompleks səfər əsnasında siqnal əvvəlcə onurğa beyinə gedir. Oradan da mesaj çatdırılmalı olan orqana doğru sürətlə yol alır. Elektrik cərəyanı əzələ səthi üzərindən keçir və əzələni meydana gətirən milyonlarla mühərrikin - əzələ lifinin - sanki kontakt açarlarını çevirir. Xəbərdarlığı alan liflər dərhal reaksiya verir və sıxılırlar. Nəticə olaraq qol əzələsi tamamilə sıxılır və qol dirsəkdən bükülür. Bütün bu əməliyyatlar biz ancaq gözümüzü açıb bağlayana qədər bitir. Bütün kontakt açarlarının çevrilməsi saniyənin mində biri kimi çox qısa bir zamanda reallaşır. Yəni əzələlərdən keçən elektrik cərəyanı saniyənin mində biri (1 milli saniyə) qədər bir sürətlə irəliləyərək əzələ liflərinin kontakt açarlarını çevirir.
Əzələlərə çatan əmrlər sinir sistemində fəaliyyət göstərir. Buna görə əzələ sistemi bir növ sinir sisteminin əmri altında işləyir. Əzələlərin uyğunluq içində işləmələri, bədəndəki koordinasiya sayəsində reallaşır. (Harun Yəhya, İnsan Möcüzəsi)
Əzələlərimiz öz içindəki mükəmməl mexanizmləri və bədənimizdəki digər sistemlərlə olan möhtəşəm uyğunlaşması ilə Allah'ın yaratmasındakı üstünlüyü açıq-aşkar ortaya qoyur. Bütün bunlar Allah'ın insana lütf etdiyi asanlıqlardandır. İnsana düşən isə özünə verilmiş olan bu böyük asanlıq qarşısında, sonsuz şəfqət və mərhəmət sahibi olan Rəbbimizə şükür etmək və Rəbbimizin məmnun olacağı davranışlar göstərməkdir.
Bir Quran ayəsində Rəbbimiz belə buyurur:
"Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə (öz əlləri ilə) etdiyi günahları unudan (əvvəlki günahlarından peşman olub tövbə etməyən) adamdan daha zalım kim ola bilər?! (Bu cür adamlar) onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik (maneə qoyduq). Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər (islamı qəbul etməzlər)." (Kəhf surəsi, 57)