Dildəki Bakteriyalar
Müxtəlif qidalarla bədənimizə nitrat qəbul edirik. Nitrat bədənə daxil olduqda, tərkibindəki bir oksigen molekulunu itirərək nitritə çevrilir. Nitratın asanlıqla nitritə çevrilə bilməsi insan bədəni üçün bir qayğı səbəbidir. Nitrit rahatlıqla kimyəvi reaksiyalara girə bilir və qidalarla qəbul edilən amin turşuları vasitəsi ilə "nitrozamin" adlanan bir maddəyə çevrilir.
Bu kimyəvi məlumatların verilməsinin səbəbi, bədənə bu yolla asanlıqla girə bilən nitrozaminlərin insanlar üçün olduqca əhəmiyyətli olmasıdır. Nitrozaminlər mədə xərçəngi kimi xəstəliklərin başlıca səbəblərindən biridir. (Harun Yəhya, Mikro Dünya Möcüzəsi)
Ancaq bəzən bədənə birbaşa qəbul edilən, bəzən də bədəndə yaranan nitrozaminlər bədənə zərər vermədən ortadan qaldırılırlar. Bunun səbəbi insan bədənini qorumaqla vəzifəli olan bakteriyalardır.
Tədqiqatçılar bir müddət əvvəl qidalarla bədənə qəbul edilən nitratın 25%-nin nitritə çevrilmək üçün tüpürcəyə qarışaraq ağızdakı hüceyrələrə geri qayıtdığını müəyyən etdilər. Bunun səbəbi əvvəllər aydın olmamışdı, çünki nitrit potensial olaraq zərərli bir maddə idi və zərərli bir maddənin bədəndə yaranmasının da bir mənası yox idi. Bunun səbəbi daha sonra aydın oldu. Nitrit tüpürcəkdəki turşu ilə birləşdikdə bədəndə nitrozaminin meydana gəlməsinə mane olurdu. Bu birləşmə, eyni zamanda bədənə zərərli olan bəzi bakteriyalar üçün də çox zəhərli idi. Başqa sözlə, nitrit yediyimiz yeməklərlə qarışması üçün ağzımızda xüsusi olaraq yaranırdı. Ağıza gələn qida bizim üçün zərərli bir maddə olmaqdan çıxır, eyni zamanda içində saxladığı bütün zərərli mikroblar da bədənə girən kimi bu üsulla ölürdü.
Nitratı çevirən bakteriyalar
Bəs bədəndə nitrit harada yaranır və harada saxlanılır? Nitrit, bakteriyalar tərəfindən dildə yaradılır. Nitrat dilin arxa tərəfində bakteriyaların olduqca sıx olduğu bir bölgədə nitritə çevrilir. Nitratı çevirən bakteriyalar dilin arxa qismində dad tumurcuqları arasındakı oksigen çatmayan yarıqlarda yaşayırlar. Bunlar fakültətiv anaeroblar adlanan həm oksigensiz, həm də oksigenli mühitdə yaşaya bilən bakteriyalardır.
Bakteriyalar yuxarıda izah etdiyimiz bütün bu əməliyyatları diş ətlərinin ətrafında da reallaşdırırlar. Onların bu fəaliyyətləri eyni zamanda dişlərin də çürüməsinə mane olur.
Bura qədər bəhs etdiklərimiz tamamilə kimyəvi hadisələrdir və insan bədənində bakteriyalar sayəsində reallaşır.
O halda indi bunu soruşaq: Nitratı ət və salat kimi ən fundamental qidalarla bədənimizə davamlı olaraq qəbul edirik. Görəsən bakteriyalar hansı qərarla bu maddənin bədənə zərərli ola biləcəyini düşünmüş və bunu ortadan qaldırmaq üçün özlərinə bir qərargah seçmişlər?
Darvinistlərin yanılması
Darvinistlərə görə bunu edən təkamül ya da başqa bir ifadə ilə təsadüflərdir. Xəyali təkamül müddətində insanın qidalardan xəstələnib ölməsinə mane olacaq bu bakteriyalar da təsadüfən yerlərini almışlar. Bəzisinin bədəndəki mövqeyindən dolayı tənəffüs etmədən yaşaya bilməsi lazımdır. Təsadüfən bu problem də həll edilmişdir! Bədəndəki immunitet sisteminin bu bakteriyaları bir təhlükə olaraq görüb onlarla vuruşmasına da mane olmaq lazımdır. Bir təhər immunitet sisteminin bu canlıları görməzdən gəlməsi təhlükəsi də təsadüfən ortadan qalxmışdır! Halbuki, bir bakteriyanın təsadüfən bütün möcüzəvi xüsusiyyətləri ilə birlikdə insanın dilindəki dad kisəciklərinə yerləşməsinin və bədəni zəhərli maddələrdən qorumasının təsadüflərlə açıqlanması şübhəsiz mümkün deyil. İnsan kimi, insanın bədənindəki bu həssas sistem də yer üzündə ağlını istifadə edə bilən bütün varlıqlara bu həqiqəti göstərmək üçün mövcuddur: Allah Birdir və Ondan başqa Yaradıcı yoxdur.
Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 3-4)