Bədəni Mütəmadi Olaraq Təmizləyən Təmizlənmə Təsisi Necə Meydana Gəlmişdir?

İnsan bədənində davamlı fəaliyyət halında olan 100 trilyon hüceyrə var. Hüceyrələrin fəaliyyəti nəticəsində ortaya tullantı maddələri çıxır. Sidik, karbamid və keratin maddələrindən ibarət olan bu tullantı maddələri olduqca zəhərlidir. Əgər bədəndən uzaqlaşdırılmasa bədən funksiyaları qısa müddətdə pozular və ölüm insan üçün qaçınılmaz olar.

Məhz bu nöqtədə insan bədənindəki qüsursuz dizayn bir daha ortaya çıxır. Necə mühərriklərdə eqzos qazının azad edilməsi üçün xüsusi sistemlər hazırlanıbsa, bədənin gündəlik çalışması əsnasında ortaya çıxan zərərli maddələrin uzaqlaşdırılması üçün də xüsusi bir sistem yaradılmışdır. Bu sistem ifrazat sistemidir.

Hüceyrələr eynilə zəhərli tullantılarını çaya buraxan fabriklər kimi daxillərindən çıxarılan tullantı maddələrini qan plazmasına buraxırlar. Bu vəziyyət bədəni başdan başa qət edən qan çayının 100 trilyon fabrikin tullantısı ilə çirklənməsi deməkdir. Bu çirklilik insan həyatı üçün olduqca təhlükəlidir. Bu səbəbdən sürətlə çirklənən qanın bir an əvvəl təmizlənməsi lazımdır.

Lakin çox mühüm bir problem var. Çirklənən qanın içində sidik, karbamid kimi zəhərli maddələrlə yanaşı, amin turşular, vitaminlər, su və qlükoza kimi bədənin ehtiyac duyduğu maddələr də var. Elə isə qanı təmizləyəcək sistemin sadə bir süzmə əməliyyatı aparması kifayət etməyəcək. Bu sistem faydalı maddələri tanıyıb mühafizə etməklə yanaşı, yalnız zərərli maddələri digərlərindən ayıraraq uzaqlaşdıracaq kompleks bir təmizləmə təsisi kimi çalışmalıdır.

Bu xüsusiyyətlərdə bir təsis, əlbəttə ki, yer üzünün ən mükəmməl və ən yüksək texnologiyaya malik olan təmizləmə təsisi olacaq. İlk anda, belə kompleks bir təsisin olduqca böyük bir sahəyə inşa edilə biləcəyi ağla gələ bilər. Ancaq bu bənzərsiz təmizləmə təsisi çox kiçik bir sahəyə, kürəyinizin altına, bel nahiyəsinə, üstəlik hələ siz ana bətnində ikən yerləşdirilmişdir.

Böyrəklər heç bir texnologiyanın yarışa bilməyəcəyi üstünlükdə bir təmizləmə təsisi funksiyası yerinə yetirir. Böyrəklərimiz də digər orqan və sistemlərimiz kimi, Allah'ın mükəmməl yaratmasının dəlilləridir.

Etdiyiniz hər söhbətin möcüzəvi bir sistem sayəsində reallaşdığını heç düşündünüzmü?

Bir şey istədiyiniz zaman beyninizdən gələn silsilə əmr səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beynin danışma mərkəzini əhatə edən bölgə, danışma prosesində iştirak edəcək bütün əzələlərinizə lazımi əmrləri göndərir.

Əvvəlcə, ağciyərləriniz "isti hava" təmin edir. İsti hava danışmanın xammaddəsidir. Hava burun boşluğu, boğaz, nəfəs borusu, bronxlar oradan da ağciyərlərinizə daxil olur. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır. Bu zaman karbon qazı da xaricə buraxılır. (HarunYəhya, İnsanMöcüzəsi)

Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən, səs telləri deyilən iki toxuma qıvrımı arasından keçir. Bu tellər bir növ pərdəyə bənzəyir və bağlı olduqları kiçik qığırdaqların təsirinə görə hərəkət edirlər. Siz danışmadan əvvəl səs telləriniz açıq vəziyyətdədir. Danışarkən tellər bir yerə gətirilir və nəfəs verdikdə çıxan hava ilə titrədilir. Ağız və burun quruluşunuz səsinizin özünə xas xüsusiyyətlərini yaradır. Siz sözləri bir-birinin ardınca sıralayıb danışarkən diliniz damağınıza müəyyən qədər yaxınlaşıb uzaqlaşır, dodaqlarınız da büzülüb yayılır. Bu proseslərdə bir çox əzələniz böyük bir sürətlə hərəkət edir.

Danışa bilməyiniz üçün bu proseslərin hər birinin qüsursuz reallaşması lazımdır. Bu fövqəladə proseslər ağlasığmaz bir sürətlə və qüsursuzca reallaşarkən sizin bunlardan xəbəriniz belə olmur.

Bu kompleks sistem təkamül nəzəriyyəsinin açıqlaya bilmədiyi bənzərsiz dizayn nümunələrindən biridir. Bu sistemin ortaya çıxması təkamülün "təsadüf" iddiası ilə əsla açıqlana bilməz. Əksinə bu sistem bədənimizi üstün qüdrət sahibi bir Yaradıcının, yəni Allah'ın yaratdığını və bizə bir nemət olaraq verdiyini bir daha sübut edir.

Ağlınıza gələn düşüncələri Allah'ın sizin üçün yaratdığı bu qüsursuz sistem sayəsində dilə gətirə bildiyinizi əsla unutmayın. Allah'ın ucalığını, böyüklüyünü izah edərək bu neməti xeyir gətirəcək şəkildə istifadə edin.