Suyun üstündə yeriyə bilən canlılar
Bir insan sizə "suyun üstündə yeriməkdən" bəhs etsə, təxəyyülünün çox geniş olduğunu, ya da bunun ancaq illuziya ilə mümkün ola biləcəyini düşünərsiniz. Bizim üçün qeyri-mümkün olan bu qabiliyyət bəzi canlılar üçün adi həyat şəklidir. Nəinki suyun üstündə dayanır, hətta qaçaraq, tullanaraq suyun üstündə heyrət doğuran hərəkət qabiliyyətləri nümayiş edirlər. Su üzərində yeriyən canlılar sanki alimlərin illərdir ki, etdikləri müşahidələr, araşdırmalar və hesablamalar nəticəsində ortaya çıxardıqları təbiət qanunlarını bilirmiş kimi hərəkət edirlər. Hətta bu qanunların əvvəldən hesaba qatıldığı qüsursuz dizaynla dünyaya gözlərini açırlar.
Suyun üstünə hər nə qoysanız, az ya da çox islanacaq. Ancaq basilisk kərtənkələləri, balıqçı hörümçəkləri və gerid böcəkləri kimi təbiətdəki bəzi canlılar isə heç islanmadan suyun üstündə dayana bilmə qabiliyyətinə malikdirlər. Buradakı əsl heyrətverici məqam suyun üstündə yeriyən canlıların suyun itələmə qüvvəsindən, səthi gərilmə qanunlarından, ağırlıq, uzunluq, sıxlıq kimi anlayışlardan xəbərdar olmadan suyun səthində çox rahat şəkildə necə gəzə bildikləridir. Üzvi beyindən belə məhrum kiçik böcəklər, kərtənkələlər belə qeyri-adi xüsusiyyətə necə sahib ola bilirlər? Bu texniki məlumatlara sahib olan bir çox elm adamı var. Ancaq belə bir qabiliyyəti, nə özlərində, nə də başqa bir canlıda tətbiq etmələri mümkün deyil.
Səthi gərilmə qüvvəsi
Bu canlıların su üstündə dayana bilmələrini təmin edən başlıca səbəblərdən biri səthi gərilmə qüvvəsindən faydalanmalarıdır. Səthi gərilmə su kimi mayelərin molekulları arasındakı qarşılıqlı cazibədən qaynaqlanır. Molekullar bir-birlərini çəkdikdə, bir yerə yığılmağa meyil göstərərək, səthi gərginliyi meydana gətirirlər və xarici səthlərini ən az miqdarda tutmağa çalışırlar. Bu səbəbdən maye damlaları səth sahələrini kiçiltmək üçün dairəvi forma alırlar. Məsələn, bir damla su ən az səth meydana gətirən həcmli forma almağa meyillidir. Əgər su molekulları bir-birlərinə olan cazibəsindən daha az cazibə ilə səthə düşsə, o zaman düzləşmiş kürə kimi yumrulaşacaq. Məsələn, bal mumu çəkilmiş avtomobilə düşən yağış damlası kimi. Əgər su molekulları səthə bir-birlərinə olduqlarından daha güclü cazibə ilə bağlıdırlarsa, su damlası səth üzərinə incə təbəqə kimi yayılacaq.
Səth gərginliyini belə bir misal ilə təsəvvür edə bilərik:
Ağzına qədər su ilə dolu stəkana yandan baxdıqda suyun stəkandan daşmadan, yüngül şəkildə dayandığını görürük. Stəkandakı su, səthi gərginlik sayəsində tökülmədən bir yerdə dayanır. Son sərhəddə bu birliyi pozan bir damla əlavə olunduqda isə su stəkandan daşır.
Qanuna uyğun hərəkət edən canlılar!
Məhz buradakı incə nüans su üstündə yeriyən canlılara aiddir. Məsələn, su üstündə yeriyən böcək səth gərginliyi ilə bağlı fizika qanunlarına uyğun hərəkət etdiyi üçün bunu bacarır. Bəs kiçik böcək alimlərin yaxın zamanda kəşf etdikləri bu məlumatları haradan bilir? Əlbəttə ki, böcəyin fizika qanununu bilərək hərəkət etməsi özünə aid xüsusiyyət ola bilməz. Bu davranışlar Allah'ın bu canlıya ilhamıdır. Bizim üçün birinci dərəcədən əhəmiyyət daşımayan bu qanunlar bəzi canlılar üçün həyati əhəmiyyətə malikdir. Tək bu da kifayət deyil. Çünki əvvəlcə bu canlıların su üstündə dayana biləcəkləri xüsusi quruluşa sahib olmaları lazımdır. Belə ki, bu canlılar da sahib olduqları xüsusi dizaynla suyun içində batmadan yaşayırlar. Bu dizaynın ən mühüm hissəsini böcəyin islanmasına mane olan, bal mumuyla örtülü ayaqları meydana gətirir. Hər ayağın ağırlığı suyun səthinə təzyiq edir, su da sanki səthini düzləşdirmək istəyirmiş kimi böcəyi yuxarı itələyir və bu təzyiq sahəsini kiçildir. Suyun yuxarı qaldırma gücü ilə böcəyin ağırlığı tarazlandıqda, suyun səthi gərginlik səviyyəsi son nöqtəsinə çatmış olur. Əgər böcək iki ayağını suyun üzərindən qaldırsa qalan dörd ayaq, su səthinə bir az daha çox təzyiq tətbiq etmiş olur. Bu baxımdan səth gərginliyi böcəyin həyatda qala bilməsi üçün çox vacibdir. Aşağı doğru tətbiq olunan qüvvə, yəni ağırlıq, əks qüvvə ilə (səth gərginliyi ayaq-su-hava təmas xəttinin uzunluğu) tarazlanmalıdır. (Harun Yəhya, Təbiətdəki Mühəndislik)
Biz ayağımızın bizi su üzərində saxlaması üçün çox böyüyük. Çünki ayağımızın uzunluğuna görə ağırlığımız çoxdur. Məsələn, ağırlığı 60 kilo olan bir şəxsin ayağının 8.000 metr uzunluqda olması lazımdır ki, su üzərində bu ağırlığı daşıya bilsin. Necə ki, on milliqramlıq bir ağcaqanadın yalnız bir millimetrlik ayaq uzunluğuna sahib olması kifayət edir. Buna görə suyun üzərində yeriyə biləcək qədər kiçik canlının suyun içinə dalması da mümkün deyil. Bir millimetr uzunluğundakı böcək üçün suyun səthi bizim üçün bir çadırın divarı kimi möhkəmdir. Buna görə də möhkəm səthi deşib keçməsi mümkün deyil. (Steven Vogel, Cats Paws And Catapults, Mechanical Worlds of Nature and People, 1998, s. 48)
Allah'ın qüsursuz yaratması
Şübhəsiz ki, su üstündə yeriyə bilən bütün canlılar Allah'ın örnəksiz yaradan olduğunun bir nümunəsidir. Bir Quran ayəsində Allah bu həqiqəti bizə belə bildirmişdir:
"Göyləri və yeri (örnəksiz olaraq) yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız "OL" deyər, o da dərhal olar." (Bəqərə surəsi, 117)