Bədənimizdəki Təmizləmə Sistemi

Böyrəklər yalnız 5-7 sm uzunluğunda olan, heç bir baxım tələb etməyən və bədənimizin ehtiyaclarına tam uyğun olan bir filtr vəzifəsi görən, həyati orqanlardır. Olduqca kompleks laboratoriya əməliyyatları reallaşdıran böyrəklər, hər şeyi qüsursuz bir nizam içində yaradan Allah'ın bənzərsiz əsərlərindən biridir.

İnsan bədənində davamlı fəaliyyət halında olan 100 trilyon hüceyrə var. Hüceyrələrin bu fəaliyyətləri nəticəsində ortaya tullantı maddələri çıxır. Sidik, urik turşu və keratin kimi maddələrdən ibarət olan bu tullantı maddələr çox zəhərlidir. Əgər bədəndən uzaqlaşdırılmasa bədən funksiyaları qısa müddətdə pozular, bədənimiz zəhərlənər və ölüm qaçınılmaz olar.

Allah varMəhz bu detal üzərində düşündükdə insan bədənindəki qüsursuz dizayn bir daha ortaya çıxır. Necə mühərriklərdə eqzoz qazının çıxarılması üçün xüsusi sistemlər hazırlanırsa, bədənin gündəlik çalışması əsnasında ortaya çıxan zərərli maddələrin uzaqlaşdırılması üçün də çox xüsusi bir sistem yaradılmışdır. Bu sistem ifrazat sistemidir.

Hüceyrələr eynilə zəhərli tullantılarını təmizləyən fabriklər kimi, daxillərində yaranan tullantı maddələri qan plazmasına buraxırlar. Bu vəziyyət bədəni başdan-başa qət edən qan çayının 100 trilyon fabrikin tullantısı ilə çirklənməsi deməkdir. Bu çirklilik insan həyatı üçün olduqca zərərlidir. Ona görə, sürətlə çirklənən qanın tez bir zamanda təmizlənməsi lazımdır.

Ancaq ortada mühüm bir problem var. Çirklənən qanın içində sidik, urik turşu kimi zəhərli maddələrlə yanaşı, amin turşular, vitaminlər, su və qlukoza kimi bədənin ehtiyacı olan maddələr də var. Elə isə qanı təmizləyəcək sistemin sadə bir süzmə əməliyyatı etməsi kifayət etməyəcək. Bu sistem faydalı maddələri tanıyıb mühafizə etməklə yanaşı, yalnız zərərli maddələri digərlərindən ayıraraq uzaqlaşdıracaq kompleks bir təmizləmə təsisi kimi çalışmalıdır.

Bu xüsusiyyətlərdəki bir təsis, əlbəttə ki, yer üzünün ən mükəmməl və ən yüksək texnologiyaya malik olan təmizləmə təsisi olacaq. İlk anda belə kompleks bir təsisin olduqca böyük bir sahəyə inşa edilə biləcəyi ağla gələ bilər. Ancaq təxmin edilənin əksinə bu bənzərsiz təmizləmə təsisi çox kiçik bir sahəyə, kürəyinizin altına, belinizə, üstəlik siz daha ana bətnində ikən yerləşdirilmişdir.

Qanın Böyrəklərdə Təmizlənməsi

Bədəndə gəzən qan böyrəklərdə əvvəl süzmə prosesini yerinə yetirir. Bu prosesin reallaşması üçün böyrəklərin içinə kiçik-kiçik bir çox süzgəc yerləşdirilmişdir. Bu süzgəclərin sayı və funksiyaları düşünüldükdə çox açıq bir yaradılış möcüzəsi ilə qarşılaşılır. Tək bir böyrəyin içində 1.200.000 ədəd süzgəc var. Bu mikro süzgəclər nefron adlanır. Bir nefron bowman kapsulası (nefronun ucunda olan, yarım kürə şəklində, kapilyar damarlardan ibarətdir), glomerulus, malpigi cisimciyi və böyrək damarlarından meydana gəlir. 1. 200.000 süzgəcin hər biri minlərlə mikro dəliyi olan mükəmməl bir dizayna malikdir.

Ürəkdən çıxan qanın təxminən dörddə biri böyrək arteriyaları vasitəsi ilə böyrəklərə gəlir. Bu, dəqiqədə bir litrdən çox qan deməkdir. Qanı gətirən damar böyrəyə girər-girməz saysız incə damara ayrılır. Bu incə damarlardan hər biri bir mikro süzgəcdən asılıdır. Ürəyin etdiyi təzyiq sayəsində qan sürətlə süzgəc səthinə toxunur, zərərli maddələr və su süzgəcin digər tərəfinə keçir. Zülallar və qan hüceyrələri bu süzgəcdən keçə bilməyəcək qədər böyük olduqları üçün geridə qalırlar. Beləcə süzgəcin digər tərəfinə keçməyən qan, süzülmüş və təmizlənmiş olur.

Təxminən yumruğumuz böyüklüyündəki bir ət parçasının içinə 1. 200.000 ədəd süzgəc yerləşdirilmişdir. Bu süzgəclərin hər birində eyni detallı dizayn əskiksiz olaraq mövcuddur. Məsələn, hər nefronda glomerulus adlanan (bowman kapsulası içindəki kapilyar damar yumağı) bir hissə var. Bu hissənin xüsusiyyətlərini qısaca araşdıraq.

Bowman kapsulasına girən glomerulus burada damar yumağını meydana gətirmək üçün bir çox kapilyar damara ayrılır. Daha sonra bu kapilyar damarlar birləşərək yenə arteriya olaraq kapsuladan çıxır.

Bədəndə iki arteriya arasındakı kapilyar damar şəbəkəsi yalnız bu bölgədə görünür. Qlomerulus kapilyarları iki arteriya arasında olduğu üçün qan təzyiqi digər bədən kapilyarlarından fərqli olaraq burada daha yüksəkdir. Bu bölgədə qan təzyiqinin yüksək tutulması xüsusi bir məqsədə xidmət edir. Qan təzyiqinin yüksək olması səbəbindən süzmə funksiyası daha təsirli reallaşır. Yenə digər kapilyarlardan fərqli olaraq, bu bölgədəki damar çəpərləri iki qatlıdır. Bu quruluş onlara həm yüksək təzyiqə dözmə qabiliyyəti qazandırır, həm də zülal və leykositlərin kapilyar damarlardan xaricə çıxmasına mane olur.

Bu xüsusiyyətlər sayəsində qlomerulus kapilyarlarından təkcə su və suda həll olmuş maddələr bowman kapsulasına keçir. Digər kapilyar damarlarda geri əmilmə olduğu halda, burada geri əmilmə yoxdur. (Harun Yəhya, İnsanın Yaradılış Möcüzəsi)

Böyrək Damarlarındakı Dizayn

Böyrək damarları süzgəclərə çirkli qanı gətirən, süzülən tullantı maddələri uzaqlaşdıran və geridə qalan təmiz qanı təkrar bədənə daşıyan damar təsisatları 1. 200.000 süzgəcin hər biri üçün ayrı-ayrılıqda inşa edilmişdir. Böyrəklərdəki milyonlarla borudan (damardan) ibarət olan bu təsisat ən kiçik bir qarışıqlığa yer verməyəcək şəkildə hazırlanmışdır. Damarların hamısı lazım olan yerlərə bağlanmışdır. Böyrəklərdə damarların necə bir yol izləyəcəkləri, haralara girib, hansı yollardan keçərək böyrəkdən xaricə çıxacaqları və maddələri hara daşıyacaqlarına qədər hər şey xüsusi bir yaradılışın məhsuludur.

Burada izah edilənlər böyrəklərdəki detallı quruluşun çox kiçik hissələridir. Böyrəklərdəki təkcə bir proses, ifraz olunan tək bir maddə haqqında yazılmış səhifələr dolusu kitab, aparılmış saysız araşdırma və təcrübə var. Bunun kimi insan bədəni ilə bağlı aparılan bütün işlər tək bir nəticəni ortaya qoyur. Bədənimizi meydana gətirən hissələrin hamısı bir bütün olaraq var olmaq məcburiyyətindədir. Çünki bizim həyatımızı davam etdirməyimiz bədənimizin bir bütün olaraq fəaliyyət göstərməsinə bağlıdır. İfrazat sisteminin parçalarından biri olan böyrəklərdəki arteriya sisteminin yuxarıda bəhs edilən xüsusiyyəti olmasa, bədən tarazlığı pozulacaq və bu, ölümlə nəticələnəcək.

Bu vəziyyət, insan bədəninin indiki halına zaman içində reallaşan təsadüflər, mutasiyalar kimi faktorlarla mərhələ-mərhələ çatdığını iddia edən təkamülçü iddiaları da etibarsız edir. İnsan bədənində hər şey qüsursuz bir planlama ilə yerli-yerində yaradılmışdır. Əlbəttə ki, bu planlamanı edən, bu bənzərsiz dizaynın sahibi olan bir güc var. Bu güc hər cür elmin sahibi olan Allah'a aiddir. Allah bir ayəsində Özünü belə tanıdır:

"Göyləri və yeri (örnəksiz) yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız "OL" deyər, o da dərhal olar." (Bəqərə surəsi, 117)