Bədənimizdə Həyatımız Boyu Sönməyən Bir Atəş Daşıdığımızı Bilirsinizmi?

Tənəffüs prosesini bir çox baxımdan atəşin yanmasına bənzətmək mümkündür. Ancaq atəşin yanmasına görə tənəffüs daha yavaş və daha aşağı temperaturda reallaşan bir kimyəvi prosesdir.

Hüceyrələriniz havadakı oksigeni istifadə edərək qidalardakı karbonu "yandırır" və bu yanma nəticəsində bədəniniz üçün lazım olan enerji ortaya çıxır. Bu səbəbdən aldığınız hər nəfəsin ardınca reallaşan hadisələri sanki milyardlarla kiçik atəşin içinizdə yanması olaraq xarakterizə etmək yerində olacaq.

İnsan bədənindəki hüceyrələrin hər birinin davamlı olaraq oksigenə ehtiyacı var. Məsələn, bu anda bu kitabı oxuya bilməniz gözünüzün retina təbəqəsindəki milyonlarla hüceyrənin heç dayanmadan oksigenlə qidalanması sayəsində mümkün olur. Bunun kimi, bədəndəki bütün əzələlərin, bu əzələləri meydana gətirən hüceyrələrin karbon birləşmələrini "yandıraraq", yəni bunların oksigenlə reaksiyaya girməsi ilə enerji əldə etmələri lazımdır. Hər dəfə nəfəs aldıqda bədəninizə 100 trilyona yaxın hava molekulu daxil olur. Bunun təxminən 21%-i, yəni 21 trilyonu oksigen molekuludur. Tənəffüs sistemi yolu ilə bədəninizə daxil olan və qan dövranına yüklənən bu molekullar yenə qan vasitəsi ilə bədənin ən dərin nöqtələrinə qədər çatdırılır. Və buradakı karbondioksid molekulları ilə yer dəyişdirir. Biz yalnız nəfəs aldığımızı zənn edərkən, əslində bu anda bədənimizin dərinliklərində heç dayanmadan oksigen, karbondioksid və su mübadiləsi reallaşır.

Bütün bu mükəmməl sistemi yaradan Aləmlərin Rəbbi olan Uca Allah'dır.