Həyatımız Boyu Davam Edən Kopyalama: DNT

Gün ərzində, siz heç fərqində deyilkən bədəninizdə sizin həyatınızın problemsiz olaraq davam etməsi üçün ağla sığmaz bir diqqət və məsuliyyətlə saysız proses icra edilir, qüsursuz bir nəzarət altında tədbirlər alınır.

Hüceyrələr bölünərək çoxalır. Belə ki, insan bədəni başlanğıcda tək bir hüceyrə ikən bu hüceyrə bölünür və nəticədə 2-4-8-16-32... nisbəti ilə çoxalmağa başlayır.

Allah varBəs bu bölünmə prosesi nəticəsində DNT-yə nə olur? Hüceyrədə tək bir DNT zənciri var. Halbuki, yeni doğan hüceyrənin də DNT-yə ehtiyacı olacağı aydındır.

Bu əskikliyi aradan qaldırmaq üçün DNT hər mərhələsi ayrı bir möcüzə olan maraqlı, ardıcıl əməliyyat icra edir. Nəticədə, hüceyrənin bölünməsindən qısa bir müddət əvvəl özünün bir nüsxəsini çıxarır və bunu yeni hüceyrəyə köçürür!... (HarunYəhya, DNT-dəki Yaradılış Möcüzəsi)

Hüceyrənin bölünməsi ilə bağlı aparılan tədqiqatların göstərdiyinə görə, hüceyrə bölünməzdən əvvəl müəyyən bir böyüklüyə çatmaq məcburiyyətindədir. Bu müəyyən böyüklük sərhədini keçdiyi anda isə bölünmə müddəti özlüyündən başlayır. Hüceyrə bölünməyə uyğun şəkildə çoxalmağa başlayarkən, DNT-də əvvəl ifadə etdiyimiz kimi, özünü kopyalayır.

Bunun mənası belədir: Hüceyrə bir bütün olaraq bölünməyə "qərar verir" və hüceyrənin içindəki fərqli hissələr bu bölünmə qərarına uyğun olaraq davranmağa başlayır. Hüceyrənin belə kollektiv bir işi bacaracaq şüura sahib olmadığı açıqdır. Bölünmə prosesi gizli bir əmr ilə başlayır və başda DNT olmaqla, hüceyrə bütünlüklə buna görə hərəkət edir.

DNT özünü çoxaltmaq üçün əvvəl qarşılıqlı iki hissəyə ayrılır.

Bu hadisə olduqca maraqlı bir şəkildə reallaşır. Quruluşu spiralvari bir nərdivana bənzəyən DNT molekulu, bu nərdivanın pillələrinin ortasından zəncirbənd kimi ikiyə ayrılır. Artıq DNT iki yarım hissəyə bölünmüşdür. Hər iki hissənin da əskik olan yarıları mühitdə hazır olan vəsaitlərlə tamamlanır. Beləcə, iki yeni DNT molekulu yaranmış olur. Prosesin hər addımında ferment adlanan və sanki inkişaf etmiş robotlar kimi işləyən ekspert zülallar xidmət edir.

İlk baxışda sadə kimi görünsə də, bu proses əsnasında reallaşan ara proseslər çox və kompleksdir ki, hadisəni təfsilatı ilə izah etmək səhifələr tutar.

Bunu unutmamaq lazımdır. Atomların birləşməsindən yaranan fermentlər, DNT spiralının yarısına baxır, çatışmayan hissələri müəyyənləşdirir, uyğun yerlərdə çatışmazlıqları təyin edərək əlavə edirlər. Bu şəkildə DNT-nin kopyalanması reallaşmış olur. Şüursuz, ağıl və məlumatı olmayan kiçik quruluşların bu qədər kompleks, məlumat, şüur və ağıl tələb edən əməliyyatları qüsursuzca yerinə yetirmələri yalnız oxuyaraq keçiləcək məlumatlar deyil. Bu məlumatların insana düşündürdüyü bəzi həqiqətlər var.

Kopyalama əsnasında ortaya çıxan yeni DNT molekulları, nəzarət edici fermentlər tərəfindən dəfələrlə nəzarət edilir. Edilmiş bir səhv varsa -ki bu səhvlər olduqca həyati ola bilər- dərhal müəyyən edilir və düzəldilir. Yanlış şifrə qoparılıb yerinə doğrusu gətirilir və düzəliş edilir. Bütün bu əməliyyatlar elə baş gicəlləndirici bir sürətlə edilir ki, dəqiqədə 3.000 pillə nukleotid yaranarkən bir tərəfdən də bütün bu pillələrə vəzifəli fermentlər tərəfindən dəfələrlə nəzarət edilir və lazım olan düzəlişlər həyata keçirilir.

DNT-nin çoxaldılması prosesinin necə böyük bir sürətdə reallaşdığını daha yaxşı anlamaq üçün bu məlumatlar açıqlayıcı olacaq: Bir hüceyrə bölünməsi 20 ilə 80 dəqiqə arasında davam edir və bu əsnada DNT-dəki məlumat da kopyalanaraq çoxaldılmalıdır. Yəni DNT-dəki 3 milyard məlumat 20 ilə 80 dəqiqə arasındakı bir müddətdə heç bir səhv, unutma və ya əskiklik olmadan kopyalana bilir. Bu, bir kitabxana dolusu məlumatın və ya 1000 kitabın və ya bir milyon səhifəlik yazının bu qədər qısa müddətdə heç səhv və əskiklik olmadan çoxaldılması qədər möcüzəvi bir hadisədir. Və diqqət yetirin, bu prosesi reallaşdıranlar texnoloji alətlər, üstün xüsusiyyətli fotokopya maşınları deyil, bəzi atomların bir-birinə əlavə olunması ilə yaranan fermentlərdir.

Böyük bir sürətlə yaranan yeni DNT molekulunda xarici təsirlər nəticəsində normala görə daha çox səhvlər edilə bilər. Bu dəfə hüceyrədəki ribosomlar DNT-dən gələn əmr istiqamətində DNT təmir fermentləri yaratmağa başlayırlar. Beləcə DNT öz-özünü qoruyur və həm özünü, həm nəslin davamını zəmanət altına alır.

Hüceyrələr də insanlar kimi doğulur, çoxalır və ölürlər. Ancaq hüceyrələrin ömrü meydana gətirdikləri insanın ömründən daha qısadır. Məsələn, altı ay əvvəl bədənimizi meydana gətirən hüceyrələrin bu gün böyük əksəriyyəti həyatda deyil. Lakin vaxtında bölünərək yerlərinə yenilərini buraxdıqları üçün siz indi həyatda qala bilmisiniz. Buna görə hüceyrələrin çoxalması DNT-in kopyalanması kimi əməliyyatlar -nə qədər çox kompleks olsalar da- insanın varlığını davam etdirməsi baxımından ən kiçik bir səhvə yer verilməməsi lazım olan həyati əməliyyatlardır. Çoxalma əməliyyatı o qədər qüsursuz işləyir ki, səhv nisbəti 3 milyard pillədə yalnız bir pillədir. Bu tək səhv də hər hansı bir problemə səbəb olmadan bədəndəki daha üst idarə mexanizmləri tərəfindən yox edilir.

Bunun ən maraqlı tərəfi də DNT-nin həm istehsalını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin yenə DNT-də qeydli olan məlumatlara görə və DNT-nin əmr və idarəsində yaranmış zülallar olmasıdır. Ortada iç-içə keçmiş elə möhtəşəm bir sistem vardır ki, belə bir sistemin addım-addım yaranan təsadüflərlə bu hala gəlməsi heç bir şəkildə mümkün deyil. Çünki fermentin olması üçün DNT-nin olması, DNT-nin olması üçün də fermentin olması, hər ikisinin olması üçün isə hüceyrənin də qılafından digər bütün kompleks orqanoidlərə qədər əskiksiz olaraq mövcud olması lazımdır.

Bura qədər yekunlaşdırılan məlumatlarda da göründüyü kimi, bütün bir gün boyu siz heç fərqində deyilkən, bədəninizdə sizin həyatınızın problemsiz olaraq davam etməsi üçün ağlasığmaz bir diqqət və məsuliyyətlə saysız-hesabsız əməliyyat icra edilir, tədbirlər alınır. Bədəninizdəki bütün işçilər vəzifələrini əskiksiz olaraq və müvəffəqiyyətlə yerinə yetirirlər. Allah ən böyüyündən ən kiçiyinə, ən sadəsindən ən mürəkkəbinə qədər saysız atomu və molekulu sizin həyatınızı gözəl və sağlam bir şəkildə davam etdirməyiniz üçün xidmətinizə vermişdir. Allah bir ayədə belə bildirir:

"Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir" (Mömin surəsi, 61)