Kod adı: Şifrə açan

Allah varBədənimizdəki həzm prosesinin başladığını anlayan mədəaltı vəz eyni zamanda yediyimiz qidaların növlərini də ayırd edə bilir. Həzm prosesi başladığı anda isə yediyiniz fərqli qidalara görə fərqli həzm fermentləri istehsal edə bilir. Məsələn, makaron, çörək kimi karbohidratlı qidalar yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi ferment karbohidratı parçalayıcı xüsusiyyətə malikdir. Bu qidalar onikibarmaq bağırsağa çatdıqda, mədəaltı vəz karbohidrat parçalayıcı xüsusiyyətdəki "amilaza" adlı fermenti yaradır.

Əgər qırmızı ət, balıq və toyuq kimi qidalar yeyirsinizsə, mədəaltı vəz zülallı yemək yediyinizi dərhal anlayır. Yenə bu qidalar onikibarmaq bağırsağa çatdıqda bu dəfə zülalları parçalayacaq fərqli fermentlər olaraq "tripsin, xemomotripsin, karboksipeptidaz, ribonukleaza və deoksiribonukleaza" istehsal edir və bu fermentlər zülal molekullarına hücum edir. Əgər yeməyinizin yağ nisbəti çoxdursa bu fermentlərlə birlikdə "lipaza" adlı yağları həzm edən bir ferment də fəaliyyətə başlayır.

Göründüyü kimi, bir orqan yediyiniz yeməyin nələrdən meydana gəldiyini anlayıb, daha sonra bu qidaların həzm edilməsi üçün lazım olan kimyəvi mayeləri ayrı-ayrı yaradır və bunları yalnız lazım olduğu anlarda ifraz edir. Mədəaltı vəz karbohidrat molekulu üçün zülal parçalayıcı və ya yağ molekulu üçün karbohidrat parçalayıcı maye ifraz etmir. Yaratdığı kompleks mayelərin kimyəvi düsturlarını unutmur. Qarışığı meydana gətirən hər hansı bir maddəni əskik tutmur. Sağlam insanlarda mədəaltı vəz ömür boyu doğru şəkildə xidmət edir.

İndi reallaşan bu hadisəni mikro səviyyədə təkrar araşdıraraq qarşımızdakı möcüzənin ölçülərini daha yaxşı görək.

Hüceyrələrin məktublaşması

Mədədə həzm davam edərkən mədə hüceyrələri boş dayanmırlar. Bu hüceyrələrdən bəziləri mədədə həzm edilən qidanın bir müddət sonra onikibarmaq bağırsağa çatacağını bilirlər. Bu hüceyrələr həyatlarını, qidaların insan üçün ən yaxşı şəkildə həzm edilməsinə həsr etmişlər. İçlərindəki məsuliyyət duyğusu ilə hərəkətə keçən mədə hüceyrələri mədəaltı vəz hüceyrələrinə məktub yazmağa (hormon ifraz etməyə) və bu hüceyrələri köməyə çağırmağa qərar verirlər. Ardınca yazdıqları məktubları qan vasitəsi ilə mədəaltı vəzinə göndərirlər.

Qana buraxılan məktub bədən içində səfər edir. Bu səfər əsnasında mədəaltı vəzə gəldiyi zaman, mədəaltı vəzi hüceyrələri məktubu tanıyır və dərhal açırlar. Burada maraqlı bir nöqtə qan vasitəsi ilə, demək olar ki, bütün bədəni gəzdiyi halda- məktubun digər orqanların hüceyrələri tərəfindən açılmaması və xüsusilə oxunmamasıdır. Bütün hüceyrələr bu məktubun mədəaltı vəzi üçün yazıldığını, özlərinə aid olmadığını bilirlər. Çünki məktubun üzərində mədəaltı vəzin ünvanı var.

Məktubun molekulyar quruluşu yalnız mədəaltı vəzi hüceyrələrinin qılafında olan qəbuledici molekullarla reaksiyaya girəcək şəkildə xüsusi olaraq dizayn edilmişdir. Yəni mədə hüceyrəsi şüurlu bir şəkildə yaratdığı hormonun üzərinə həqiqətən bir ünvan yazmışdır. Üstəlik bədəndəki milyardlarla fərqli ünvan içindən mədəaltı hüceyrəsinin ünvanını doğru bir şəkildə yazmışdır. Bu ünvanın doğru şəkildə yazıla bilməsi üçün mədə hüceyrəsinin mədəaltı vəzi hüceyrəsinin bütün xüsusiyyətlərini bilməsi lazımdır.

Möcüzə yalnız ünvanın doğru yazılması ilə məhdud deyil. Mədə hüceyrəsinin göndərdiyi məktubun içində bir mesaj var. İnsan bədəninin dərinliklərində bir-birlərindən çox uzaqda olan iki kiçik canlı (hüceyrə) məktublaşır və xəbərləşir. Bir-birlərini heç görmədikləri halda bir-birlərinin hansı dildən anladıqlarını bilirlər. Bundan əlavə, bu xəbərləşmə bir məqsəd üçündür. İki hüceyrə birləşir və yediyiniz qidaların həzm edilməsi üçün plan qururlar. Şübhəsiz, bu həqiqət bir möcüzədir.

Özünə çatan məktubu (kolesistokinin hormonunu) oxuyan mədəaltı vəzi heç gözləmədən bu məktubdakı əmrə itaət edir. Dərhal qidaların həzm edilməsi üçün lazım olan fermentləri ifraz etməyə başlayır. Əgər onikibarmaq bağırsağa çatan qida zülaldırsa zülal parçalayan bir ferment yaradır. Əgər qida karbohidrat tərkiblidirsə bu dəfə karbohidrat parçalayan bir ferment yaradır və bu fermenti onikibarmaq bağırsağa göndərir. (Harun Yəhya, İnsan Möcüzəsi)

İndi önünüzə lövhə qoyulduğunu və bu lövhənin üzərinə sıra ilə bir zülal molekulunun, bir yağ molekulunun və bir karbohidrat molekulunun düsturlarının yazıldığını və bu molekulların atom düzülüşlərini göstərən şəkillərin çəkildiyini düşünək. Ardınca sizdən bu üç fərqli molekulyar quruluşun hər birini parçalayacaq ən uyğun molekulyar quruluşa malik olan fermentlərin düsturlarını çıxarmanız və bu düsturları lövhəyə yazmağınız istənilsin.

Əgər kimya fənnindən təhsil almamısınızsa, sizə 1 milyon il vaxt verilsə belə, uyğun düsturu təxmin edərək tapa bilməzsiniz. Bu molekulları parçalayacaq fermentlərin düsturlarını, ancaq kimya üzrə mütəxəssis bir adam yaza bilər. Bu adam da uyğun düsturu öz təxəyyülünə əsaslanaraq yaza bilməz. Ancaq aldığı təhsil və daha əvvəl öyrəndiyi məlumatlar əsasında düsturu yaza bilər.

Vəziyyət belə olduqda, mədəaltı vəzi hüceyrələrinin ifraz etdikləri fermentlərin kimyəvi quruluşlarını necə bildikləri sualı olduqca əhəmiyyət qazanır. Hər mədəaltı vəzi hüceyrəsi doğuşdan bu düsturların məlumatlarına malikdir. Bu məlumata malik olmaqla kifayətlənmir, bildiklərini ən doğru şəkildə istifadə edir və insana yorulmadan xidmət edirlər. Mədəaltı vəzi hüceyrələri kimya fənnində insanlardan daha ağıllı və müvəffəqiyyətlidirlər. Çünki insanın bu düsturları çıxara bilməsi üçün təhsilə ehtiyacı varkən, kiçik bir hüceyrə bu düsturları doğuşdan əzbər bilir.

Şübhəsiz, heç bir təsadüf hüceyrələrə belə üstün bir ağıl, belə xüsusi bir məlumat və belə üstün bir məsuliyyət anlayışı qazandıra bilməz. Heç bir təsadüf hüceyrələrin bir-birləri ilə xəbərləşəcəkləri, bir-birlərindən kömək istəyəcəkləri bir sistem qura bilməz. Heç bir təsadüf, bir mədəaltı vəzi hüceyrəsinə bircə kimyəvi düstur da olsa öyrədə bilməz. Heç bir təsadüf hüceyrəyə əlindəki məlumatı doğru zamanda istifadə etmə qabiliyyəti verə bilməz.

Bu sistemləri yoxdan var edən və insana xidmət etdirən güc, aləmlərin Rəbbi olan Allah'dır.

"De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allah'dır!" De: "Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?" De: "Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?" Yoxsa onlar Allah'a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: "Hər şeyi yaradan Allah'dır. O Təkdir, (hərşeyə) Qalib gələndir"." (Rədsurəsi, 16)