Bədənimizdəki Möcüzəvi Dərman: Kortizon Hormonu
Kortizon hormonu, ağrı, qəza, yaralanma, infeksiya, həddindən artıq isti, həddindən artıq soyuq, allergiya, oksigensiz qalmaq, aclıq, atəş yüksəldən faktorlar kimi vəziyyətlərə qarşı insan bədəni içində, bir çox fərqli cəbhədə insan üçün mübarizə aparır.
Kortizon hormonunun insan bədənində o qədər müxtəlif vəzifələri var ki, bu hormonu araşdırmağa başlamadan əvvəl bir məsələyə diqqət çəkmək istəyirik:
Hormonun bir hüceyrəni hərəkətə keçirməsi başlı-başına bir möcüzədir. Çünki hormonun bir hüceyrəyə təsir etməsi üçün o hüceyrənin daxili quruluşunda olan sistemləri hərəkətə keçirməsi lazımdır. Bu da hormonun ya o hüceyrənin qılafındakı bir reseptora bağlanması, ya da hüceyrəyə daxil olaraq hüceyrə içində olan bir mexanizmə birbaşa təsir etməsi ilə reallaşır. Ancaq hər iki vəziyyətdə də hormon molekulu, təsir edəcəyi hüceyrə üçün xüsusi olaraq hazırlanmaq məcburiyyətindədir. Hormon molekulunun quruluşundakı ən kiçik bir uyğunsuzluq hüceyrəyə təsir edə bilməməsinə səbəb olar. Buna görə hormon ilə təsir etdiyi hüceyrədəki reseptor (qəbul edici) ilə molekul arasındakı əlaqə açar və qıfıl arasındakı əlaqəyə bənzəyir.
Kortizon hormonunun təsirləri araşdırıldığı zaman qarşımıza çox mühüm bir həqiqət çıxır. Allah insan bədənində bir çox təhlükəsizlik sistemi yaratmışdır. Bir-birindən fərqli bu təhlükəsizlik sistemlərinin hər birini meydana gətirən hüceyrələrin daxilinə, təkcə bir açar ilə açılan qıfıllar qoymuşdur. Məsələn, bu qıfıl bir kapilyar damar hüceyrəsinin daxilində ola bildiyi kimi, qaraciyər hüceyrəsinin daxilində də ola bilər. Bu da fərqli hüceyrələrin ortaq bir məqsəd üçün eyni anda hərəkətə keçirilə bilmələrini təmin edir.
Şübhəsiz ki, bu Allah'ın yaratma sənətinin bir nümunəsi olduğu kimi, eyni zamanda da təkamül yalanının iç üzünü göstərən bir dəlildir. Çünki fərqli hüceyrələrin ortaq bir məqsəd uğrunda hərəkət etmək üçün proqramlanmış olmaları və bu proqramı işlədən mərkəzi bir sistem olması, təkamül nəzəriyyəsinin qarşıya qoyduğu təsadüf nağılının etibarsızlığını bir daha sübut edir. (Harun Yəhya, Hormon Möcüzəsi)
Kortizon hormonu ağrı, qəza, yaralanma, infeksiya, həddindən artıq isti, həddindən artıq soyuq, allergiya, iltihab, oksigensiz qalmaq, aclıq, temperaturu yüksəldən faktorlar kimi vəziyyətlərə qarşı insan bədənində mübarizə aparır.
Kortizon hormonunun vəzifələri araşdırılarkən bir şeyə diqqət yetirmək lazımdır: Bu hormon şüursuz hüceyrələr tərəfindən istehsal edilir və istehsal edən hüceyrələr bu hormonun harada istifadə ediləcəyini əsla bilə bilməzlər. Bu hüceyrələr kortizonun döyüşdüyü cəbhələrdən heç bir zaman şüurlu olaraq xəbərdar ola bilməzlər.
İİndi böyrəküstü vəzilər tərəfindən yaradılan "kortizon" möcüzəsinin insan bədənindəki vəzifələrini və Allah'ın möhtəşəm sənətinin insan bədəninin detallarında necə təcəlli etdiyinə baxaq. Hər mərhələdə öz-özünüzə verəcəyiniz "bu sistem təsadüfən mövcud ola bilərmi?" sualı da Allah'ın varlığını inkar edən təkamül nəzəriyyəsinin yanlış məntiqini sizə bir daha göstərəcək.
Kortizon hormonunun vəzifələri-yaralanmalara qarşı əvvəldən tədbir alır:
Adrenalin hormonu insanı təhlükə anı üçün hazırlayarkən, kortizon hormonu insan bədənini təhlükədən sonra olabiləcək hadisələr üçün hazırlayır. Məsələn, olabiləcək bir yaralanma riskinə qarşı, əvvəldən bir tədbir görür və bədəndəki amin turşularını səfərbər edir. Bu amin turşuları bir yaralanma olduğu anda, toxuma bərpası üçün istifadə ediləcək xammaddələrdir.
-Yaralanma əsnasında ağrı hissini azaldır:
Bəzi insanların yaralandıqları anda və yaralandıqdan uzun bir müddət sonrasına qədər ağrı hiss etməmələrinin səbəbi budur. Beləcə insan yaralı olduğu halda mübarizə aparacaq, özünü qoruyacaq və ya qaça biləcək güc tapır.
Ağrı hissi sinir hüceyrələri vasitəsi ilə yaranır. Kortizonu istehsal edən hüceyrələr, sinir hüceyrələrinin elektrik çatdırmalarını yavaşladan və qismən dayandıran mexanizmi necə bilirlər?
-Təcili vəziyyətlərdə yağ və zülalları şəkərə çevirir:
Bədən hüceyrələrinin və beyin hüceyrələrinin qidalanmaq üçün şəkərə ehtiyacları var. Beyin hüceyrələrinin davamlı və nə bahasına olursa olsun şəkərlə qidalanması lazımdır. Əks halda insan qısa müddətdə ölə bilər.
Aclıq anında şəkər əldə ediləcək qida olmadığı üçün qandakı şəkər miqdarı düşəcək. Bu vəziyyətdə kortizon fəaliyyyətə başlayır və bədənin şəkərsiz qalmasına izn vermir. Depolanan yağ və zülalların şəkərə çevrilməsini və qan şəkəri səviyyəsinin müəyyən sərhədlər içində qalmasını təmin edir.
İndi bu cümləni bir düşünək: "Yağın şəkərə çevrilməsi və ya zülalın şəkərə çevrilməsi." Bu tip əməliyyatlardan bəhs edilərkən tək bir cümlə deyilib keçilir. Halbuki, edilən əməliyyat olduqca çətin və kompleks bir əməliyyatdır. Bir maddə başqa bir maddəyə çevrilir və molekulyar quruluşu tamamilə dəyişir.
Əgər insanın önünə trilyonlarla dəfə böyüdülmüş və bir masa böyüklüyünə gətirilmiş bir yağ molekulu və ya zülal molekulu qoyulsa və özündən bu molekulu şəkər molekuluna çevirməsi istənilsə edə biləcəyi bir şey yoxdur. Hansı atomun yerini hansı ilə dəyişdirməli olduğunu bilə bilməz. Halbuki, hüceyrələrin içində bu dəyişməni reallaşdıran neft ayırma zavodları var və həmin dəyişmə çox kompleks əməliyyatlar nəticəsində reallaşdırılır. Kortizon hormonu elə bu əməliyyatların seyrinin necə dəyişdiriləcəyini bilir. Daha doğrusu kortizon hormonu bu dəyişmənin başlamasını təmin edəcək kilidi açacaq dizayna malikdir. Elə isə kortizon yaradan hüceyrələr yağ-şəkər və ya zülal-şəkər çevrilməsini edən sistemi işlədəcək açarın şəklini haradan bilirlər?
CH3-(CH2)n-COOH (yağ molekulunun düsturu) düsturunu hansı əməliyyatlar nəticəsində CH2OH (şəkər molekulunun düsturu) düsturuna necə çevirə biləcəyini haradan bilir?
-Təcili vəziyyətlərdə beyin və ürəyin qidalanmasına prioritet verir:
Kortizon molekulları təcili vəziyyətdə fəaliyyətə başlayır və bədən hüceyrələrinin şəkər istifadəsini azaldır. Ancaq yenə bir möcüzə görünür və bu təsiri beyin və ürək kimi həyati orqanlarda göstərmir. Sanki döyüş anında səfərbərlik elan edib, iqtisadi qaynaqların müəyyən bölgələrə sürüşdürülməsi kimi, kortizon molekulları beyin və ürəyin qidalanmasına prioritet verir və digər toxuma hüceyrələrinin qidalanmalarında qənaətə səbəb olurlar.
Kortizon molekulları hansı hüceyrələrin daha həyati əhəmiyyətə malik olduğunu haradan bilirlər? Bu tədbiri hansı şüur ilə alırlar?
-Damarların sıxılıb genəlmələrini nizamlayır:
Qan damarları sabit və cansız borular deyil, bu damarların ətraflarındakı əzələlərin sıxılıb boşalması sayəsində damar diametrləri ehtiyaca görə dəyişə bilir. Bu daralma əmri də müxtəlif hormonlar vasitəsi ilə damarlara çatdırılır. Kortizon isə damarları dartan büzücü faktorlara qarşı damar cavablarını nizamlayır və təcili vəziyyətlərdə insan üçün başqa bir dəstək funksiyası yerinə yetirmiş olur.
Kortizon hormonu damar ətrafındakı əzələlərin sıxılma sistemlərini haradan bilir ki, bu sistemin sıxılma-boşalma faktorlarına qarşı cavab vermə hərəkətlərini təşkil edə bilir?
-Suyun hərəkətinə nəzarət edir:
Suyun –lazım olmayan hallarda - hüceyrə içinə girməsinə mane olur. Bu da qan həcminin qorunması deməkdir. Bir kortizon molekulu, suyun hüceyrələrin içinə girmə meylini haradan bilir? Bu suyu hüceyrə xaricində tutmaq lazım olduğuna necə qərar verir? Və suyu xaricdə tutma üsullarını haradan bilir? Daha da vacibi, suyun hüceyrənin xaricində tutulması lazım olan zamanları necə təsbit edir? Necə olur ki, həmişə deyil, yalnız lazım olduqda suyun hüceyrəyə girməsinə mane olacaq bir anlayış və şüura malikdir?
-İnsan həyatı üçün çox əhəmiyyətli olan bəzi zülalların istehsalını nizamlayır:
Kortizon hormonu çətin vəziyyətdə qaldığınız zaman bütün ehtiyaclarınızı ayrı-ayrı düşünür. Sümük iliyində hemoqlobin, ağ qan hüceyrəsi və trombosit istehsalını artırıb, qan səviyyəsini yüksəldir.
Göründüyü kimi, gözlə görünməyəcək qədər kiçik tək bir molekul, bir çox xüsusiyyətə, qabiliyyətə və məsuliyyətə malikdir. Bu molekulun bunları yerinə yetirə bilməsi üçün bütün bu xüsusiyyətlərlə birlikdə xüsusi olaraq hazırlanmış olması lazımdır. Kortizon hormonunun təsadüfən bu xüsusiyyətlərə malik olaraq ortaya çıxdığını iddia etmək böyük bir cəhalət və məntiqsizlikdir. Bu hormon Allah'ın yaratmasındakı uyğunlaşmanın və qüsursuz dizaynın dəlillərindən yalnız biridir. Allah bir ayəsində qullarına belə buyurur:
"…Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?" (Ənam surəsi, 80)
-Yüksək temperaturu önləmək üçün əlavə hormonun yaranmasını dayandırır:
Temeraturun yüksəlməsi insan bədəninin xəstəliklə mübarizə aparma əlamətidir və insanı istirahət etməyə və yatmağa məcbur edir. Beləcə, bədənin ehtiyacı olan enerji yerimək, gəzmək, işləmək və s. kimi gündəlik işlərə sərf edilməmiş olur. Temperaturun yüksəlməsi xəstəliyin səbəb olduğu əlavə təsir deyil. Temperatur xəstəliklə mübarizədə insanı istirahət etməyə məcbur etmək üçün xüsusi olaraq nizamlanmış bir təhlükəsizlik tədbiridir. Temperaturun yüksəldilməsi beynin "temperatur mərkəzi" tərəfindən təmin edilir. Beynin temperatur mərkəzi də 'IL-1' adlı bir maddə tərəfindən hərəkətə keçirilir.
Kortizon hormonunun başqa bir möcüzəvi təsiri təhlükəli temperatur vəziyyətində ortaya çıxır. Kortizon hormonu digər bütün funksiyaları ilə yanaşı, təhlükəli temperaturun artmasının dayanması üçün də hazırlanmışdır. İnsanın yüksək temperaturdan ölmə təhlükəsi ilə qarşılaşdığı vəziyyətlərdə kortizon fəaliyyətə başlayır və temperatur mərkəzini aktivləşdirən IL-1 maddəsinin istehsalını dayandıraraq temperaturu salır.
Bəs kortizon IL-1 maddəsinin temperaturu yüksəltdiyi və yüksək temperaturun insan üçün bir təhlükə meydana gətirdiyini necə bilir? IL-1 maddəsinin harada yarandığını necə xəbər almış və bu maddənin istehsalını dayandırmağa necə qərar vermişdir?