Bir Mühəndislik Möcüzəsi: Əl

Bir mühəndislik möcüzəsi olan əl Allah'ın insanlar üçün xüsusi olaraq yaratdığı bir orqandır və malik olduğu mükəmməl xüsusiyyətləri ilə Rəbbimizin yaratma sənətindəki qüsursuzluğu bizlərə göstərir.

Bir çayı qarışdırmaq, qəzetin səhifələrini çevirmək, yazı yazmaq kimi sadə hesab etdiyimiz əməliyyatları yerinə yetirən əlimiz, əslində inanılmaz bir mühəndislik möcüzəsi olaraq işləyir.

Allah varƏlin ən mühüm xüsusiyyəti tamamilə standart bir quruluşa malik olmasına baxmayaraq, bir-birindən fərqli istifadə sahələrində çox böyük bir səmərə ilə işləməsidir. Çox sayda əzələ və sinirə malik olan qollarımız şərtlərə görə əlimizin qüvvətli və ya yumşaq qavramasında köməkçi olurlar. Məsələn, insan əli yumruq sıxılmamış halda belə hər hansı bir obyektin üzərinə 45 kilo ağırlığında bir güclə zərbə endirə bilər, digər tərəfdən də baş barmaq və şəhadət barmağı arasına aldığı, millimetrin onda biri qalınlığındakı bir kağız parçasını da hiss edə bilər.

Göründüyü kimi, bu iki əməliyyat bir-birindən tamamilə fərqli xüsusiyyətlərə sahibdir. Biri çox incə bir nizam tələb edərkən, digəri böyük bir güc tələb edir. Amma biz kağızı tutarkən, yumruğumuzu sıxarkən 1 saniyə belə necə etməli olduğumuzu, ikisi arasındakı güc fərqini nizamlamağı düşünmürük. "İndi bir kağızı əlimə alacağam 500 qramlıq bir güc tətbiq edim və ya su dolu vedrəni qaldıracağam, bunun üçün də 40 kiloluq bir güc tətbiq edim" demirik. Bunlar ağlımıza belə gəlmir.

Çünki insan əli bütün bu əməliyyatları eyni anda edə biləcək qabiliyyətdə hazırlanmışdır. İnsan əli bütün xüsusiyyətləri ilə və özünə bağlı bütün quruluşları ilə birlikdə eyni anda yaradılmışdır.

Əldəki bütün barmaqlar funksiyalarına görə ən uyğun uzunluqda və ən uyğun yerdədirlər, həmçinin bir-birlərinə mütənasibdirlər. Məsələn, normal baş barmağı olan bir əllə atılan yumruğun gücü normaldan daha qısa bir baş barmağı olan əlin atdığı yumruğun gücündən daha çoxdur.

Çünki baş barmaq özü üçün seçilən uyğun uzunluq sayəsində digər barmaqların üzərinə qıvrıla bilir, beləcə onları dəstəkləyərək güc artımını təmin edir. Əlin quruluşunda çox incə detallar var, əzələ və sinirlərlə yanaşı, bəzi kiçik sistemlər də çox əhəmiyyətlidir. Məsələn, barmaqlarımızın ucundakı dırnaqlar qətiyyən məqsədsiz deyil.

Yerə düşmüş bir iynəni götürərkən, barmaqlarımız qədər dırnaqlarımızın da köməyinə müraciət edirik. Əlimizdəki barmaq izlərini meydana gətirən əyriliklər və dırnaqlar sayəsində kiçik şeyləri rahatlıqla qavrayırıq. Bunlardan daha vacibi dırnaqlar, barmaqların tutduqları cismə tətbiq etməli olduqları həssas təzyiqin nizamlanmasında əhəmiyyətli rol oynayırlar.

Robot Əllər Uğurlu Deyil

Əlimizin digər orqanlarımız kimi başqa bir xüsusiyyəti də təqlid edilə bilməməsidir. Tibb və elm dünyasının ən böyük cəhdlərindən biri insan əlinin bənzərini süni olaraq yarada bilməkdir. İstehsal edilən robot əllər güc baxımından insan əli ilə eyni performansa malikdirlər. Ancaq insan əlində mövcud olan toxunmadakı həssaslıq, mükəmməl manevr qabiliyyəti və müxtəlif işlər görə bilmə qabiliyyətləri baxımından eyni şeyi söyləmək mümkün deyil.

Allah varBelə ki, bir çox elm adamı insan əlinin bütün funksiyalarına malik olan robot bir əlin yaradıla bilməyəcəyini düşünür. "Karlsruhe Əli" olaraq adlandırılan robot əli istehsal edən mühəndis Hans J. Schneebeli bu mövzuda belə deyir:

"Robot əllər üzərində nə qədər çox işləsəm, insanların malik olduqları əllərə də o qədər çox heyran oluram. İnsan əlinin gördüyü işin bir qisminə belə çata bilməyimiz üçün daha çox zamanın keçməsi lazımdır."

Digər tərəfdən əl ümumiyyətlə gözün ortaqlığı ilə işləyən bir orqandır. Gözün qəbul etdiyi siqnallar beyinə çatdırılır və beyindən gələn yeni bir əmrlə əl görəcəyi işə uyğun olaraq hərəkətə keçir. Təbii ki, bunlar çox qısa müddətdə və bizim bu iş üçün xüsusi bir səy göstərməyimizə ehtiyac qalmadan reallaşır. Robot əllər isə ancaq ya görmə, ya da toxunma xüsusiyyətini əsas alaraq, hərəkət edə bilirlər. Edəcəkləri hər əməliyyat üçün fərqli əmrlər verilməlidir. Həmçinin robot əllər fərqli-fərqli funksiyaları da yerinə yetirə bilməzlər. Məsələn, piano çala bilən bir robot əl, çəkic tuta bilməz. Çəkic tutan bir robot əl isə yumurtanı qırmadan tuta bilməz. Çoxlu araşdırmalar nəticəsində yeni-yeni istehsal edilməyə başlayan bəzi robot əllər, bu əməliyyatların 2 və ya 3-nü bir yerdə yerinə yetirə bilir, amma bu insan əlinin qabiliyyətlərinin yanında olduqca primitivdir.

Bütün bunlardan əlavə, insanda iki əlin eyni anda, mükəmməl bir uyğunlaşma ilə işlədiyi də əlavə olunduqda, əldəki dizaynın qüsursuzluğu daha dəqiq ortaya çıxır.

Bir mühəndislik möcüzəsi olan əl, Allah'ın insanlar üçün xüsusi olaraq yaratdığı bir orqandır və malik olduğu mükəmməl xüsusiyyətləri ilə Rəbbimizin yaratma sənətindəki qüsursuzluğu bizlərə göstərir. Allah bir ayəsində belə buyurur:

"Sizləri Biz yaratdıq, yenə də təsdiq etməyəcəksinizmi?" (Vaqiə surəsi, 57)

Neyronlardakı Elektrik Əlaqəsi

Hər bir sinir hüceyrəmizdə hər an çox kompleks bir dəyişmə prosesi baş verir. Neyronlardakı əlaqə elektrokimyəvi, yəni kimyəvi xəbərçilərin elektrik siqnalını ortaya çıxardığı bir prosesdir.

Elektrik əlaqəsini anlaya bilmək üçün əvvəlcə digər bir tarazlıq mexanizminə toxunmaq lazımdır. Haqqında danışılan, sinir hüceyrəsi içindəki elektrik yüklü kimyəvi maddələrin, yəni ionların meydana gətirdiyi möcüzəvi tarazlıqdır. Neyronlarda mühüm vəzifələr yerinə yetirən ionlar 1 müsbət yükə malik olan natrium və kalium, 2 müsbət yüklü kalsium və 1 mənfi yüklü xlorid ionlarıdır. Bunlardan başqa, bəzi mənfi yüklü zülal molekulları da vardır. (Harun Yəhya, Atom Möcüzəsi)

Neyron "istirahət etmə" mövqeyində olarkən mənfi yüklüdür. Bu vəziyyətdə sinir hüceyrəsi içində mənfi yüklü zülallar və müxtəlif ionlar var. Neyron içindəki kalium ionu xarici mühitlə müqayisədə daha çox, xlorid və natrium ionu isə daha azdır. Burada əhəmiyyətli bir nöqtəyə diqqət yetirmək lazımdır ki, bunlar təsadüfi düzülməmişdir, müəyyən bir tarazlığı qorumaq üçün bu nisbətlər xüsusi olaraq təyin olunur və qorunur.

Alıcı sinir hüceyrəsinin qılafındakı qəbuledicilərə göndərilən mesaj, hüceyrə içində sanki domino daşlarının hərəkətini xatırladan bir silsilə əməliyyat başladır. Hələ detalları tam olaraq bilinməyən bu əməliyyatlar əsnasında yüzlərlə zülalın vəzifə aldığı düşünülür. Qüsursuz bir nizam içində bir-birinin ardınca reallaşan bu əməliyyatlar, hüceyrə qılafındakı müəyyən ion kanallarının açılmasına gətirib çıxarır. Beləcə hüceyrə içinə alınan natrium ionları başlanğıcda mənfi elektrik yüklü (-70 milivolt) olan hüceyrənin, neytral vəziyyətə keçməsinə səbəb olurlar. Hüceyrə daxili ilə xarici arasındakı ion transferi də bir elektrik siqnalını ortaya çıxarır. Dərhal xatırladaq ki, burada mümkün olduğu qədər sadələşdirərək izah etdiyimiz bu əməliyyatlar, bir saniyənin mində birindən daha kiçik zaman aralığında baş verir.

Yaranan siqnal aksonun çıxıntısı boyu sürətli səfər edir və terminalların ucundakı sinaps nöqtələrində digər hüceyrələrə xəbər çatdıracaq kimyəvi əməliyyatları başladır. Siqnalın akson boyu təxmini sürəti saniyədə 120 metrdir. Bunun necə bir sürət olduğunu anlaya bilmək üçün sadə bir hesablama aparsaq, qarşımıza saatda 432 kilometrlik bir sürət çıxar.

Mesajı çatdıran və vəzifəsini tamamlayan sinir hüceyrəsi təkrar istirahət etmə mövqeyinə keçir. Bu keçid natrium və kalium kanallarının saniyənin mində birindən kiçik müddətlərdə açılıb bağlanması ilə reallaşır. Həqiqətən də ortada fövqəladə bir vəziyyət var. Üstün texnologiya ilə istehsal edilmiş bir saat olmadan saniyənin mində birini idarə edə bilməzsiniz. Belə bir saata sahib olduğunuzu fərz edək, yenə də tək bir sinir hüceyrənizin üzərindəki ion kanallarının açılıb bağlanmasını koordinasiya edə bilməzsiniz. Düşünün ki, hər an cərəyan edən milyonlarla əməliyyatı siz yerinə yetirməyə cəhd etsəydiniz, saniyənin yalnız mində biri kimi bir zamanlama səhvi işləri çox çətin bir vəziyyətə gətirərdi.

Açıq-Aşkar Bir Həqiqət

Neyronları digər hüceyrələrimizdən ayıran əhəmiyyətli xüsusiyyətlər var. Bunlardan biri, bədəndəki digər hüceyrələr davamlı olaraq yenilənərkən, neyronlar dəyişmirlər. Yaşlanmaqla birlikdə sayları azalır, ancaq yenə də bir insanın yaşlılığındakı mövcud sinir hüceyrələri gənclik illərindəki ilə eynidir. Bura qədər izah edilənlər də bir insan ömrü boyu işləyən neyronlardakı əlaqə sistemlərinin olduqca sadələşdirilmiş bir izahıdır. Ağıl və məlumat sahibi bir insan belə, bunları anlamaqda çətinlik çəkərkən, hüceyrələr və hormonlar ilk insandan indiyə qədər yaşamış olan milyardlarla insanda bu əməliyyatları böyük bir bacarıqla heç axsatmadan yerinə yetirirlər.

Bəs sahib olduğumuz sinir hüceyrələrinin hər birindəki olduqca kompleks sistemlər necə ortaya çıxdı? Bədənimizdəki 100 milyardlarla sinir hüceyrəsinin inanılmaz uyğunlaşması necə mövcud oldu? Heç bir qarışıqlığa yol vermədən belə mükəmməl bir əlaqə necə təmin edilir? Möcüzəvi həssas tarazlıqlar və zamanlamalar üzərinə qurulan bir sistem necə bir an olsun belə səhv etmədən işləyir?

İnsanın ağlına "necə"lərlə dolu yüzlərlə sualın gəlməsi olduqca təbiidir. Burada əsl heyrətləndirici olan, bütün bu həqiqətlərə baxmayaraq, bu qüsursuz sistemlərin hamısının kor təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsini müdafiə etmək üçün boş yerə məşğul olan bəzi elm adamlarının vəziyyətləridir. Həyatın mənbəyini təsadüfi yaranan xəyali bir "ilk hüceyrə"yə və qeyri-mümkün sözünün qeyri-kafi qaldığı təsadüflərə bağlamağa çalışan təkamülçülərin yuxarıdakı suallara verə biləcək cavabları yoxdur.

Heç şübhəsiz belə mükəmməl mexanizmlərin yaranmasının yalnız bir izahı var: Hüceyrələri yoxdan var edən, aləmlərin Rəbbi olan Allah'dır. Hüceyrələrin içindəki və aralarındakı inanılmaz dərəcədəki kompleks əlaqə sistemlərini ən incə detalına qədər nizamlayan da hamımızın yaradıcısı olan Rəbbimizdir. Fasiləsiz olaraq çalışan atomları, zülalları və molekulları xidmətimizə verən, ucaldılmağa və təriflənməyə layiq olan da yalnız Allah'dır:

"Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir." (Casiyə surəsi, 36-37)