Dildəki Mürəkkəb Xəbərləşmə Sistemləri

Allah varProfessor Joseph Brand dad duyğusu üzərində apardığı tədqiqatlarla tanınmış bir elm adamıdır. Brand`a görə, dilimizin üzərinə qoyulan hər hansı bir şeyin dadını qəbul etməyimiz yalnız 0.2 - 0.5 saniyə çəkir. Gözümüzü bağlayıb açmağımızdan daha qısa olan bu zaman ərzində, nə baş verdiyi əsrlərdir araşdırılır. Hal-hazırda isə dad alma əməliyyatının yalnız əsas xətləri aydınlaşmış vəziyyətdədir.

Dad alma, yediyimiz qidalara aid dad birləşmələrinin tüpürcək mayesində əriməsi ilə başlayır. Duzlu qidaların dadının daha sürətli alınmasının səbəbi, duzun tüpürcək mayesində digərlərinə görə daha tez əriməsidir. Hətta qidaların qoxusunun alınması ilə tüpürcək vəziləri ifraz olunmağa başlayır və dil, dad almağa hazır hala gəlir. Dad almadakı hər detal kimi, bu mərhələ də vacibdir. Düşünün ki, bu sekresiya olmasaydı, quru qidaların dadını ala bilməyəcəkdik. Bu sekresiya, həzm və müdafiə sistemlərinə kömək olan zülal və fermentlər ehtiva edir. Tüpürcək üzərində aparılan bütün araşdırmalar bu mayenin quruluşunun olduqca kompleks olduğunu ortaya qoyur.

Yeməklərdən gələn dad molekulları ilə dildəki dad hüceyrələri arasındakı xəbərləşmə, hüceyrənin təpəsindəki mikrovillus adlanan tükəbənzər quruluşlarda qurulur. Mikrovilluslar, (dad tükcükləri) dad məsaməsi adlandırılan kiçik açıqlıqlardan dilin üzərini örtən selik pərdəsinə çıxırlar. Dad hüceyrələrinin reseptorları dad tükcüklərinin üzərində yerləşir. Diqqət edin, dad məsaməsinin diametri təxminən millimetrin mində dördü qədərdir.

Dad birləşmələri eyni zamanda xəbərçi molekullardır, vəzifələri daşıdıqları mesajı dad hüceyrəsi qılafının üzərindəki qəbuledicilərə və ya ion kanallarına çatdırmaqdır. Bu mərhələdə, hüceyrə və molekulyar səviyyədə baş verən hadisələr Miami Universitetindən Professor Stephen Roper`in ifadələrindəki kimi hələ araşdırma mərhələsindədir. Bir çox fərqli dad birləşməsinə qarşılıq, fərqli xəbərləşmə yolları mövcuddur.

Yəni şirin, turş, acı, duzlu kimi fərqli dadlar üçün müxtəlif əlaqə şəbəkələri qurulur. Digər bir ifadə ilə, dad hüceyrələri birdən çox sayda xəbərləşmə üsuluna malikdir və hal-hazırda bunların yalnız bir qismi əsas xətləri ilə aydın ola bilmişdir.

Başqa bir heyrətləndirici xüsusiyyət də dad alma mexanizmlərinin canlılar arasında əhəmiyyətli ölçüdə fərqlilik göstərməsidir. Bunlar, üzərində düşünülməli hadisələrdir. Əlbəttə ki, ağıl və şüurdan məhrum olan molekullar və hüceyrələr bir-birləri ilə xəbərləşmək üçün fərqli-fərqli üsullar inkişaf etdirə bilməzlər, buradakı əlaqə sistemləri onları yaradan Rəbbimizin sonsuz ağlının və elminin göstəricilərindəndir.

Duzluluq və turşluğa dair xəbər daşıyan dad molekulları birbaşa dad hüceyrəsinin qılafındakı ion kanalları ilə əlaqə qururlar. Şirin, acı və digər dad molekulları isə hüceyrə qılafındakı qəbuledicilərə bağlanırlar. Məşhur tədqiqatçılar, David Smith (Maryland Universiteti Tibb Fakültəsindən) və Robert Margolskee (Mount Sinai Tibb Fakültəsindən) molekul ilə reseptor arasındakı əlaqəni, açar ilə qıfıl əlaqəsinə bənzədir. Yəni hər kilidi müəyyən bir açarın açması kimi, hər reseptoru hərəkətə keçirən müəyyən bir molekul var. Millimetrin yüz mində biri qalınlığında, yağ və zülallardan ibarət olan hüceyrə qılafı üzərində, hüceyrə giriş-çıxışına nəzarət edən kanallar və xəbərləşmə stansiyası kimi işləyən reseptorlar var. Bunların milyonlarla fərqli dad molekulunu hər dəfə səhvsiz olaraq tanımaları və lazım olan əməliyyatları əskiksiz etmələri isə insanı heyrətə salan möcüzələrdir. (Harun Yəhya, Qoxu və Dad Möcüzəsi)

Burada bunu da ifadə etmək yerində olacaq. 21-ci əsrdəki texnoloji təcrübəyə baxmayaraq, dad almada neçə fərqli reseptor olduğu hələ də bilinmir. 2000-ci ildə bəzi tədqiqatçılar ilk olaraq "T2R/TRB" reseptorlarını tapıblar. Professor Linda Buck, bu kəşfin dad duyğusu ilə bağlı uzun bir araşdırmanın yalnız başlanğıcı olduğunu ifadə edir. Tədqiqatçı Professor Charles Zuker isə araşdırma aparmadan, neçə fərqli dad reseptoru çıxacağının təxmin edilə bilməyəcəyini ifadə edir. Bu həqiqətlər bu mənaya gəlir: 2-ci əsrin texnologiyası ilə belə dad hüceyrələrinin reseptorlarındakı quruluşların çox kiçik bir hissəsi öyrənilə bilmişdir. Bu vəziyyət də bəhsi keçən quruluşların üstün bir dizayn məhsulu olduğunu bir daha göstərir.

Aydındır ki, dad hüceyrələrinin inkişaf etmiş xəbərləşmə üsulları şans və ya təsadüf əsəri kimi meydana gələ bilməz. Həmin sistemin hər mərhələsi olduqca həssas və detallı hesablamalar, salisələr içində reallaşan tənzimləmələr ehtiva edir. Bir insanın göz görə-görə bu açıq-aşkar dəlilləri inkar etməsi isə yalnız ağıl və məntiq xarici düşüncədən özünü qurtara bilməməsi ilə açıqlana bilər. Allah bütün bu mərhələləri, görməyimiz və iman etməyimiz üçün yaratmışdır.

Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər. (Nəml surəsi, 73)