Digital Maşınların İbtidai Hesab Olunduğu An

Allah var Tibb texnologiyasının inkişafına paralel olaraq insan gözünün necə böyük bir möcüzə olduğu daha yaxşı aydın olur. Göz haqqında əldə edilən məlumatların texnologiyaya tətbiq edilməsi ilə hər keçən gün əvvəlkindən daha inkişaf etmiş kameralar, fotoaparatlar və saysız optik sistemlər istehsal edilir. Ancaq texnologiya nə qədər irəliləsə də istehsal edilən elektronik alətlər gözün primitiv bir təqlidi olmaqdan kənara çıxa bilməmişdir.

Onurğalı heyvanların gözləri, göz bəbəyi adlanan bir dəlikdən işığın içəri girməsinə icazə verilən yumru toplara bənzəyir. Göz bəbəyinin arxasında göz bülluru yerləşir. İşıq əvvəl bu büllurun, daha sonra da göz yuvalarını dolduran mayenin içindən keçir və retinanın üzərinə düşür. Retinanın üzərində "kolbacıq hüceyrələr" və "çubuq hüceyrələr" adlanan təxminən yüz milyon hüceyrə var. Çubuqlar işıq və qaranlığı ayırd edə bilərkən, kolbacıqlar rəngləri seçə bilir. Bu hüceyrələr üzərlərinə düşən işığın təsiri ilə yaranan imici elektrik siqnallarına çevirib optik sinir şəbəkəsi vasitəsi ilə beyinə göndərirlər. Gözlər işıq sıxlığını, göz bəbəyini əhatə edən qüzehli qişa vasitəsi ilə nizamlayırlar. Qüzehli qişa kiçik əzələlər sayəsində böyüyüb kiçilə bilir. Bu fotoaparatlardakına bənzər bir mexanizmdir. Maşına girən işıq miqdarı diafram adlanan mexaniki bir qişa vasitəsi ilə nizamlanır. Phil Gates "Wild Technology" adlı kitabında kameraların gözü təqlid edən sadə bir model olduğunu belə açıqlayır:

"Kameralar onurğalı gözlərinin primitiv və mexaniki bir versiyasıdır. Kameralar əslində eynilə göz kimi, önlərindəki açıqlıq xaricində içinə işıq keçirməyən qutulardır. Görünüşü retina əvəzinə bir film üzərinə əks etdirirlər. Gözlərdə görüntüyə fokuslanma büllurun forması dəyişdirilərək baş tutur. Fotoaparatlarda isə bu əməliyyat büllurun filmə olan məsafəsi dəyişdirilərək reallaşdırılır." (Wild Technology, Phil Gates, s. 54)

Tibb texnologiyasının inkişafına paralel olaraq, insan gözünün necə böyük bir möcüzə olduğu daha yaxşı aydın olur. Göz haqqında əldə edilən məlumatların texnologiyaya tətbiq edilməsi ilə hər keçən gün əvvəlkindən daha inkişaf etmiş kameralar, fotoaparatlar və saysız optik sistemlər istehsal edilir.

Ancaq texnologiya nə qədər irəliləsə də istehsal edilən elektronik alətlər gözün primitiv bir təqlidi olmaqdan kənara çıxa bilməmişdir. Kompüter dəstəkli kameralar daxil olmaqla, heç bir insan kəşfi sayılan alət, gözə rəqib ola bilməz. (David h. Hubbel, Eye Brain and Vision, Scientific American Library, 1988, s. 34.)

Dəqiqlik Nizamı

Fotoşəkil çəkilərkən icra ediləcək ilk əməliyyat dəqiqlik nizamıdır. Görmə əməliyyatında da ətrafımızdakı görüntülərin, həssas təbəqə üzərinə dəqiq olaraq düşməsi üçün eyni əməliyyat icra edilməlidir. Fotoaparatlarda bu əməliyyat əl ilə, inkişaf etmiş kameralar da isə avtomatik olaraq icra edilir. Xüsusi məqsədlərdə istifadə edilən mikroskop və teleskoplarda da dəqiqlik nizamı edilir.

Ancaq icra edilən bu əməliyyat hər zaman vaxt itkisinə səbəb olur. Halbuki, insan gözü bu nizamı hər an, çox qısa bir müddət içində öz-özünə edir. Üstəlik istifadə edilən üsul təqlid edilə bilməyəcək qədər üstündür. Göz bəbəyi ətrafındakı əzələlər sayəsində görüntünü retina üzərinə fasiləsiz salır. Quruluşu olduqca elastik olan və asan forma dəyişdirən büllur lazım olduqda genişlənərək, lazım olduqda isə gərilərək işığın düşdüyü nöqtəni sabit tutur.

İşıq tarazlığı

Bir fotoaparatda gündüz çəkilən fotoşəkil dəqiq olur. Ancaq eyni fotoaparat və kamera ilə gecə ulduzlar çəkildikdə fotoşəkildə heç bir şey görünmür. Halbuki, göz qapaqları saniyənin onda biri kimi kiçik bir zamanda açılıb bağlanmasına baxmayaraq, gecələri ulduzlar çox dəqiq görünə bilir. Çünki göz çox müxtəlif işıqlanma şərtlərinə və fərqli işıq sıxlıqlarına görə özünü hər an avtomatik olaraq nizamlaya bilir.

Rəngli dünyaya açılan pəncərə

Göz görüntünün eyni anda həm ağ-qara, həm də rəngli fotoşəklini çəkir. Daha sonra bu fotoşəkillər beyində sintez edilərək normal görüntüyə çevrilir. Retina təbəqəsindəki çubuq hüceyrələri görünən şəklin ağ-qara görüntüsünü müəyyən edir. Çubuq hüceyrələrinin bir başqa vəzifəsi baxılan obyektin formasını müəyyələşdirçəkdir. Kolbacıq hüceyrələri isə obyektin formasını deyil, rənglərini müəyyən edir. Nəticədə, hər iki hüceyrədən alınan siqnalların dəyərləndirilməsi ilə, xarici dünyanın görüntüsü formalaşır və rəngli bir halda beynimizdə meydana gəlir. (Harun Yəhya, Gözdəki Möcüzə)

Üstün Texnologiya

Gözün fotoaparat ilə müqayisə edilməsi yalnız mövzunun daha yaxşı başa düşülməsi üçün müraciət edilmiş bir üsuldur. Əslində fotoaparat gözlə müqayisədə olduqca primitiv bir quruluşa malikdir. Hətta gözün görüntü çatdırma texnikası ən inkişaf etmiş kameralardan belə qat-qat üstündür. Nəticə olaraq da gözün çatdırdığı görüntü insan tərəfindən istehsal edilmiş hər hansı bir alətin çatdıra bildiyi görüntüdən daha keyfiyyətlidir.

Gözün bütün bu izah etdiklərimizdən daha üstün bir işləmə mexanizminə malik olduğu, özü də heç bir baxım və hissə dəyişməsinə ehtiyac duymadığı düşünülsə, gözün quruluşunun nə qədər heyrətamiz və mükəmməl olduğu aydın olar. Bəs gözdəki bu kompleks quruluş necə ortaya çıxmışdır?

Şübhəsiz bu quruluşun təsadüflər nəticəsində və ya uzun zaman ərzində öz-özünə meydana gəlməsi mümkün deyil. Çünki heç bir dizayn təsadüfən meydana gələ bilməz. Ortada açıq bir dizayn varsa, dizaynerin varlığı da şərtdir. Gözdəki bu dizaynın da tək sahibi Allah'dır. Allah hər şeyi ən gözəl şəkildə qəbul etməyimizi təmin edən gözümüzü Özünə şükr etməyimiz və Onun ucalığını anlamağımız üçün yaratmışdır. Bu həqiqəti Allah bir ayədə belə bildirmişdir:

De: "Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!" (Mülk surəsi, 23)