Hisslər Dünyası: Qoxu Möcüzəsi

"Gözəl qoxular haradan gəlir? Yeməkdəki ədviyyatın, bağçadakı çiçəklərin, meyvələrin, tərəvəzlərin, min bir növdə olan bitkilərin qoxularının qaynağı nədir?" Əlbəttə ki, bu sualların cavabı açıqdır. Allah bütün qoxuları, onları qəbul edən orqanları və bu qoxulardan təsirlənəcək insan ruhunu yaradandır.

Allah var
Qoxu, gözəl hisslər oyandırmaq, rahatlaşdırmaq, iştah açmaq kimi insan ruhunda müxtəlif təsirlərə malik olan bir möcüzədir. İnsan üçün böyük bir nemət olaraq yaradılan qoxular, mürəkkəb kimyəvi birləşmələrdir. Hər qoxu çox həssas miqdarlarla bir yerə gəlmiş elementlərdən ibarətdir. Bitkilərə qoxu verən maddələr "uçucu yağlar" adlanır və bu yağlar bitkinin adı ilə adlandırılır, məsələn, gül yağı, kəklik yağı kimi. Cavan bitkilər yaşlı bitkilərdən daha çox yağ istehsal edir, yaşlı bitkilər isə daha qətranlı və tünd yağlara malikdir.

Yüngül mayelər aşağı temperaturda belə buxarlanır, geriyə ağır və asan buxarlanmayan yağlar qalır. Tədqiqatçıların apardığı araşdırmalarda, bu yağların bitkidəki funksiyası tam olaraq aydınlaşmamışdır. Ancaq böcəkləri cəlb etmək üçün istifadə edildikləri ümumi olaraq qəbul edilir. Parfümeriya, kosmetika məhsulları, sabun, yuyucu kimi məhsullarda və yemək, şirniyyat istehsalında da bitki yağları istifadə edilir.

Yağlar bitkinin yaşıl hissələrində meydana gəlir və bitkinin yetişkinləşməsi ilə digər toxumalara, xüsusilə də çiçək zoğlarına daşınır. Bu qoxuların necə meydana gəldiyini araşdırdıqda, qarşı-qarşıya qaldığımız sistemin kompleks və həssas quruluşu heyrətvericidir. Aparılan araşdırmalarda, bitkilərin qoxu istehsalının bitkinin növünə, mövsümə, işıq vəziyyətinə və temperatura görə dəyişdiyi və bitkilərin bu istehsal üçün 100-ə yaxın fərqli kimyəvi birləşmə istifadə etdikləri müəyyən edilmişdir və daha araşdırılmamış olan bitkilərin də özlərinə xas birləşmələri olduğu düşünülür.

Möcüzəvi Kimyagərlər

Birləşmələr istehsak edilərkən bitkinin içində, ancaq kimya laboratoriyalarında rast gəlinəcək bir iş görülür. Sekresiya vəziləri eynilə bir kimyagər kimi işləyərək, fərqli elementləri bir-birinə qarışdırır. Bu kimyəvi qarışıqlarla gülün, cökənin mükəmməl qoxusunu meydana gətirirlər. Hal-hazırda inkişaf etmiş laboratoriyalarda ətir, dezodorant, sabun qoxusu istehsal edən kimya mühəndisləri isə bu sekresiya vəzilərinin etdiklərini təqlid edərək, gözəl qoxular istehsal etməyə çalışırlar. Bu çox böyük bir möcüzədir. Ağıl, şüur, təhsil və texnologiya sahibi insan gözlə görünə bilməyəcək qədər kiçik, cansız və şüursuz atomlardan yaranan sekresiya vəzilərini təqlid edərək, ortaya bir gözəllik çıxarmağa çalışır.

Bitki ilə müqayisə edildikdə bütün üstünlüklərinə baxmayaraq, insan istehsalı olan heç bir qoxu əsli ilə eyni gözəlliyə və keyfiyyətə malik ola bilmir, ən çoxu "yaxşı bir təqlid" olmaqdan kənara çıxa bilmir.

Bu qoxular daha sonra yenə sekresiya toxumalarına bağlı kanallarla yarpaq səthindən uçaraq havaya qarışır. Gül, zanbaq, yasəmən çiçəklərinin yarpaqlarının üst qismində bu iş üçün xüsusi olaraq vəzifələndirilmiş sekresiya hüceyrələri var. Lavanta bitkisində bu hüceyrələr bitkinin bütün hissələrinə yayılmışdır. Sekresiya hüceyrələri qoxunu yaymaq üçün çox incə və həssas tüklərdən istifadə edirlər. Bu tüklərin ucundakı hüceyrələr yağ-qətran qarışığı uçucu mayelər ifraz edirlər. Bu sistemə daxili sekresiya hüceyrələrini, sekresiya vəzilərini və sekresiya kanallarını da əlavə etdikdə, qarşımıza kiçik yarpağa sığdırılmış heyranlıq oyandıran bir dizayn çıxır. Bitkinin qoxusunu ətrafa yayması, insanların çox böyük zövq aldıqları bir nemətdir. Bir bağçaya girdikdə, xoş ətirli qoxu yarpaqlardakı bu qüsursuz dizayn sayəsində sizə çatır. Əgər yarpaqlardakı bu nizam olmasaydı, çiçəklər qoxularını ətrafa yaya bilməyəcək, yalnız üzərlərində saxlayacaqdılar. Bəs bitkilərə qoxularını ətrafa yaymalarını bildirən və onları bu şəkildə hazırlayan güc, ağıl və sənət kimə aiddir? Bu üstünlüklərin hamısı, sonsuz mərhəmət və şəfqət sahibi Rəbbimizin əsəridir. Allah gözəl qoxuları, insanın qoxu orqanı ilə uyğunlaşma içində yaratmışdır.

Allah var
Qoxu və Yaddaş

Qoxuların insan yaddaşındakı xatirələri hərəkətə keçirdiyi hər kəsə məlumdur. İnsan bir şeyi iylədikdə, qoxuya aid molekullar buruna daxil olur. Bitkilərin qoxu molekulları uçucudur, buna görə çox aşağı bir temperaturda belə qaz halına çevrilərək havada yayılırlar. Kiçik bir meh bu qoxuları buruna daşıyır. (Harun Yəhya, Həqiqəti Bilmək)

Burnun arxa qisminə çatan qoxu molekulları nəmli bir toxuma ilə qarşılaşır. Bu toxuma neyron adlanan və qoxu qəbul edən 5 milyon hüceyrədən meydana gəlir. Bu 5 milyon hüceyrədən hər biri ucunda reseptorlar olan sivri çıxıntıları dalğalandıraraq qoxu molekullarını tutur. Bu çıxıntıların digər ucu hüceyrənin içinə bitişikdir. Qoxu molekulu, bu tələyə düşdükdə ardıcıl bir siqnal hüceyrə içində gəzərək beynin alt tərəfindəki qoxu mərkəzinə lazımi mesajı çatdırır. Bütün bu proseslər saniyədən daha qısa bir zamanda baş verir. Daha sonra siqnallar buradan çıxaraq beynin duyğu və hərəkətlə bağlı olduğu zənn edilən hissəsinə (limbik sistem) gedir. Bu siqnal nəticəsində qoxunun nəyə aid olduğu, gözəlmi yoxsa çirkinmi olduğu aydın olur. Əgər tanış bir qoxu ilə qarşılaşılıbsa, o qoxunun qaynağı ilə bağlı yaddaş məlumatları yenidən canlanır. Məsələn, limon qoxusu aldıqda ağlımıza limonat gələ bilər, və ya ədviyyat qoxuları aldıqda iştah açan yeməklər düşünə bilərik. Çox açıqdır ki, hər biri bütün varlıqları bir-biri ilə mükəmməl bir uyğunlaşma içində yaradan, üstün elm və sənət sahibi olan Allah'ın bir əsəridir. Bütün qoxuları və onları qəbul edən orqanları yaradan Allah, insan ruhunu da bu qoxulardan təsirlənəcək şəkildə yaratmışdır.

"O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rəhman surəsi, 10-13)