Bədənimizdəki su miqdarını nizamlayan gizli prosessor
Bədəninizdə nə qədər su olmalıdır bilirsinizmi? Hər gün yediyiniz qidalar və içdiyiniz mayelərlə bədəninizə neçə qram su qəbul etdiyinizi və bu suyun nə qədərini bədəninizdən atmalı olduğunuzu hesablaya bilirsinizmi? Günün hər saniyəsi qanınızda neçə qram su olduğunu, qan təzyiqinizi, toxumalarınızdakı su nisbətini hesablaya bilirsinizmi?
Əgər bu hesablamaları tək-tək etmə vəzifəsi bir insana verilmiş olsaydı, başqa heç bir işlə maraqlanmadan bütün zamanını bu vəzifəyə ayırmaq məcburiyyətində qalardı. Bu çox mühüm bir vəzifədir, çünki insan bədəni su itirməməlidir. Əgər su itkisi mövcud suyun 10%-i kimi bir rəqəmə çatsa bunun ardınca ölüm gələrdi.
Ancaq heç kimin bədənində olan su miqdarını ölçməyə ehtiyacı yoxdur. Çünki hər insanın bədəninə su miqdarını nizamlayan və təşkil edən çox xüsusi bir sistem yerləşdirilmişdir. Əgər bu sistemin detallarını araşdırsanız müdhiş bir mühəndislik və planlama möcüzəsi ilə qarşılaşarsınız.
Əgər tərləmə və ya su içməmə səbəbindən bir miqdar su itkisinə məruz qalsaq, qandakı su sıxlığı düşəcək. Əgər bədəninizə xüsusi bir sistem qurulmamış olsa, qanınızdakı su sıxlığı nə qədər düşsə də, sizin bundan xəbəriniz olmayacaq və bir müddət sonra hiss etmədən susuzluqdan öləcəkdiniz. Bəs qanınızdakı su miqdarının düşdüyü necə aydın olur və lazımi tədbirlər necə alınır?
Beynin hipotalamus bölgəsinə çox xüsusi qəbuledicilər yerləşdirilmişdir. Bu qəbuledicilər hər saniyə, hətta siz bu yazını oxuyarkən belə, qanınızdakı su miqdarını ölçürlər. Əgər qandakı su miqdarının düşdüyünü müəyyən etsələr dərhal həyəcana keçirlər.
Bir an üçün hipotalamusdakı qəbuledici hüceyrələrdən birinin yerinə, bir insan qoyduğumuzu fərz edək. Bu insanın vəzifəsi 24 saat heç yorulmadan, yatmadan qandakı su miqdarını ölçməkdir. Ölənə qədər də başqa heç bir işlə maraqlanmayacaq, tək vəzifəsi yalnız bu ölçünü müəyyən etmək olacaq. Şübhəsiz belə bir vəzifəni yerinə yetirmək insan üçün mümkün deyil.
Bəs hüceyrə qrupu bütün həyatını nə üçün bir mayenin içindəki su miqdarını hesablamağa həsr edir? Əlbəttə bu həmin hüceyrə qrupunun özünə verilən bir vəzifəni yerinə yetirdiyini göstərir. Hipotalamus Allah'ın ilhamı ilə hərəkət edir.
Qandakı su miqdarı düşdükdə nə olur?
Bu mövzunu bir də fərqli bir tərəfdən düşünək. Qandakı su miqdarının düşdüyünü fərz edək. Bu vəziyyətdə qəbul edici hüceyrələrin yerinə qoyulan insanın etməsi lazım olan nə olacaq?
Əgər bu hüceyrələrin yerində həqiqətən bir insan, məsələn siz olsaydınız, necə tədbir alardınız? Su içmə imkanınız olmadan, qandakı su miqdarını necə artırardınız??
Ehtimalla - əgər biologiya təhsiliniz yoxdursa - ağlınıza sidik mayesində olan su molekullarını təmizlədikdən sonra qana geri qaytarmaq gəlməzdi. Belə bir fikir ağlınıza gəlsə belə tətbiq etmək üçün nə etməli olduğunuzu bilə bilməzdiniz.
Hipotalamusdakı qəbuledici hüceyrələr qandakı su miqdarının düşdüyünü müəyyən etdikləri anda, dahiyanə bir yola müraciət edirlər. Hipofiz vəzində gizli saxlanılan antidiuretik hormon (ADH) çox xüsusi bir xəbərçi molekulu istifadə etməyə qərar verir. Bu mesaj böyrəkdəki milyonlarla mikro kanalın ətrafındakı hüceyrələr üçün yazılmışdır. Və bu hüceyrələrə "sidik mayesində olan su molekullarını tutun" əmrini verir.
Bu nöqtədə bu suallar ağla gəlir: Hipotalamusdakı hüceyrələr özlərindən çox uzaqda olan və heç bir zaman görmədikləri böyrək hüceyrələrinə əmr verməyi necə düşünüblər? Böyrək hüceyrələrinin anlayacaqları və itaət edəcəkləri bir mesaj yazmağı necə bacarmışlar? Böyrək hüceyrələri bu əmrə nə üçün itaət edirlər?
Bu xəbərləşmə sistemi sayəsində sidikdəki su molekullarının böyük bir hissəsi təmizlənir və təkrar qana qaytarılır. Nəticədə sidik miqdarı azaldılmış və bədənə müəyyən ölçüdə su qazandırılmış olur.
Əgər lazım olandan çox su içmişiksə, bu dəfə də mexanizm tam tərsinə işləyir. Qandakı su sıxlığı yüksəlir. Bu yüksəlmə nəticəsində hipotalamusdakı qəbuledicilər ADH hormonunun ifraz olunması əməliyyatını yavaşladırlar. ADH hormonu azalıqda böyrəklərdə suyun geri sorulması da azalır. Sidik mayesi artır və qandakı su miqdarı tarazlıqda saxlanılmış olur.
ADH hormonunun bir xüsusiyyəti də qan damarlarını sıxa bilməsi və beləcə qan təzyiqini artıra bilməsidir. Bu da çox xüsusi hazırlanmış bir təhlükəsizlik, yəni sığorta sistemidir və insanın xüsusi bir yaradılışla var edildiyinin başqa bir dəlilidir. Bu təhlükəsizlik sisteminin də işləyə bilməsi üçün yenə geniş ölçülü bir planlama edilmişdir. Ürəyin qulaqcıq bölgəsinin və ürəyə gələn damarların içinə qan təzyiqini ölçən çox xüsusi qəbuledicilər yerləşdirilmişdir. Bu qəbuledicilərdən çıxan kabellər, yəni sinirlər də hipofiz vəzinə bağlanmışdır. Normal qan təzyiqi altında bu qəbuledicilər davamlı olaraq xəbərdar edilir və hipofiz vəzinə dayanmadan bir elektrik cərəyanı göndərirlər. Bu elektrik siqnallarının hipofizə çatması ADH hormonunun ifraz olunmasına mane olur.
Eynilə bu nümunədə olduğu kimi, ürəyin və damarların içinə yerləşdirilən qəbuledicilərdən hipofizə siqnal çatdığı müddətcə hər şey normal və yolunda gedir deməkdir.
Həyəcan siqnalının çalışması necə reallaşır?
Ciddi bir qanama vəziyyətində insan çox qan itirir və damarlarındakı qan miqdarı azalır. Bu da qan təzyiqinin düşməsi deməkdir ki, aşağı qan təzyiqi xəstə üçün çox təhlükəli nəticələrə yol aça bilər. (Harun Yəhya, Hormon Möcüzəsi)
Qan təzyiqi düşdüyü anda damarların və ürəyin içində olan qəbuledicilərin hipofizə göndərdikləri siqnal da kəsilir. Bu da hipofizin həyəcan vəziyyətinə keçməsinə və ADH hormonu ifraz etməsinə səbəb olur. ADH hormonu dərhal qan damarlarının ətrafındakı əzələlərin sıxılmasına səbəb olur və bu əməliyyat qan təzyiqinin yüksəlməsini təmin edir. Bu çox kompleks, bir-birindən asılı olaraq çalışan və bir çox parçadan ibarət olan sistemin üzərində düşünülməli bir çox detal vardır.
ADH hormonunu istehsal edən hipotalamus hüceyrələri özlərindən çox uzaqda olan damarların ətrafındakı əzələ hüceyrələrinin quruluşunu haradan bilirlər?
Qan təzyiqinin artması üçün bu damarların sıxılmalı olduğunu necə təxmin edirlər?
Necə olur ki, bu hüceyrələrin sıxılmasını təmin edəcək kimyəvi düsturu yarada bilirlər?
Ürək və hipofiz arasındakı əlaqə şəbəkəsini, kabelləri döşəyərək kim belə qüsursuz bir həyəcan sistemi meydana gətirmişdir?
Şübhəsiz ki, ortada gerçək bir dizayn var. Və bu dizayn insanın şüursuz təsadüflər nəticəsində deyil, qüsursuz bir yaradılış ilə var edildiyini göstərir. Təkamülçülərin bədəndəki xəbərləşmə və həyəcan sisteminin təsadüfən mövcud olduğunu, hüceyrələrin öz-özlərinə bu sistemi kəşf etdiklərini, hazırladıqlarını və inşa etdiklərini iddia etmələri böyük bir məntiq çöküntüsünün nəticəsidir. Belə bir iddia bir torpağa yığılan sement, kərpic, elektrik kabeli kimi vəsaitlərin baş verən bir fırtına nəticəsində əvvəl təsadüfən bir göydələn meydana gətirdiklərini, sonra ardınca baş verən ikinci bir fırtına ilə bu göydələnin içinə elektrik sistemi döşədiklərini, üçüncü bir fırtınada isə binanın içinə mükəmməl bir təhlükəsizlik sistemi qurduqlarını iddia etməyə bənzəyir. Ağıl və sağlam fikir sahibi heç bir insan belə məntiqsiz bir iddianı qəbul etməz. Ancaq, təkamülçülərin iddiası bundan da məntiqsizdir. Allah'ın varlığını inkar etmək mövzusunda qəti bir qərarlılıq içində olan təkamülçülər söylədiklərinin nə qədər ağıl və məntiq xarici olduğunu düşünmədən təkamül nəzəriyyəsini müdafiə edirlər.
"... Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!"– deyər, o da olar." (Bəqərə surəsi, 117)