Qoxu əlifbası

Allah varElm adamlarının son illərdə etdikləri araşdırmalar nəticəsində qoxu sistemi haqqında naməlum suallar siyahısına bir yenisi əlavə olunmuşdur. İlk anda ağla gələn suallardan biri belədir: Necə olur ki, yalnız 1.000 müxtəlif reseptorla 10.000-dən çox fərqli qoxunu qəbul edə bilirik?

Bu sualın cavabını araşdıran amerikalı və yapon ekspertlər 1999-cu ildə qoxu sisteminin çalışması haqqında bəzi əhəmiyyətli məlumatlar əldə etdilər. Bu araşdırmanın nəticələrinə görə, bir qoxu reseptoru müxtəlif qoxu molekulları ilə əlaqə qura bilir və bir qoxu molekulu fərqli qoxu reseptorlarını hərəkətə keçirir. Tədqiqatların davam etdirilməsi ilə qoxu sistemindəki xüsusi bir mexanizmin varlığı gün işığına çıxarıldı. Haqqında danışılan araşdırmaçılardan biri olan Linda Buckun ifadəsi ilə, bu mexanizm xüsusi bir əlifbadır. (Harun Yəhya, Qoxu və Dad Alma Möcüzəsi)

Bilindiyi kimi, gündəlik həyatda istifadə etdiyimiz sözlər və cümlələr hərflərdən meydana gəlir. Digər insanlarla ünsiyyət qurmaq üçün latın əlifbasındakı 32 hərfi istifadə edirik. Hərflər təklikdə hər hansı bir məna ifadə etmirlər; ancaq müəyyən formalarda düzülsələr ortaya mənalı bir bütünlük çıxır.

Bənzər bir şəkildə, qoxu hiss etmə sistemində də reseptorlardan yaranan bir əlifba istifadə edilir. Digər bir ifadə ilə, 1.000 fərqli reseptor 1.000 fərqli hərfi təmsil edir. Qoxu bölgəmizdə hər qoxunun qarşılığı olan bir reseptor yoxdur; bunun əvəzinə fərqli qoxu molekulları müəyyən reseptorları xəbərdar edirlər. Bunlar da qoxu soğancığındakı müəyyən qlomerulusları hərəkətə keçirirlər.

Meydana gələn xüsusi kombinasiya qoxunun kodunu meydana gətirir. A qoxusu qoxu soğancığındakı 23, 246, 456, 799 nömrəli; B qoxusu isə 382, 573, 684, 812, 1245 nömrəli xəbərləşmə vahidlərini xəbərdar edir. Elə bu iki fərqli kodlaşdırma beyindəki qoxu korteksində iki ayrı qoxu hesab edilir. Kiçik bir riyazi hesablama milyonlarla fərqli qoxunu ayırd edə bilən bir mexanizmə sahib olduğumuzu göstərir.

"Mətbəx vanil qoxusu verir" cümləsinin mənalı olmasının səbəbi əlifbamızdakı hərflərin müəyyən bir düzülüş ilə yan-yana gəlmələridir. Eyni şəkildə, mətbəxdəki qoxunun "vanil qoxusu" kimi bir məna ifadə etməsi də reseptorların və qlomerulusların müəyyən bir şəkildə xəbərdar edilməsi ilə reallaşır.

Beyindəki qoxu hiss etmə mərkəzi fərqli qoxu reseptorlarından gələn mesajların hamısını qiymətləndirir; 1.000 fərqli reseptorun bir-birləri ilə uyğunlaşmasına görə, "qoxu" olaraq təyin etdiyimiz qəbul meydana gəlir. Yəni hər reseptor əslində bir mozaikanın parçasıdır və qoxu mozaikanın bütün parçalarının yerləşməsindən sonra ortaya çıxır.

Professor J. Leffingwell reseptorların müəyyən kombinasiyalarda birləşərək beyində qoxu hisslərini doğurmalarını, hərflərin sözləri, notaların musiqi əsərlərini və ya ikili kodun kompüter proqramlarını meydana gətirmələrinə bənzədir. (https://leffingwell. com/olfact5.htm)

Əlbəttə, hər yeni elmi inkişaf kimi, həmin kəşf də təkamülçülər üçün böyük bir problemdir. Çünki hərflərdən Shakespearenin bir əsərinin və ya notalardan Motsartın bir bəstəsinin təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Bunlarla müqayisə edilməyəcək qədər kompleks bir əməliyyat olan qoxu sistemi əlifbası ilə qoxuların təsadüfən meydana gəlməsi də qeyri-mümkündür. Hətta qeyri-mümkün sözü belə bu vəziyyəti təyin etməkdə kifayət etmir.

Qaldı ki, təkamülçülərin qoxu reseptorlarının təsadüflərlə meydana gəldiyinə inanmaları belə onları içində olduqları çətin vəziyyətdən qurtarmır. Çünki bunlara təxminən 1.000 qədər gen tərəfindən nəzarət edilir. Daha açıq ifadə etmək lazım olsa, qoxu resptorları həmin genlərdə daha əvvəldən kodlaşdırılmış bir plan istiqamətində yaranır. Və qoxu qəbuledici genləri 20. xromosom və Y xromosomu xaric bütün xromosomlara dağılmış vəziyyətdədir. Tək bir qoxu reseptoruna aid genetik kodlaşdırmanın belə özbaşına və ya təsadüflər nəticəsində meydana gəlməsi mümkün deyil. 20-ci əsrdən əvvəl yaşamış və kompüter nədir bilməyən ağıllı və şüurlu bütün insanlar yığışsalar, sadə bir kompüter proqramını yaza bilməzlər. O halda kor və şüursuz atomların, çiçəklərin, meyvələrin və saysız kimyəvi maddələrin qoxusunu qəbul edəcək reseptorların genetik şifrələrini yazmaları gözlənilə bilərmi?

Şübhəsiz, xeyr! Qoxu reseptorları, qoxu hüceyrələri, qoxu hiss etmə sistemi və bunlara nəzarət edən genlər onları yaradan bir Yaradıcı olmadan əsla mövcud ola bilməzlər. Bu Yaradıcı "göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbi" (Şuəra surəsi, 24) olan Allah’dır.

Qoxulardakı şəfa

Bitki cövhərlərindən və ya yağlarından əldə edilən şirələr minlərlə ildir müalicə məqsədi ilə istifadə edilir. Bu üsul fərqli qoxuların insan üzərində fərqli təsirlər meydana gətirməsinə əsaslanır. Hal-hazırda EEG (elektroensefalograf) üsulu ilə, yəni beyindəki elektrik siqnallarını təsbit edən elektrodlarla edilən təcrübələr bəzi aromaların beyində bəzi dəyişikliklərə gətirib çıxardığını göstərmişdir. Bəzi qoxuların tənəffüs edilməsi beyində təsbit edilə bilməyən bir qisim sistemləri hərəkətə keçirir. Bunun nəticəsində ürək atışına, qan təzyiqinə, tənəffüsə, yaddaşa, stress səviyyəsinə və bəzi hormonlara təsir edən hadisələr meydana gəlir. (Harun Yəhya, Qoxu və Dad Möcüzəsi)

Bəs bitkilər insan sağlamlığı baxımından hansı şirələrin faydalı olacağını necə bilirlər? Şəfa verici şirələri yaradan son dərəcə inkişaf etmiş kimya laboratoriyalarını öz bünyələrində necə meydana gətirə bilirlər? 500-ə qədər fərqli kimyəvi maddə ehtiva edə bilən və olduqca kompleks kimyəvi quruluşa malik olan qoxu molekullarını necə yarada bilirlər? Necə olur ki, xoş qoxularını heç tanımadıqları və işləmə funksiyasını bilmədikləri bir qoxu hiss etmə sisteminin qəbul edəcəyi sərhədlərdə ifraz edirlər? İnsan üçün ən ideal konsentrasiyanı necə təsbit edirlər?

Mövzuya digər yöndən baxdıqda isə bu suallarla qarşılaşırıq: İnsandakı qoxu duyğusu minlərlə bitkinin özlərinə xas aromalarını ayırd edə biləcək qabiliyyətə necə sahib ola bilər? Qoxu hiss edici hüceyrələr ən kiçik bir məlumat sahibi olmadıqları aromaların molekullarını daha ilk qarşılaşmalarında necə tanıyırlar? Şüursuz zülallar, hüceyrələr və sinirlər öz aralarında bitkilər aləminin baş gicəlləndirici aromalarını qəbul edəcək kompleks sistemləri necə qura bilirlər?

Sualların cavabları heç bir şübhəyə yer buraxmayacaq qədər açıqdır: Bitkilərin xoş qoxular yaradan mexanizmlərini və bunları qəbul edəcək qoxu hiss etmə sistemini qüsursuz bir uyğunlaşma içində yaradan, bitkiləri şəfa vəsiləsi edən aləmlərin Rəbbi olan Allah’dır. Quranda gözəl qoxulu bitkilərin nemət olaraq yaradıldıqlarını Allah belə bildirir:

"O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rəhman surəsi, 10-13)

İnsanın sahib olduğu möhtəşəm nemətlər qarşılığında necə davranması lazım olduğunu da bir ayədə Allah belə xəbər verir: "

De ki: "Sizi inşa edən (yaradan), sizə qulaq, gözlər və könüllər verən Odur. Nə az şükr edirsiniz?" (Mülk surəsi, 23)