Dizayn möcüzəsi burun

Havanı həm təmizləyən, həm də temperaturunu nizamlayan xüsusiyyəti ilə "dünyanın təqlid edilə bilməyən ən yaxşı kondisioner sistemi" olaraq xarakterizə edilən burundakı dizayn əlbəttə ki, Allah'ın bənzərsiz yaratma sənətinin əsərlərindən biridir.

Yaddaşınızdakı qoxuları düşünün. Təzə çörəyin, bağçadakı çiçəklərin, yeni biçilmiş çəmənin, yağışdan sonrakı torpağın, qızarmış ətin, yeni toplanmış çiyələyin, şaftalının, cəfərinin, istifadə etdiyiniz sabunun, şampununuzun qoxusunu və buna bənzər bir çox qoxunu hiss etməyi burnunuzdakı həssas quruluşa borclusunuz.

Allah varBir çox insan gün içində nə qədər çox qoxu duyduğunu və bu qoxular sayəsində beynindəki cisimlərin formalaşdığını heç düşünmür. Məsələn, yediyiniz yeməyin ləzzətli olmasını təmin edən qoxu hiss etmə duyğunuzdur. Qoxu, cisimləri tanımanızdakı əhəmiyyətli faktorlardan biridir.

Aldığınız hər nəfəslə birlikdə cisimlərə aid qoxular burundan içəri daxil olur. İnsan burnu duyduğu qoxunu 30 saniyə içində analiz, təxminən 3.000 fərqli qoxunu da bir-birindən ayırd edə biləcək qədər möhtəşəm bir quruluşa sahibdir.

Qoxu havada molekul olaraq gəzir. Nəfəs alarkən havadakı oksigenlə yanaşı, bu molekullar da buruna daxil olur. Hava ilə daşınan "qoxu molekulları" qoxu epitelindəki qəbuledicilərə çatdıqda burada olan hüceyrələr xəbərdar edilir. Xəbərdar edilən hüceyrə beyinə bir elektrik siqnalı göndərir. Beyin qoxu molekulu ilə deyil, yalnız özünə çatan elektrik siqnalı ilə təmasda olur. Elektrik siqnalı üçün beynin etdiyi şərhi insan qoxu hesab edir.

Burun gözəl qoxulu çiçəklərin, ya da iştah açan yeməklərin qoxusunu qəbul etməyimizi təmin etməklə yanaşı, çox əhəmiyyətli funksiyaları olan bir orqanımızdır. Tənəffüs etdiyimiz hava ilə birlikdə havadan aldığı oksigeni bədənimizin bütün hüceyrələrinə daşıyan qan arasındakı başlıca əlaqə yollarından biridir. Qısası, burun həm qoxu orqanı, həm də tənəffüs yollarının başlanğıcı olaraq böyük əhəmiyyət daşıyır. İki hissədən ibarət olan burnun içində "silya" deyilən tükcüklər və "mukus" adlı bir sekresiya var. Hava burundan içəri girdikdə bunlarla qarşılaşır və dərhal analiz edilir.

Havadakı molekullar hissələrə ayrılaraq araşdırılır və beynə çatdırılaraq qoxunun nə olduğu təyin olunur və ona görə reaksiya verilir. Bu əməliyyatların hamısı yalnız 30 saniyə kimi çox qısa bir müddət ərzində reallaşır.

Burnun içində aerodinamik baxımdan da qüsursuz bir dizayn mövcuddur. Hava içəri girdikdə birbaşa nəfəs borusuna getmir. Burun sanki bir kondisioner kimi çox xüsusi filtr sistemləri ilə xaricdən gələn çirkli, isti, soyuq, ya da nəmli havanı ağciyərlər üçün hazır hala gətirir. Burundakı xüsusi qıvrımlı quruluş sayəsində hava burada dövr edir.

Beləcə, burun çəpərində olan tükcüklərə və damar şəbəkəsinə daha çox təmas etmiş olur. Elə bu qıvrımlı sistem sayəsində burun gündə 15 m3 havanı süzür, təmizləyir, nəmləndirir və isidir. Bu miqdar təxminən bir otağın içindəki havaya bərabərdir.

Lakin burada çirkli hava deyilincə ağla yalnız tozlu hava gəlməməlidir. Hava ilə birlikdə gələn tozla yanaşı, bakteriya, tozcuqlar və s. kimi təxminən 20 milyarddan çox maddənin bədənə girməsinə burundakı xüsusi sistem sayəsində mane olunur.

Tozlarını və hər cür zərərli bakteriyalarını burundakı kondisioner sistemində buraxan hava, bu əməliyyatdan sonra hər burun dəliyində üç qıvrımlı quruluşun üstündən keçir. Burundakı tükcüklərə ilişən xarici maddələr bu dəfə də buradakı mukusun antibakterial təsiri ilə zərərsiz hala gətirilir. Hava bu qıvrımlara toxunduqda istiqamət dəyişdirir və burun boşluğunun divarına toxunur. Bura toxunduqda mukus mayesi içində saxlanılır. Tənəffüs havasının xarici cisimlərdən təmizlənməsi çox əhatəli və çox həssas əməliyyatlardır. Ən kiçik bir səhvə, unutmağa və atlamağa izn verilmir. Çünki bir bakteriyanın, ya da zərərli bir cismin ağciyər kimi həssas bir orqana keçməsi, insan sağlamlığında mənfi təsirlər meydana gətirə bilər. Ancaq hər şeyə baxmayaraq, zərərli cisimlərin burundan keçməyi bacarması ehtimalına qarşı, ikinci bir qoruma mexanizmi də var. Əgər burun boşluğunu keçə bilən cisimlər olsa, bunlar da tənəffüs yollarında saxlanılırlar.

Burnun içində təmizlənən və temperaturu nizamlanan hava ciyərlərinizə getmək üçün hazırdır. Bəs insan bədənindəki təmizləyən və temperaturu nizamlayan xüsusiyyəti ilə cüt sistemli bir kondisionerə bənzəyən burun necə ortaya çıxmışdır? Bədənimizə necə yerləşdirilmişdir? Necə olur ki, hər insanda əskiksiz bir şəkildə mövcud olur? (Harun Yəhya, Dad və Qoxu Möcüzəsi)

Bütün bu sualların tək bir cavabı var: Burun yaradılmışdır.

Hər hansı bir texniki alətin meydana gəlməsi üçün şüurlu bir dizaynerin olması, bu dizaynerin bütün parçaları bir nizam içində bir yerə gətirməsi və bunun üçün ciddi bir səy sərf etməsi lazımdır. Bu hər məntiq sahibi insan tərəfindən qəbul edilir. "Dünyanın təqlid edilə bilməyən ən yaxşı kondisioner sistemi" olaraq xarakterizə edilən burundakı dizayn, əlbəttə ki, Allah'ın bənzərsiz yaratma sənətinin əsərlərindən biridir. Allah insanı yaşaması üçün lazım olan ən mükəmməl sistemlə birlikdə yaratmışdır. Allah bir ayəsində belə buyurur:

"O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir." (Həşr surəsi, 24)