Ölümə gedən erkək arılar

Allah var Arı koloniyalarında hər bir arının öz vəzifəsi var, lakin burada tək istisna erkək arılardır. Erkək arılar nə şanın müdafiə edilməsində, nə təmizliyində, nə də qida toplamaqda iştirak edirlər. Erkək arıların şanın içindəki tək funksiyaları ana arını dölləməkdir. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin, demək olar ki, heç birinə sahib olmadıqları üçün erkək arıların ana arını dölləməkdən başqa bir iş etməsi də mümkün deyil.

Qış mövsümündə şanda yalnız dişi arılar olur. Çünki erkək arılar qış gəlmədən ya şandan qovulur, ya da öldürülür. Ancaq qış mövsümünün bitməsi ilə birlikdə işçi arılar erkək pətək yuvacıqları tikməyə başlayır. Ana arı bu yuvaların içinə erkək arılar olan yumurtalar qoyur. May ayının əvvəlində erkək arılar yuvalardan çıxmağa başlayır.

Ümumiyyətlə bu aylar köhnə ananın yeni koloniyalar qurmaq üçün şandan ayrıldığı və şanlarda cavan ananın yetişdirildiyi aylardır. Məhz bu dövrdə cavan ananın yumurtlaya bilməsi üçün cütləşmə uçuşuna çıxması lazımdır. Bu da işçilərin erkək arı yetişdirmə səbəblərindən biridir.

Qulluq edən işçi arılar

Erkək arılar çox bacarıqsız olmalarına baxmayaraq, ana arı ilə cütləşənə qədər işçi arılar tərəfindən həmişə əl üstündə tutulurlar. Şandakı 400-500 erkək arıdan yalnız birini bəsləmək üçün 5-6 işçi arının heç dayanmadan çalışması lazımdır. Yəni bir şandakı işçi arılardan 2-3 mininin müəyyən bir dövr üçün vəzifəsi erkəklərin qulluğunu təmin etməkdir.

Allah var Əslində ana arının cütləşməsi üçün ən çox 10 erkək arı kifayətdir. Buna baxmayaraq, bir arı birliyində yüzlərlə erkək arı yetişir. Şanda ediləcək işlərin çoxluğuna baxmayaraq, işçi arıların bir hissəsi bütün vaxtlarını erkək arıların qulluğuna sərf edirlər. Bu çox mühüm vəzifədir. Çünki ana arı cütləşmə uçuşu üçün çölə çıxdıqda mütləq erkək arı tapmaq məcburiyyətindədir. Arıların iynəcə kimi düşmənlərinin olduğu və erkəklərin özlərini müdafiə edə biləcəkləri zəhər və iynə kimi silahlardan məhrum olduqları düşünülsə, çox sayda olmalarının əhəmiyyəti daha yaxşı aydın olacaq. Heç bir işə fayda verməmələrinə baxmayaraq, erkək arılara müəyyən bir dövr üçün işçi arılar tərəfindən diqqətli baxım tətbiq olunması bütün şanın təhlükəsizliyi baxımından alınmış olduqca vacib tədbirdir. Əlbəttə ki, bu tədbirin çox mühüm məqsədi var. Məqsəd şanın davamlılığının təmin edilməsi, ananın cütləşməsinin riskə atılmamasıdır. Bu vəziyyətdə ağıla arıların bu əhəmiyyətli qərarı necə aldıqları sualı gələcək. Arılar bu strategiyanı özləri təyin ediblər?

Yoxsa bunun belə olmalı olduğunu təsadüfən kəşf etmiş və bunun yaxşı strategiya olduğunu hansısa yolla anlayaraq davam etdirməyə qərar vermişlər?

Əlbəttə ki, arılar bunların heç birini öz-özlərinə edə bilməzlər və belə bir qərar verə bilməzlər. Arıların qərar vermə mexanizmləri, strategiya təyin edib daha sonra da bunu tətbiq edən şüurları yoxdur. Onlar da yer üzündəki bütün canlılar kimi Allah'a boyun əymişlər.

Erkək arıları gözləyən son

Ana arı ilə erkək arının görüşməsi ümumiyyətlə yüksəklərdə reallaşır. Cütləşmə ilə birlikdə erkək arının sperma kisəciyi daxil olmaqla, bütün erkəklik orqanları bədənindən qopur və erkək arılar cütləşməyi reallaşdıran kimi ölürlər. Ana arı ilə cütləşməyi bacara bilməyən digər erkəklər də çox yaşamır. Erkək arılar yazda və yayın əvvəlində yaşayır, sonra işçi arılar tərəfindən məhv edilirlər. Cütləşmə uçuşunun zamanı keçib, yayın istisi ilə birlikdə çiçəklərin nektarları da azalmaya başlayınca işçilərin erkəklərə qarşı davranışları da tamamilə dəyişir. İşçi arılar erkək arılara cütləşmə dövründə diqqətlə baxdıqları halda, bu dövrün sona çatması ilə birlikdə erkəklərin qanadlarını yolmağa və onlara hücum etməyə başlayırlar. Əgər erkək arılar bir şey yemək istəyirlərsə, işçi arılar onları güclü çənələri ilə antenalarından və ya qıçlarından tutaraq şan qapısına sürüyür və oradan çıxarırlar.

Şandan kənara çıxarılan erkək arılar çox qısa müddət ərzində aclıqdan ölürlər. Çünki öz qidalarını özləri tapma qabiliyyətindən məhrumdurlar. Erkək arıların şandan çıxarılmasından, gələn ilin yayına qədər keçən müddət boyu dişi arılar (ana və işçilər) şanda qalırlar.

Arılar Allah'ın vəhyi ilə hərəkət edirlər

Allah var Bir canlının öz təhlükəsizliyini bir kənara atıb, içində yaşadığı kaloniya üzvlərinin təhlükəsizliyini və rahatlığını təmin etmə işinin tək açıqlaması ola bilər: arı pətəyindəki nizam üstün ağıl sahibi yaradıcı tərəfindən təyin olunmuş və bu yaradıcı şandakı hər arıya bir-birindən fərqli vəzifələr vermişdir. Arılara nələr edəcəklərini ilham edən uca Allah'dır. Yer üzündəki bütün canlılar kimi erkək arılar da onları yaradan Allah'ın əmrinə tabe olaraq cütləşmə uçuşuna çıxır və ölümləri bahasına şanın varlığının davam etdirilməsini təmin edirlər.

Allah arıların yer üzündəki bütün canlılar kimi Öz vəhyi ilə hərəkət etdiyini ayələrdə belə bildirir:

"Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get". (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.' (Nəhl surəsi, 68-69)