Sonsuzda bir ehtimal
Zülalsız bir həyat mümkün deyil. Çünki zülallar həm bədənin təməl quruluş daşlarıdır, həm də insan həyatında olduqca həyati əhəmiyyəti olan ferment və hormonların tərkibini meydana gətirir. Ancaq bəzi təkamülçü alimlər belə mürəkkəb və kompleks bir quruluşun təsadüfən meydana gəldiyinə inana bilir. Halbuki, yalnız zülalı meydana gətirən molekulların bir yerə gəlməsi belə, sonsuzda bir ehtimaldır.
Təkamül nəzəriyyəsinin öndə gələn müdafiəçilərindən A. I. Oparin "Origin of Life" (Həyatın Mənbəyi) adlı kitabında zülalların təsadüfən meydana gəlməsinin mümkün ola bilməyəcəyini belə izah edir:
"Hər biri müəyyən şəkillərdə və özünəməxsus bir tərzdə düzülmüş minlərlə karbon, hidrogen, oksigen və azot atomundan ibarət olan, bu maddələrin ən sadəsi belə, olduqca kompleks bir quruluşa malikdir. Zülalın quruluşunu araşdıranlar üçün bu maddələrin özbaşına bir yerə gəlmələri, romalı şair Virgilin məşhur 'Aeneid' şeirinin ətrafa saçılmış hərflərdən təsadüfən meydana gəlməsi qədər ehtimal xarici görünür."(Alexander I. Oparin, Origin of Life, (1936) NewYork, Dover Publications, 1953 (Reprint), s. 132-133)
Hər nə qədər təkamülçü bir dünyagörüşünə sahib olsa da, bu məşhur elm adamının yuxarıdakı ifadəsi öz müdafiə etdiyi nəzəriyyəni tamamilə etibarsız edən bir etirafdır. Eyni zamanda təkamülçülərin ziddiyyətli məntiq quruluşunu ortaya qoyduğu üçün diqqət çəkici bir nümunədir. Çünki həqiqətəndə bir zülalın təsadüfən meydana gəlməsi yazarın dediyi kimi tamamilə ehtimal xaricidir, amma təkamülçü elm adamları bunu görmələrinə baxmayaraq, "təsadüfə" olan batil inanclarından əl çəkmirlər.
Türkiyənin tanınmış elm adamlarından təkamülçü Prof. Dr. Nevzat Baban zülalın meydana gəlməsində riyazi olaraq təsadüfün qeyri-mümkünlüyünü belə ifadə edir:
"Molekul ağırlığı 34000 olan, tərkibində 288 amin turşusu olan və 12 fərqli amin turşusudan yaranmış nəzəri bir zülal molekulunun 10 üzəri 300 fərqli quruluşu ola biləcəyi hesablanmışdır. Bu fərqli formalarda olan molekulların bir yerə gəlməsi ilə meydana gələcək kütlənin ağırlığı 10 üstü 280 qramdır. Halbuki, dünyamızın bütün kütləsinin 10 üstü 27 qram olduğu düşünülsə...." (Prof. Dr. Nevzat Atan, Cerrahpaşa Tibb Fakültəsindən Zülal Biokimyası S. 32)
Babanın da ifadə etdiyi kimi, 61 amin turşusudan ibarət olan kiçik zülal halqalarının təsadüfi düzülüşü nəticəsində ortaya çıxacaq variasiyaları meydana gətirməyə kainatdakı mövcud atom sayı kifayət etmir. Qaldı ki, təxminən bir zülal molekulu 61 deyil, 400 amin turşusundan meydana gəlir.
Bunun bir başqa mənası belədir: Kainatdakı bütün atomlar hər işi buraxıb yalnız bu zülalı meydana gətirmək üçün dayanmadan təsadüfi halda birləşsələr, kainatın yaranmasından indiyə qədər keçən milyardlarla il və kainatdakı bütün atomların sayı bir zülal molekulunun "təsadüfən" meydana gələ bilmə ehtimalı üçün kifayət etməz.
Qısası, 400 amin turşusundan ibarət olan təxminən bir zülal molekulunun təsadüfən meydana gəlməsi, bir sözlə qeyri-mümkündür. Canlıların inkişafında bir pillə daha irəlilədikdə, bu "qeyri-mümkün" sözünün belə kifayət etmədiyini görürük. Çünki tək bir zülal heç bir şey ifadə etmir. İndiyə qədər bilinən ən kiçik bakteriyalardan biri olan Mycoplasma Hominis H 39-un belə 600 növ zülala sahib olduğu müşahidə edilmişdir. Bu vəziyyətdə, tək bir zülal üçün yuxarıda qeyd etdiyimiz ehtimal hesablarını, 600 növ zülal üzərindən etməyimiz lazımdır. Bu vəziyyətdə qarşılaşacağımız rəqəmlər insan ağlının qavraya bilməyəcəyi ölçülərə çatır.
Bir ədədinin belə təsadüfən meydana gəlməsi qeyri-mümkün olan bu zülalların, təxminən bir milyonunun təsadüfən uyğun bir şəkildə, bir yerə gəlib qüsursuz bir insan hüceyrəsini meydana gətirməsi isə milyardlarla dəfə qeyri-mümkündür. Qaldı ki, hüceyrənin quruluşunda zülallardan başqa karbohidrat, lipid, su, elektrolitlər (anion və kation) və vitaminlər mövcuddur və hamısı bir çox fərqli orqanoidin içində tikinti qaynağı və köməkçi molekullar olaraq istifadə edilir.
Bu hüceyrələrdən 100 trilyonunun təsadüfən meydana gəlib, insanın daxili və xarici orqanlarını qüsursuz olaraq meydana gətirəcək bir nizamda birləşməsinin necə qeyri-mümkün bir şey olduğunu izah etmək üçün çox təəssüf ki, uyğun söz tapmaq mümkün deyil.
Göründüyü kimi, təkamül yeganə "açıqlaması" olan təsadüf iddiası ilə, nəinki hüceyrə, hüceyrədəki milyonlarla zülaldan tək birinin meydana gəlməsini belə izah etməkdə acizdir. Daha zülal mərhələsini belə anlamaqda aciz olduğu halda, həyatın və canlıların necə ortaya çıxdığı mövzusunda ssenarilər yazmağa çalışan bir nəzəriyyənin ciddiyəti və etibarlılığı isə göz qabağındadır.
Canlı aləmin hansı mərhələsinə və ya hansı parçasına nəzər salınsa, həmin "təsadüf" iddiasının bir "cəfəngiyyat" olduğu ortaya çıxır.
Məsələn, levo (sol əlli) zülallara nəzər salaq:
Bütün amin turşularının əsas gövdəsini, bir karbon atomuna bağlı hidrogen və bir azot atomundan meydana gələn bir hissə təşkil edir. Bu gövdənin quruluşu bütün amin turşularında eynidir. Ancaq bu gövdəyə əlavə olunan "R qrupu" adlanan əlavə bir parça vardır ki, bu qrup hər amin turşusunda fərqlidir. Amin turşusuna özünəməxsus xüsusiyyət verən də bu R qrupudur. R qrupu atomları quruluş olaraq əsas gövdənin sağ və ya sol tərəfində ola bilər. Bunlardan R qrupu sol tərəfdə olanlar L-levo (sol əlli) amin turşuları, sağ tərəfdə olanlar isə D-dextro (sağ əlli) amin turşuları adlandırılır. Və hər iki növün də yaranma şansı 50%-dir. Eyni molekulun sağ-əlli və sol-əlli formaları bir-birlərinin "optik izomerləri" adlanır. Optik izomerlərin arasındakı fərq, bir cisim ilə o cismin aynadakı görünüşü arasındakı fərq kimidir. Eyni atomlardan, eyni parçalardan bənzər bir nizamda meydana gəlmələrinə baxmayaraq, bu molekullar eyni sağ əl ilə sol əl kimi, üç ölçüdə simmetrik bir quruluşa malikdir. (Harun Yəhya, Zülal Möcüzəsi)
Cansız dünyada bu izomerlərdən bərabər miqdarlarda (50-50% nisbətində) mövcuddur. İnsan bədənində istifadə edilən 20 təməl amin turşusundan hər biri təbiətdə levo və ya dextro formalarında mövcud ola bilər.
Ancaq aparılan tədqiqatlarda təəccüb doğuran bir həqiqət ortaya çıxmışdır: Ən sadə orqanizmdən ən mükəmməlinə qədər bütün bitki və heyvanlardakı zülallar yalnız levo amin turşularından meydana gəlmişlər. Hətta bəzi təcrübələrdə bakteriyalara dextro amin turşularından verilmiş, ancaq bakteriyalar bu amin turşularını dərhal parçalamışlar, bəzi vəziyyətlərdə isə bu parçalardan yenidən öz istifadə edə biləcəkləri levo amin turşularını inşa etmişlər. Təkamülçülər belə xüsusi və şüurlu bir seçiciliyi heç bir şəkildə açıqlaya bilmirlər. Şübhəsiz ki, bütün bu fövqəladə tarazlıqları quran və sistemin işləməsini davam etdirən, lazımi bütün maddələri lazım olan yerlərdə var edən və beləcə, zülalları yaradan sonsuz elm və qüdrət sahibi olan Allah'dır.
"Mən, Rəbbim və Rəbbiniz olan Allah'a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir." (Hud surəsi, 56)