İnsanın Yaradılışındakı Möhtəşəmlik
Eyni anda trilyonlarla hüceyrənin birlikdə böyümələrini və bölünmələrini dayandırmalarının nə qədər mühüm bir hadisə olduğunu anlamaq çox çətin deyil. Əgər bu hüceyrələrdən bəziləri digər hüceyrələr kimi bölünmələrini dayandırmasa, nəticə insan üçün olduqca pis olardı. İnkişaf dayandığı zaman hər hansı bir qrup hüceyrə, məsələn, göz hüceyrələri bölünməyə və böyüməyə davam etsə, göz göz boşluğu içində sıxışaraq partlayardı.
Trilyonlarla hüceyrənin birdən-birə bölünmə fəaliyyətlərini dayandırmalarından bəhs edərkən bir mövzunu xatırlatmaqda fayda var. İnsanın on illərdir ki, mübarizə apardığı və hələ də öhdəsindən gələ bilmədiyi xərçəng xəstəliyi tək bir hüceyrənin fasiləsiz bölünməyə davam etməsi nəticəsində ortaya çıxır. Bu nümunə, mövcud sistemdəki tarazlığın həssaslığının daha yaxşı başa düşülməsini təmin edir.
Bütün bu böyük tarazlıqların zaman içində, təsadüflərlə meydana gəldiyini iddia etmək elmi həqiqətlərlə ziddiyyət təşkil edir. Çünki tarazlıqdakı tək bir əskiklik bütün sistemin yox olması deməkdir. Böyümə hormonu haqqında bura qədər izah edilən bütün detallar və bir-birinin içinə keçmiş bu həssas tarazlıqlar, tək bir həqiqəti göstərir: İnsan tək səfərdə, qüsursuz bir şəkildə yaradılmışdır.
İnsan bədəninin dərinliklərində inkişaf edən bu minlərlə kimyəvi və fiziki hadisə, insanın məlumatı və iradəsi xaricində reallaşır. İnsan bədənini meydana gətirən tək bir hüceyrənin bir an belə nə etməli olduğunu hesablayacaq, doğru qərarı verəcək bir ağılı və şüuru yoxdur. Hüceyrələrə də, hormonlara da, molekullara da, atomlara da anbaan nə etməli olduğunu, Allah ilham edir.