Kompüter texnologiyasının ilham mənbəyi olan insan beyni

Allah varKompüter sənayesinin günümüzdəki ən fundamental hədəflərindən biri kompüterləri daha sürətli hala gətirməkdir. Sürətli məlumat transferi inkişaf etmiş distributer kompüterlər və qüsursuz işləyən məlumat paylaşma şəbəkələri hal-hazırda bütün komputer firmalarının istehsal etmək istədiyi növdən texnologiya möcüzələridir. Ancaq komputer dünyasında sürət və məlumat həcmi artdıqca modem böyüklüyü də istər-istəməz artır. Yəni kompüterlərin ebatları getdikcə böyüyür.

Kompüter istehsalçılarının və ya digər texnologiya dizaynerlərinin ən böyük arzusu isə bütün məlumatları sığdıra biləcəkləri rahat və kiçik prosessorlar istehsal etməkdir. Bunun üçün isə komputer hissələri və tranzistorlardan qurulmuş dizaynın öz içində mümkün ola biləcək ən geniş və sürətli xəbərləşmə şəbəkəsini təmin etməsi lazımdır. Bir kompüterdə istifadə edilən hissələrin sayı artdıqca, sürəti də doğru mütənasib olaraq artır. Ancaq hissələrin sayı müəyyən bir sərhəddən kənar artırılmır. Çünki hissə sayı artdıqca enerji ehtiyacının qarşılanması da, demək olarki, qeyri-mümkündür.

Bu cür problemlərə çarə axtaran kompüter mühəndisləri üçün isə insan beyni ilham mənbəyi olmuşdur.

"Beyin kompüterlərə dərs öyrədir"


Beynin iş sistemi bir-birləri ilə hər an əlaqədə olan yüz minlərlə neyrondan asılıdır. Beyindəki neyronlararası xəbərləşmə şəbəkəsini araşdıran alimlər bu son dərəcə sürətli sistemi kompüterlərdə ən təsirli şəkildə təqlid edə bilməyə çalışırlar. (Harun Yəhya, İnsan Möcüzəsi)

MSNBC-də "Beyin kompüterlərə dərs öyrədir" başlığı ilə verilən 6 avqust 2002-ci il tarixli bir xəbərdə məşhur bir kompüter mühəndisi olan Kerry Bernstein tərəfindən beyindəki üstün dizayn izah edildi. Kompüter texnologiyasında ən böyük firmalardan biri olan IBM-in təcrübəli texnologiya eksperti Kerry Bernstein beynin bir çox yönüylə kompüter dizaynında təqlid edildiyini, ancaq beyindəki dizaynın eyni keyfiyyətdə kopyalanmasının var olan heç bir texnologiya ilə mümkün ola bilməyəcək qədər mükəmməl olduğunu vurğuladı.

Bernstein: "Beyində fövqəladə bir paralellik hakimdir. Yəni təkcə bir bayt məlumat bir anda tam 100.000 neyrona yayıla bilir" deyə ifadə edir. "Beləcə beyin bilinən ən sürətli kompüterdən yüz min dəfə daha sürətli olur" qeyd edir. "Bizim isə bunu elektronikdə reallaşdıra bilməyimiz mümkün deyil.

"Allah'ın yaratdığı və insana nemət olaraq lütf etdiyi beyin elə mükəmməl bir orqandır ki, alimlər onu araşdırdıqca nə qədər böyük bir ağılın məhsulu olduğunu və qüsursuz olaraq yaradıldığını anlayırlar. Əlbəttə bu qüsursuz dizayn möcüzəsini yalnız müəyyən məqamlarda təqlid edə biləcəklərini də...

Bernsteinin bu sözləri diqqətlə oxuyub üzərində düşünülməli olan sözlər deyir: "Kompüterlər sürətləndikcə və hissələr kiçildikcə daha çox enerji ehtiyacı ortaya çıxır. Mühəndislər elə bu məsələdə böyük bir çətinliklə qarşılaşırlar. Və bu çətinlik ortaya həqiqətəndə əhəmiyyətli fiziki məhdudlaşdırmalar qoyur". Bernstein əlavə edir: "Digital sahədə bunu çox dəqiq şəkildə yaşadıq… Bizlər bu yöndə irəliləməyə davam etdikcə, getdikcə daha çətin bir mövqeyə gəlirik. Həqiqət budur ki, etməkdə olduğumuzu artıq daha çox davam etdirə bilmərik. Sənaye də davam etdirə bilməz."

MSNBC xəbərində bütün bunlar izah edildikdən sonra bu izah edilir: "Bernstein kimi kompüter mühəndisləri yeni bir yol tapmada ümidlərini itirmiş görünürlər."

Bernstein elə buna görə beyindəki dizaynı anlamağa böyük əhəmiyyət verir və beyin cərrahlarını hər il IBM mərkəzinə dəvət edib, nizamlı olaraq kompüter mühəndislərinə beynin üstün iş sistemi haqqında konfrans vermələrini təmin edir.

Bernstein etdiyi bu işin əhəmiyyətini "onsuzda mikrofunksiya dizaynında beyindən fövqəladə dərəcədə çox faydalanmış oluruq" sözləri ilə də vurğulayır. Beynin necə işlədiyini anlaya bilmək mühəndislərə daha təsirli dövrə dizaynları etməkdə ilham qaynağı olur. Quantum kompüterlərinin ortaya çıxması və neyronların da kompüter hissələrində təqlid edilməyə başlanması bu sayədə reallaşdı.

Bəs burada ağlımıza bəzi suallar gəlmirmi? Dünyanın ən üstün zəkalı insanlarından ibarət texnologiya inkişaf etdirmə qrupları boz bir ət parçasını nə üçün təqlid belə edə bilmirlər? Bundan əlavə, yaş və boz bir ət görünüşü xaricində bir xüsusiyyəti bildirməyən bu orqanda bu möcüzəvi əməliyyatlar necə reallaşa bilir? Sadə zülal və yağ molekullarından ibarət olan bu quruluş necə olur ki, bizə xarici dünyadan və öz bədənimizdən gələn milyonlarla qəbulu şərh edə bilir? Bu əməliyyatlar edilərkən nə üçün qəza və pozuqluqlar meydana gəlmir və gözlərimizdən ya da qulaqlarımızdan gələn siqnallar xarici dünyaya uyğun olaraq şərh oluna bilir? Görüntüdə bəzən qaralmalar və ya eşitdiklərimizdə xışıltılar niyə heç ortaya çıxmır?

Və ən vacib sual budur: Bizlər beynimizin kompleks dizaynı haqqında bir şey bilməzkən və hər saniyə reallaşdırılan on minlərlə əməliyyatdan da xəbərsizkən beynimizdə baş verənlərə necə nəzarət edilir? Beynimizi bizə verən kimdir? Şübhəsiz, neyronlar dərimiz və ya bədənimizin başqa bir yerindəki hüceyrələr kimi şüursuz atomlardan meydana gəlirlər. Bu vəziyyətdə neyronların belə üstün əməliyyatlar reallaşdırması böyük bir möcüzədir. Şüursuz atomlar bir yerə gəlib bir şaftalının qoxusunu, gözəl bir mənzərə görünüşünü, bir məxmər parçanın məlumatını necə şərh edirlər?

Xarici dünyadan gələn bütün bu hisslər kəllə ilə əhatəyə alınmış və hər cür səsdən, qoxudan və ya işıqdan təcrid olan boz ət parçasında necə bir anda mükəmməl şəkildə mövcud ola bilirlər?

Şübhəsiz ətdən ibarət olan bir orqanın belə mükəmməl əməliyyatlar reallaşdıra bilməsi çox böyük bir möcüzədir. Ancaq əsl möcüzə bu orqandan ağıl və şüur kimi mücərrəd anlayışların ortaya çıxmasıdır. Beynimizin xüsusi olaraq hazırlandığı açıqdır və hər dizayn kimi bir dizaynerə malikdir. Beyin Uca Rəbbimizin üstün yaratmasının bir dəlilidir.