Zaman nizamlaması və cinsiyyəti ayırd edə bilən hormonlar
Kişi və qadın üçün ayrı-ayrı təsirləri ən funksional şəkildə meydana gətirən hormonların şüurlu bir dizayn və planın məhsulu olduqları açıqdır. Bu dizaynın sahibi sonsuz ağıl sahibi olan Allah'dır.
Bəlkə ilk oxunduğu anda inanmaq çətin gələcək, ancaq bədəninizin içində bir çox saat var. Elm adamlarının bioloji saat olaraq təyin etdikləri bu anlayış, bədənin fərqli bölgələrinə yerləşdirilmiş və hər biri öz vəzifəsinə görə nizamlı olaraq proqramlanmış bir çox mikro saatdan meydana gəlir. Bu mikro saatlardan biri də beynin hipotalamus bölgəsinə yerləşdirilmişdir.
Hamı, insanların uşaqlıqdan yetkinliyə gedən mərhələdə bir dəyişiklik yaşadıqlarını, yetkinlik dövrü keçirdiklərini və bu dövrdə insan bədənində müəyyən dəyişikliklərin yaşandığını bilir. Yetkinlik çağına keçid qadınlarda 8-14, kişilərdə 10-16 yaşları arasında yaşanır.
Bəs bugünə qədər yaradılmış milyardlarla insanın bədəninə yerləşdirilən və zamanı heç yanılmadan işləyən bu saat nədir? Və bir insanın yetkinlik çağına gəldiyini necə olur ki, heç yanılmadan anlaya bilir?
Hipotalamus həyəcan siqnalı verərkən…
Beynin hipotalamus bölgəsi doğumdan etibarən çox xüsusi bir əməliyyatı yerinə yetirmək üçün illərlə gözləyir. Ən doğru zaman, yəni uşaqlıqdan yetkinlik çağına keçid zamanı gəldikdə, hipotalamusun içində sanki bir saat həyəcanı çalır. Bu, hipotalamusun yeni bir vəzifəyə başlama həyəcanıdır.
Əslində bu saat bənzətməsi elm adamlarının mövcud bir hadisəni açıqlamaq və aydın olsun deyə istifadə etdikləri bir izahdır. Hipotalamus içində əlbəttə bir saat yoxdur. Ancaq bir ət parçası illərlə gözləyib, ən doğru zaman gəldikdə hərəkətə keçirsə, bunun üçün ən uyğun bənzətmə hipotalamusun içində bir saat olduğudur.
Bəs hipotalamusu meydana gətirən hüceyrələr doğru zamanın gəldiyini necə anlayırlar? Elm dünyası kiçik bir ət parçasında necə olur ki, belə şüurlu və proqramlı bir hərəkətin edilə bildiyini hələ açıqlaya bilməmişdir. Bu hadisə böyük bir möcüzədir. Bu sistemin detalları növbəti illərdə öyrəniləcək. Əlbəttə bu detalların başa düşülməsi də Allah'ın yaratmasındakı qüsursuzluğun yeni bir dəlili olacaq.
Bu həyəcan siqnalının fəaliyyəti ilə birlikdə hipotalamus xüsusi bir hormon (GnRH) ifraz edir. Bu hormon da hipofiz vəzinə iki hormonun ifraz olunması əmrini verir. Hormonların ifraz olunması üçün ən ideal zaman gəlmişdir. İfraz olunan hormonlar Folikul Xəbərdaredici Hormon (FXH) və Luteinləşdirici Hormondur (LH).
Bu iki hormonun çox mühüm vəzifələri və möcüzəvi qabiliyyətləri var. Hər ikisi də kişi və qadın bədəninin fərqliləşmə və fiziki yetkinləşmə müddətini başladırlar. Bu çox əhəmiyyətli bir detaldır, çünki FXH və LH hormonları bu dəyişikliyi təmin edəcək bölgələrə uyğun olaraq hazırlanmışlar. Və iki hormon da nə etməli olduğunu çox yaxşı bilərmiş kimi hərəkət edirlər. (Harun Yəhya, Hormon Möcüzəsi)
FXH hormonu qadın bədənində, yumurtalığın içində olan yumurta hüceyrələrinin yetişmə və inkişaf etməsini təmin edir. Bir başqa vəzifəsi də bu bölgədə başqa vacib hormonun, esterogen hormonunun ifrazını təmin etməkdir. Eyni formulla kişi bədənində də ifraz edilir. Ancaq bu dəfə bambaşqa təsirlərə yol açır. Xayalardakı hüceyrələri xəbərdar edir və sperm istehsalını başladır.
LH hormonunun qadın bədənindəki vəzifəsi yetkinləşən yumurtanın sərbəst buraxılmasını təmin etməkdir. Həmçinin qadınlarda progesteron adlı başqa bir hormonun ifraz olunmasını təmin edir. Bu hormonun kişi bədənində fərqli bir vəzifəsi var. Xayalarda olan bir qrup xüsusi hüceyrəni xəbərdar edir və testosteron adlı hormonun ifraz olunmasını təmin edir.
Bu hormonların fərqli cinslərin bədənlərində eyni düstur ilə çıxarılmaları və hər cinsdə bir-birlərindən tamamilə fərqli təsirlərə malik olmaları əlbəttə çox düşündürücüdür. Kişi və qadın bədəni arasındakı fərqi, hormonlar haradan bilirlər? Necə olur ki, eyni düstura malik olan bir hormon kişi bədənində testosteron ifrazını təmin edərkən, qadın bədənində progesteron hormonu ifrazını təmin edir? Eyni düsturla ifraz edilən hormonlar kişi bədənini tanıyıb səsini, əzələlərini bir kişiyə uyğun olacaq şəkildə inkişaf etdirərkən, qadın bədənindəkilər necə olur ki, qadının kimyasını və xüsusiyyətlərini bilib ona görə dəyişikliklər edə bilirlər? Eyni hormon ilə fərqli təsirlərin və fərqli cinsiyyətlərin meydana gəlməsini təmin edəcək bu mükəmməl genetik proqramı hüceyrələrin içinə kim yerləşdirmişdir?
Bu planlamanı edən ağıl kimə aiddir? Təsadüflərəmi, şüursuz hüceyrələrəmi, yoxsa hüceyrələri meydana gətirən atomlaramı?
Bu ağılın təsadüflərə də, hüceyrəyə də, hüceyrələri meydana gətirən atomlara da aid olmadığı son dərəcə açıqdır. Kişi və qadına xas olacaq şəkildə nizamlanmış bu tənzimləmələr şüurlu bir dizaynın və bir planın varlığını bizə göstərir. Bu dizayn da üstün bir ağıl sahibi olan Allah'a aiddir.
Allah hər şeyin hakimi olduğunu bir ayədə belə xəbər verir:
Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? (Nəhl surəsi, 52)
Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. (Qiyamət surəsi, 36-39)
Beynin hipotalamus bölgəsinə yerləşdirilmiş "görünməz" saat sayəsində, hipotalamus bir insanın yetkinlik çağına gəldiyini anlayır. Və bu saat insanda heç dayanmadan və pozulmadan işləyir.
Kişilərdə hormonal tənzimləmə:
Hipofizdən ifraz olunan LH adlı hormon xayalardakı bir qrup xüsusi hüceyrəni (leyding hüceyrələri) xəbərdar edir və testosteron adlı hormonun ifraz olunmasını təmin edir. Kişilərdə ifraz olunan FXH hormonu isə xaya hüceyrələrini xəbərdar edir və sperm istehsalını başladır.
Qadınlarda hormonal tənzimləmə:
Hipofiz vəzidən ifraz olunan LH yumurtanın sərbəst hala gəlməsini və progesteron adlı hormonun ifraz olunmasını təmin edir. FXH adlı hormon isə qadınlarda yumurtalığın içində olan yumurta hüceyrələrinin meydana gəlməsini və inkişafını təmin edir.