Böyümə Möcüzəsi

Bir yaşına çatan körpə doğulduğu günlə müqayisədə təxminən iki dəfə daha ağır, 50% daha uzundur. Bir il içində möcüzəvi bir sürətlə çəkisi artır, uzanır və bədəni mütənasib olaraq böyüyür. Təxminən 3 kq çəki 50 sm uzunluğundakı yeni doğulan bir körpənin, iyirmi-iyirmi beş il içində 80 kq çəkidə 1.80 sm uzunluğunda yetkin bir insan olmasını təmin edən nədir?

Bu sualın cavabı hipofiz vəzindən ifraz olunan möcüzəvi molekulda, böyümə hormonunda gizlidir.

Allah varBöyümə hormonu beyindəki hipofiz vəzindən ifraz olunur və bütün bədən hüceyrələrinə təsir edir. Hər hüceyrə, hipofiz vəzində ifraz olunan böyümə hormonu ilə özünə gələn mesajın mənasını bilir. Əgər böyüməlidirsə böyüyür, bölünərək çoxalmalıdırsa çoxalır.

Böyümə hormonundakı başqa bir möcüzə, bu hormonun ifraz olunduğu dövr və miqdarıdır. Böyümə hormone, tam lazım olan miqdarda və ən çox böyümə dövründə ifraz olunur. Bu, çox mühüm bir möcüzədir. Çünki ehtiyac duyulandan bir qədər az və ya bir qədər çox hormon ifraz olunarsa, olduqca təhlükəli nəticələr ortaya çıxar. Əgər böyümə hormonu az ifraz olunsa qarlikliyə, çox ifraz olunarsa giqantlığa gətirib çıxarar.

Böyümə hormonu yalnız inkişaf dövründə deyil, yetkin insanlarda da ifraz olunmağa davam edir. Bu vəziyyətdə, yetkinlər də böyüməyə və uzanmağa davam etməli, insanlar giqant varlıqlara çevrilməlidirlər. Ancaq bu baş vermir. İnsan müəyyən bir böyüklüyə çatdıqdan sonra hüceyrələr bölünməyə və böyüməyə davam etmirlər. Elm adamları hüceyrələrin nə üçün bölünmə və böyümə əməliyyatına bir son qoyduqlarını hələ də anlaya bilmirlər. Bilinən odur ki, hüceyrələr çox xüsusi bir sistem sayəsində, zamanı gəldiyi an daha çox böyüməməyə və bölünməməyə proqramlanmışdır. Bu da başqa bir yaradılış möcüzəsidir.