Necə Nəfəs Alırıq?
Nəfəs alıb vermə nizamına heç bir zaman nəzarət etmirsiniz. Çünki bəzi hüceyrələriniz bu nəzarəti sizin əvəzinizə edir. Əgər nəfəs alma nizamı bizim idarə və diqqətimizə buraxılmış olsaydı, nəfəs almağı unutduqda, yuxuya getdikdə və ya başqa bir işlə məşğul olduqda nəfəssizlikdən ölə bilərdik.
Hər insan üçün həyati bir əhəmiyyətə malik olan nəfəs alma əməliyyatı tənəffüs mərkəzi tərəfindən təşkil edilir. Bu mərkəz bir mərcimək dənəsi böyüklüyündə olub beynimizin bir davamı olan "beyin kötüyü" adlanan yerdədir və başlıca üç qrup sinir hüceyrəsindən meydana gəlir:
- Birinci qrup hüceyrələr tənəffüsün təməl ritmini təyin edirlər və içimizə hava çəkməyimiz üçün əmr verirlər. Beləcə ehtiyacımız olan havanı içimizə çəkmiş oluruq.
- İkinci qrup hüceyrələr isə tənəffüsün sürətini və gedişatını təyin edirlər. Ancaq ikinci qrup hüceyrələr fəaliyyətə başladıqda, birinci qrup hüceyrələrin fəaliyyətini bir siqnalla dayandırırlar. Beləcə ağciyərin hava ilə dolu hissəsinə nəzarət edilir və nəfəs alıb verməyimiz sürətlənir.
- Üçüncü qrup hüceyrələr isə normal nəfəs nizamında aktiv deyildirlər. Ancaq yüksək nisbətlərdə nəfəs alıb vermək lazım olduğu zaman fəaliyyətə başlayırlar, qarın əzələlərimizə siqnal göndərib tənəffüsə qatılmalarını təmin edirlər.
Bütün bu izah edilənlər həyatda qalmağımız üçün kifayətdirmi? Xeyr.
Tənəffüs prosesinə kimyəvi olaraq da nəzarət edilir. Bizim nəfəs alıb verməyimizin məqsədi qandakı oksigen və karbondioksid miqdarının müəyyən bir nisbətdə qalması üçündür. Bu nisbətdəki dəyişikliklər isə tənəffüs mərkəzindəki bir qrup hüceyrəni hərəkətə keçirir və tənəffüsdəki pozulan dəyərlər lazım olan səviyyəyə çox həssas dəyişikliklər ilə gətirilir.
Qandakı oksigen miqdarının tənəffüs mərkəzinə birbaşa təsiri yoxdur. Ancaq beynin xaricində şah damar kimi bəzi böyük damarlarda olan çox həssas qəbuledicilər, qandakı oksigen müəyyən bir səviyyənin altına endikdə tənəffüs mərkəzinə siqnallar göndərir, beləcə tənəffüsdə çox həssas dəyişikliklərlə lazımi düzəlişlər edilir.
Bizim həyatda qalmaq üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir qrup hüceyrə necə bilir? Elmin ancaq son 20 ildə ortaya çıxardığı bu ağlasığmaz mexanizmi hüceyrələr ilk insandan bu yana necə bilirlər?
Üstəlik bu elə həssas bir mexanizmdir ki, həyatımız boyu oturarkən, qaçarkən və ya yatarkən heç səhv etmir. Bədənimizdəki 100 trilyon hüceyrəyə hər an tam ehtiyacı olan oksigen daşınır və zərərli olan karbondioksid və hidrogen ionu kimi tullantılar dərhal uzaqlaşdırılır. (Harun Yəhya, İnsan Möcüzəsi)
Bu gün bəzi alimlər bütün bu həqiqətləri bildikləri halda, yalnız materializmə bağlılıqları uğrunda, bu qüsursuzluğun kor təsadüflər tərəfindən meydana gətirildiyini iddia edirlər. Halbuki, bu mükəmməl nizamın Yaradıcısının sonsuz ağıl sahibi olan Allah olduğu açıq-aşkardır.